"Daşıdığın vəzifə gorbagor oldu" - Mehriban Xanlarova
"Əziz tamaşaçılar, nəhayət ki, teatr sahəsində baş verən problemləri uzun müddətdir ictimailəşdirdikdən sonra Mədəniyyət Nazirliyi tərəfindən qərar qəbul edilərək dövlət teatrlarında bədii rəhbər, baş rejissor və bu kimi vəzifələr ləğv edildi".
Bu sözləri Əməkdar artist Mehriban Xanlarova bildirib.
Onun sözlərinə görə, bu addımın əsas məqsədi teatr sahəsində illərdir mövcud olan idarəetmə problemlərinin aradan qaldırılmasıdır:
"Xüsusilə Mehriban Ələkbərzadənin fəaliyyəti dövründə kollektivlə münasibətlər, yaradıcılıq mühiti və digər məsələlərlə bağlı ciddi narazılıqlar yaranmışdı. Nəticə etibarilə sistem dəyişdirildi və o, vəzifəsindən azad olundu. Əgər vaxtında öz xoşu ilə ərizə yazaraq getsəydi, bu qərar digər əməkdaşların işinə və çörəyinə təsir etməzdi.
Mədəniyyət Nazirliyi tərəfindən verilən bu qərarı oxuyarkən Cənab Prezidentimizin müharibə dönəmində Paşinyana səslənərək dediyi sözlər yada düşür: "Nə oldu, Paşinyan? Yol çəkirdin Cəbrayıla, rəqs edirdin… Nə oldu bəs status? Cəhənnəmə getdi status, gorbagor oldu. Yoxdur status və olmayacaq!"
İndi isə demək istəyirəm: nə oldu, Mehriban Ələkbərzadə? Teatrın içində islahatlar keçirəcəkdin? Bu yolda əlini daşın altına qoymuşdun, lazım gəlsə başını da qoyacaqdın… Sənin hegemonluğuna qarşı çıxanlar haqqında "nə edəcəklər ki, boyları qədər hoppanacaqlar" söyləyirdin. İndi gördün, nəyin ki, boyumuz, hətta səsimiz hara qədər çatır...
Daşıdığın bədii rəhbər, baş rejissor statusu gorbagor oldu. Bir daha sübut olundu ki, vəzifə beş günlükdür. Ən əsası isə odur ki, vəzifə insanı yüksəltmir... Əksinə, daşıdığı xarakterini və iç dünyasını açıb ortaya qoyaraq kim olduğunu göstərir.
Mən heç zaman vəzifədən gedən insanın arxasınca danışmağı özümə yaraşdırmamışam. Kimə sözüm olubsa, vəzifədə olduğu dönəmdə demişəm. Çünki vəzifədən gedəndən sonra həmin insanın arxasınca şirə dönənləri sevmirəm. Bu səbəbdən sən vəzifədə olduğun müddətdə bütün sözlərimi yetərincə demişəm. Bundan sonra isə mənim üçün bitmisən! Və narahat olma, hamıya məlumdur ki, rəfiqən səni havada qoymayacaq, mütləq hansısa bir yerə yerləşdirəcək...
Bədii rəhbər olduğun dönəmdə ən böyük "yeniliyin" olaraq səhnəyə dəvə gətirməyini heç vaxt unutmayacağıq. Aygün Kazımovanın mahnısı ilə səni yola salırıq: "Sağ-salamat!""./Pravda.az
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1424 Tarix: 27 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar
18.09.2021 264 Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO
ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1
18.09.2021 3133 İstirahət gününün havası açıqlandı
Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti
18.09.2021 459 "Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi
Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"
18.09.2021 3137 Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO
Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd
18.09.2021 988 "Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ
Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində
17.09.2021 2788 Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"
"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər
18.09.2021 278 Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı
Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd
18.09.2021 995 Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO
Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi
18.09.2021 4608