Qida təhlükəsizliyi sahəsində hüquqi yeniliklər və beynəlxalq təcrübə tətbiqi

Qida təhlükəsizliyi sahəsində hüquqi yeniliklər və beynəlxalq təcrübə tətbiqi"Təqdim olunan hesabat xarakterli məlumatlar göstərir ki, mövcud vəziyyət ürəkaçan deyil. Yoxlanılan 4 mindən çox obyektin 3 739-da uyğunsuzluqların aşkar edilməsi fəaliyyət göstərən obyektlərin böyük əksəriyyətində ciddi problemlərin olduğunu göstərir".

Bunu BiG.AZ-a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib.

O, qeyd edib ki, bu səbəbdən monitorinqlərin daha ciddi və sistemli şəkildə aparılmasına ehtiyac var. Çünki ictimai iaşə obyektlərində və istehsal müəssisələrində qanun pozuntularına tez-tez rast gəlinir. Ötən illə müqayisədə kütləvi zəhərlənmə hallarının sayının artması da narahatedici tendensiyadır:

"Məhz bu reallıqlar fonunda qida təhlükəsizliyi sahəsində yeni hüquqi tənzimləmələr həyata keçirilir. Qanunvericilikdə yalnız bir istiqamət üzrə deyil, müxtəlif sahələri əhatə edən yeniliklər nəzərdə tutulur. Beynəlxalq təcrübəyə malik ölkələrlə əməkdaşlıq çərçivəsində tətbiq edilən metodların milli qanunvericiliyə inteqrasiyası planlaşdırılır və bu yanaşmalar qida təhlükəsizliyi haqqında qanunda ətraflı əksini tapır.

Yeni dövlət proqramına əsasən, əvvəlki illərdə nəzarətdən kənarda qalan məqamların aradan qaldırılması üçün "tarladan süfrəyədək" bütün mərhələlər üzrə yoxlamalar aparılacaq. Əvvəllər bütün məhsullar eyni intensivliklə yoxlanılırdısa, bundan sonra yüksək riskli obyektlərdə nəzarət tədbirləri daha sıx və müntəzəm şəkildə həyata keçiriləcək ki, bu da əsas yeniliklərdən biri hesab olunur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 731   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 196
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

17:23 109
.

Sevgidə bəxti gətirməyən 6 məşhur qadın - SİYAHI

Şöhrət, uğur və milyonlarla pərəstişkar şəxsi həyatda xoşbəxtliyə zəmanət vermir. Cennifer Lopez, Madonna və digər məşhur qadınların sevgi həyatı buna nümunə göstərilir. xarici KİV-ə istinadla xəbər verir ki, uğursuz evliliklər, xəyanətlər, ağır ayrılıqlar və yarımçıq qalan münasibətlər sözügedən məşhurları

20:00 1
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

18:45 1
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 185
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 173
.

Bakıda torpaq sahələri BAHALAŞDI

Bu ilin sentyabr ayında Bakı şəhərində torpaq sahələrinin qiyməti ötən ilin eyni ayı ilə müqayisədə orta hesabla 17 % artıb. "Report" bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) istinadən xəbər verir. Məlumata görə, ötən ay paytaxtın rayonları arasında ən yüksək qiymət artım

20:30 1
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 150
.

Ramil Usubovun ailəsində - Ağır itki

Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb

15:19 209
.