Nipah virusu: ilkin simptomlar qripə oxşayır, amma ciddi təhlükə yaradır

Nipah virusu: ilkin simptomlar qripə oxşayır, amma ciddi təhlükə yaradır"Təəssüf ki, əvvəllər yalnız heyvanlarda görülən viruslar indi insanlara yoluxur. 60 il əvvəl yalnız heyvanlarda müşahidə edilən Nipah virusu insana keçərək pandemiya riski yaratmışdır. Bu cür hallarla bağlı daim diqqətli olmaq lazımdır", - BiG.AZ-a açıqlamasında həkim-infeksionist Adil Qeybulla bildirib.

O qeyd edib ki, Nipah virusu meyvə ilə qidalanan yarasalarda aşkar edilib və gigiyena qaydalarına əməl etməyən insanlar üçün yoluxma riski yüksəkdir. Virusun əsas xüsusiyyəti respirator infeksiyalar yaratmaq və beyni zədələməkdir. Yoluxan insanlarda ilkin simptomlar boğaz ağrısı ilə başlayır; virus boğaz hüceyrələrini zədələyərək iltihabi proses yaradır. Bundan əlavə, yüksək temperatur, güclü baş, bel və əzələ ağrıları, zəiflik, halsızlıq və burun tutulması müşahidə olunur. Bu əlamətlər qrip və anqina ilə oxşardır.

"Ağır hallarda baş ağrıları komaya və ölümə səbəb ola bilər, bunun əsas səbəbi isə beyin ödəmi ilə bağlıdır. Hələ ki, Nipah virusu pandemiya səviyyəsində yayılmasa da, yoluxanlar arasında ölüm halları mümkündür. Hazırda virusun yayılmasına ciddi nəzarət vacibdir. Xüsusilə Yaxın Şərqdə insan sıxlığının yüksək olması nəzarəti çətinləşdirir. Buna görə də gömrük nəzarəti gücləndirilməli və Yaxın Şərqdən səfər edən insanların səhhəti yoxlanılmalıdır", - Adil Qeybulla əlavə edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1226   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

13:02 226
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 245
.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 163
.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 154
.

Övladlığagötürmə ilə bağlı qaydalarda dəyişiklik - Prezident Fərman imzaladı

"Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"na dəyişiklik edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Preziden

16:42 113
.

"Bu o deməkdir ki, biz öz işimizi başa düşməmişik"

"Bu gün bizim məktəbimizin ən vacib müzakirə mövzusu şagirdlərimizin öyrənib-öyrənməməsidir. Şagirdlər öyrənirsə, deməli, hər şey yaxşıdır". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışı zamanı bildirib

12:16 156
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 184
.

Azərbaycanda hicabla bağlı iddialar: İnformasiya boşluğu hansı riskləri yaradır?

Türkiyədə ÖZGÜR-DER (Özgür Düşünce ve Eğitim Hakları Derneği) adlı təşkilat Azərbaycanın İstanbulda yerləşən Baş Konsulluğunun qarşısında aksiya keçirib. Aksiyanın Azərbaycanda "hicab qadağasına etiraz" məqsədilə təşkil edildiyi bildirilib. Mövzu iə bağlı BİG.AZ-a açıqlama verən politoloq Tura

13:07 220
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 205
.