Unudulmuş qəhrəman: Öz həyatını riskə ataraq dünyanı taundan xilas edən adam

Unudulmuş qəhrəman: Öz həyatını riskə ataraq dünyanı taundan xilas edən adamXIX əsrin sonu - sənaye inqilabı, qitələr arasındakı sərhədləri silərək qlobal iqtisadiyyat yaradan dəmir yolları və gəmiçiliyin inkişafı dövrü idi. Lakin nəticədə həmin nəqliyyat arteriyaları bəşəriyyətin qədim düşmənləri olan infeksion xəstəliklərin yayılma yollarına çevrildi.

Bu kontekstdə bütöv populyasiyaların sağ qalması generallardan və ya siyasətçilərdən deyil, bir ovuc alimdən asılı idi. Məsələn, odessalı alim Vladimir Xavkin kimi - o, daha çox dünyanı vəbadan xilas edən şəxs kimi tanınır.

Qaynarinfo doktor Xavkin - bütün dünyada məşhur olan ukraynalı haqqında materialı təqdim edir.

1888-ci ildə vətənində perspektiv görməyən Xavkin İsveçrəyə mühacirət edir və Cenevrə Universitetində privat-dosent kimi təvazökar bir vəzifə tutur. Bir il sonra, 1889-cu ildə isə müəllimi Meçnikovun dəvəti ilə Parisə, yeni yaradılmış Paster İnstitutunda işləmək üçün köçür.

Məhz orada, Paris laboratoriyalarında Xavkin qeyri-mümkün hesab ediləni reallaşdırdı - zəiflədilmiş bakteriyalardan ilk effektiv vaksini yaratdı. O, dünyada hələ heç kimin cürət etmədiyi bir addımı atdı.

Vəbaya kim qalib gəldi - və bu necə baş verdi?

XIX əsrin sonunda Paster İnstitutu sadəcə bir laboratoriya deyil, xəstəliklərlə dünya müharibəsinin qərargahı idi. Lui Paster artıq qarayara və quduzluğa qarşı vaksinasiya sahəsində məşhur kəşflərini etmiş, zəiflədilmiş törədicinin qorunma vasitəsi ola biləcəyini sübut etmişdi.

Lakin bu uğurlara baxmayaraq, elmi ictimaiyyət parçalanmış halda qalırdı. Robert Koxun alman məktəbi də daxil olmaqla, bir çox nüfuzlu şəxslər bakterial bağırsaq infeksiyalarına qarşı vaksinasiya ideyasına skeptik yanaşır, onlara qarşı immunitetin formalaşmadığını düşünürdülər.

Xavkin institutda kiçik kitabxanaçı vəzifəsini aldı ki, bu da ona müəssisənin divarları arasında qalmağa imkan verirdi. Gündüzlər kitabları sistemləşdirir, gecələr və səhər erkən isə laboratoriyada təcrübələr aparırdı.

Onun hədəfi XIX əsrdə bir çox müharibələrdən daha çox can alan vəba (xolera) xəstəliyi oldu. Bir müddət sonra o, Pasterin prinsiplərini son dərəcə qeyri-sabit və təhlükəli olan vəba vibrionuna (Vibrio cholerae) tətbiq etmək qərarına gəldi. Onun vəzifəsi elə bir preparat yaratmaq idi ki, o, immun cavab yaratmaq üçün kifayət qədər güclü, lakin pasiyenti öldürməmək üçün kifayət qədər zəif olsun. Və nəticədə bunu bacardı.

Öz vaksininin təhlükəsizliyini skeptiklərə sübut etmək üçün o, hamıdan gizli şəkildə preparatın öldürücü dozasını özünə vurdu. Sonradan Xavkin öz vəziyyətini qeydə alırdı: temperaturun yüksəlməsi, baş ağrısı, inyeksiya yerində şişkinlik. Altı gün sonra, çətinliklə özünə gələrək, peyvənd olunmamış insan üçün ölümcül olan "ekzaltasiya olunmuş virus"un ikinci dozasını özünə vurdu.

Doktor sağ qaldı və hətta bir neçə gündən sonra işinə qayıtdı. Onun ardınca mühacir dostları da vaksini öz üzərlərində sınaqdan keçirdilər. Qızdırma kimi yan təsirlər olsa da, onlardan heç biri vəbaya yoluxmadı. Bu, dünyada vəba əleyhinə vaksinin insanlar üçün təhlükəsizliyinin ilk sübutu idi.

Lakin Avropada bu elmi kəşf anlaşılmazlıqla qarşılandı. Praqmatizm nümayiş etdirən yeganə dövlət Böyük Britaniya oldu. Britaniyanın Parisdəki səfiri və Hindistanın keçmiş vitse-kralı Lord Dafferinn öz nüfuzundan istifadə edərək, Xavkin üçün Hindistana ekspedisiya təşkil etdi. Həmin vaxt Hindistan vəbanın daimi ocağı idi, yüz minlərlə can alır və imperiyanın iqtisadiyyatını sarsıdırdı.
Bir sıra çətinliklərlə üzləşsə də, o, sonradan Benqaliyanın cəngəlliklərində on minlərlə insanı vaksinasiya etdi və ölüm faizini on dəfələrlə azaltdı. Lakin əsas sınaqlar hələ qarşıda idi. 1896-cı ildə Bombeyə [indiki Mumbai] "Qara ölüm" gəldi.

"Qara taun"un dərmanını kim tapdı?

Qəribə xəstəliyin ilk halları qeydə alınanda pasiyentlərin temperaturu kəskin yüksəlir, qasıq və qoltuqaltı nahiyələrində ağrılı bubonlar yaranır, sonra isə sepsis və ölüm baş verirdi. Bu, XIV əsrdə Avropanı boşaldan həmin "Qara ölüm" idi. O, Çindən ticarət gəmiləri ilə, siçovullar və birələr vasitəsilə gəlmişdi.

Bombeyi panika bürüdü. Əhali şəhərdən qaçaraq infeksiyanı bütün ölkəyə yayırdı. Şəhərin iqtisadiyyatı dayandı. Britaniya hakimiyyəti sərt karantin tədbirləri tətbiq etdi, yoluxmuş evləri yandırır, xəstələri məcburi izolyasiya edirdilər ki, bu da əhalinin üsyanına və nifrətinə səbəb olurdu. Xavkinə təcili teleqram göndərildi: Bombeyə gəlmək və qeyri-mümkünü etməyə çalışmaq - taun əleyhinə vaksin yaratmaq xahiş olunurdu.

İşləməli olduğu şərait onun rütbəsində olan bir alim üçün alçaldıcı idi. Ona Qrant Tibb Kollecinin binasında cəmi bir otaq və bir dəhliz ayrılmışdı. Avadanlıqlar ibtidai idi: bir neçə mikroskop, qaz yandırıcıları və təcrübə heyvanları olan qəfəslər. Heyət isə bir klerk və üç həvəskar köməkçidən ibarət idi.

Bununla belə, tapşırıq özü inanılmaz dərəcədə mürəkkəb idi. Axı taun törədicisi (Yersinia pestis) cəmi iki il əvvəl kəşf edilmişdi. Buna görə də heç kim onun kultura daxilində özünü necə apardığını, hansı toksinləri ifraz etdiyini bilmirdi. Doktor Xavkin laboratoriyadan çıxmadan sutkada 14-16 saat işlədi və taun çöpünün yetişdirilməsi üçün unikal bir metod hazırladı. Artıq 1897-ci ilin yanvarına qədər vaksinin eksperimental partiyası hazır idi.

Siçovullar üzərində aparılan təcrübələr öz effektivliyini göstərdi. Lakin insan üçün təhlükəsizlik yenə sual altında idi. Üstəlik, taun toksinləri vəba toksinlərindən qat-qat təhlükəlidir. Lakin Xavkin yenə də növbəti bir fədakarlıq aktını həyata keçirdi.

Kollecin direktoru doktor Meynsin iştirakı ilə o, özünə 10 kub santimetr preparat vurdu - bu, hesablanmış terapevtik dozadan dörd dəfə çox idi. Reaksiya ağır oldu: yüksək temperatur, dözülməz ağrı, güclü şişkinlik. Lakin taun simptomları inkişaf etmədi. O sübut etdi ki, onun öldürülmüş vaksini təhlükəsizdir.
Vaksin yoluxmaya qarşı 100% zəmanət vermirdi, lakin ölümdən 100% sığortalayırdı. Onun köməyi ilə xəstəlik yüngül formada keçirdi. Bütün dünya onu hamını taundan xilas edən, üçüncü pandemiyanı dayandıran və qlobal fəlakətin qarşısını alan insan kimi tanıdı.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1153   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?

"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə

11:33 196
.

"Neptun"dakı endirim narazılıq yaratdı - Foto

"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını

17:44 58
.

Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib

Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın

17:53 28
.

"Belə kişidən boşanmaq lazımdır"

Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:

15:52 170
.

Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar

11:18 165
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 173
.

Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"

Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin

11:04 157
.

Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri

Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu

19:30 1
.

"Ailəm tamaşaçıya gizli qalmalıdır"

Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:

17:23 109
.