Hansı zəhərlər dünyada ən güclü hesab olunur?

Hansı zəhərlər dünyada ən güclü hesab olunur?Təbii mənşəli olması maddənin təhlükəsizliyinə zəmanət vermir. Bəzi biotoksinlər mikrodozalarda belə iflic, orqan zədələnməsi və ölümə səbəb ola bilər. Təbiətdə insan orqanizminin həyati sistemlərini zədələyə bilən və çox az miqdarda belə ölümcül təhlükə yaradan toksinlər mövcuddur. Bu cür zəhərlər bitkilər, heyvanlar, göbələklər və mikroorqanizmlər tərəfindən əsasən yırtıcılardan qorunmaq məqsədilə istehsal olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mütəxəssislər toksikliyi qiymətləndirməyin və müqayisə etməyin çətin olduğunu bildirirlər.

Zəhərin təsiri maddənin növündən, vəziyyətindən və orqanizmə hansı yolla daxil olmasından (ağız yolu ilə, nəfəs yolu ilə, damar daxilinə və s.) asılıdır. İstinad üçün adətən LD50 göstəricisindən istifadə edilir. Bu, təcrübə heyvanlarının yarısı üçün ölümcül sayılan dozanı (bədən çəkisinin hər kiloqramına düşən milliqram miqdarı) ifadə edir. Lakin bu cür müqayisələrin ehtiyatla aparılması tövsiyə olunur.

Məqalədə ən təhlükəli biotoksinlər sırasında tetrodotoksin də qeyd olunur. Bu zəhər əsasən bəzi balıqların (xüsusilə fugu balığının) qaraciyərində və cinsiyyət orqanlarında olur, həmçinin müəyyən amfibiyalarda, ahtapotlarda və molyusklarda da rast gəlinir.

ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) məlumatına görə, zəhərlənmə adətən balığın orqanları düzgün hazırlanmadıqda və qida kimi qəbul edildikdə baş verir. Tetrodotoksin sinirlərdən əzələlərə siqnalların ötürülməsini bloklayır və iflicin tədricən artmasına səbəb olur.

Siyahıda abrin adlı toksin də yer alır. Bu maddə tropik bölgələrdə yayılan rozariya bitkisinin toxumlarında olur. Bildirilir ki, bir toxumun tərkibində yetkin insanı öldürə biləcək qədər abrin ola bilər. CDC-nin izahına əsasən, abrin hüceyrələrə daxil olaraq zülal sintezini dayandırır və nəticədə hüceyrələr məhv olur.

Materialda ayrıca botulotoksinə də diqqət çəkilir. Bu toksin oksigenin az olduğu şəraitdə Clostridium botulinum bakteriyası tərəfindən istehsal olunur. Botulotoksinlər sinir funksiyalarını bloklayır və əzələlərin, eləcə də tənəffüsün iflicinə səbəb ola bilər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, botulotoksinlər bu günə qədər məlum olan ən ölümcül maddələr sırasındadır. Botulizm ən çox düzgün emal olunmayan qidalarla bağlı qida zəhərlənməsi kimi tanınsa da, körpələrdə infeksiya, yaraların yoluxması və toksinin nəfəs yolu ilə qəbul edilməsi kimi digər yollar da qeyd olunur.

Dəniz toksinləri arasında maytotoksin də göstərilir. Bu maddə tropik və subtropik Sakit okean bölgələrində yaşayan Gambierdiscus toxicus adlı dinoflaqellat tərəfindən istehsal olunur. Maytotoksin tərkibli tropik rif balıqlarının yeyilməsi siquatera zəhərlənməsi ilə əlaqələndirilir. Həmçinin vurğulanır ki, bu toksin hüceyrə funksiyalarına təsir göstərə bilər.

Məqalənin ayrıca bölməsində göbələk zəhərlərinə toxunulur. Yaşıl milçəkqıran (Amanita phalloides) dünyada göbələkdən baş verən ölüm hallarının təxminən 90 faizi ilə əlaqələndirilir.

Göbələk bir neçə toksin sinfi istehsal edir və ən ölümcül maddə kimi α-amanitin göstərilir. Bildirilir ki, "ölümcül göbələyin" qəbul edilməsi 1-7 gün ərzində qaraciyər və böyrək çatışmazlığına, ensefalopatiyaya və ölümə gətirib çıxara bilər.

Siyahıda həmçinin naparstyanqa (Digitalis) bitkisindən əldə edilən diqoksin/diqitoksin də yer alır. Bu maddələr ağız yolu ilə qəbul edildikdə ölümcül ola bilər. Mümkün əlamətlər kimi ürəkbulanma, qusma, ishal, şüurun qarışması, görmə pozuntuları və ürək ritmində pozulmalar qeyd olunur.

Ən zəhərli mikotoksinlərdən biri sayılan aflatoksinlər də xatırladılır. Onlar Aspergillus flavus və Aspergillus parasiticus göbələkləri tərəfindən istehsal olunur, müxtəlif kənd təsərrüfatı məhsullarını (taxıl, yağlı bitkilər, ədviyyatlar, qoz-fındıq) çirkləndirə bilir və bu cür yemlə qidalanan heyvanların südünə də keçə bilər. ÜST bildirir ki, yüksək dozalar qaraciyərin zədələnməsi nəticəsində kəskin zəhərlənmə yarada bilər.

Bitki mənşəli zəhərlər arasında strixnin də qeyd olunur. Onun mənbəyi Hindistan və Cənub-Şərqi Asiyada yayılan Strychnos nux-vomica ağacıdır. CDC-nin məlumatına görə, strixninin az miqdarı belə ciddi fəsadlara səbəb ola bilər. Maddənin təsiri sinir sisteminə yönəlir və güclü spazmlarla müşayiət olunur.

Materialda batrakotoksin də ən təhlükəli zəhərlər sırasına daxil edilib. Bu toksin Phyllobates cinsinə aid zəhərli ağac qurbağaları tərəfindən ifraz olunur, eyni zamanda bəzi quşların lələklərində və dərisində də aşkarlanır. Məqalədə batrakotoksinin ürək çatışmazlığı, sinir sisteminə təsir, iflic və qıcolmalarla əlaqələndirildiyi bildirilir.

Siyahının sonunda risinə də yer verilir. Bu maddə gənəgərçək (Ricinus communis) toxumlarından əldə olunur. Qeyd edilir ki, kastor yağının istehsalı zamanı istilik risini deaktivasiya etdiyinə görə yağın istifadəsi təhlükəsiz sayılır. Minnesota Səhiyyə Departamentinin məlumatına əsasən, risinlə təsadüfi zəhərlənmə "çox az ehtimal olunur". Həmçinin Toxicon jurnalında (2021) dərc olunan araşdırmada 1980-ci ildən bəri 50 risin zəhərlənməsi halının qeydə alındığı və bunlardan 6-nın ölümlə nəticələndiyi vurğulanır.

Mütəxəssislər naməlum göbələk və bitkilərin qida kimi istifadəsindən çəkinməyi, ərzaqların saxlanmasına ciddi nəzarət etməyi və bir məqamı unutmağı tövsiyə edirlər: təbii mənşəli olması maddənin təhlükəsiz olması demək deyil.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 951   Tarix: 27 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 169
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 173
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 150
.

Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara

12:13 164
.

Təyyarə səfərləri haqqında sərnişinlərin bilmədiyi maraqlı faktlar

Təyyarə ilə səyahət edərkən sərnişinlərin çoxunun bilmədiyi bir sıra maraqlı detallar var. Ekipajın istifadə etdiyi gizli təhlükəsizlik vasitələrindən tutmuş, təyyarənin quruluşundakı mühəndislik həllərinə qədər bir çox detal uçuş təhlükəsizliyində mühüm rol oynayır. xarici mediaya istinadən xəbər veri

18:30 1
.

Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib

Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu

15:48 149
.

Leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında oktyabrın 6-7-si günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib. Qeyd edilib ki, 6-sı gündüz yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətl

17:57 0
.

Səhnədən enən müğənni yıxıldı: xəstəxanaya aparıldı

Türkiyəli müğənni Merve Özbey Afyonkarahisarda verdiyi konsert zamanı bədbəxt hadisə ilə üzləşib. Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni konserti fasiləsi zamanı səhnədən enərkən pilləkəndən yıxılıb. Hadisədən sonra Merve Özbeyə ilkin tibbi yardım göstərilib və o, müayinə üçün xəstəxanay

19:15 1
.

18 yaşlı oğlan məktəbin qarşısında öldürülüb - Polis şübhələni saxladı-Yenilənib

Ötən gün Bakının Xətai rayonunda 18 yaşlı oğlan bıçaqlanaraq qətlə yetirilib. "Qafqazinfo" "Bakupost"a istinadən xəbər verir ki, hadisə 56 nömrəli məktəbin qarşısında baş verib. Əraziyə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları hələlik məlum deyil. TƏBİB-dən verilən məlumat

14:00 225
.