Yevlaxda qeyri-adi toy: Gəlin məclisə onlayn qoşuldu
Azərbaycanda maraqlı və qeyri-adi toy keçirilib. Yevlax rayonunda təşkil edilən məclisdə gəlin iştirak etməyib.
BiG.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, bu toy Yevlax rayonunun Qoyunbinəsi kəndində baş tutub. Hər şey adət-ənənəyə uyğun təşkil edilib.
Qonaqlar gəlib, musiqi səslənib, süfrələr açılıb. Toy əhvali-ruhiyyəsi yaşansa da, bir məqam hər kəsi təəccübləndirib: toy məclisinin əsas qəhrəmanlarından biri olan gəlin mərasimdə iştirak etməyib. Ailənin bildirdiyinə görə, bu qərar qarşılıqlı razılıq əsasında verilib. Gəlin toy məclisini canlı bağlantı vasitəsilə izləyib, qonaqlarla məsafədən də olsa ünsiyyət qurub. Kənd sakinlərini təəccübləndirən bu hadisə uzun müddət müzakirə mövzusuna çevrilib.
Bəs gəlin toya niyə qatıla bilməyib?
Bəyin atası Şirin Şirinov məsələ ilə bağlı açıqlamasında bildirib ki, təxminən 5-6 ay əvvəl oğluna toy etməyi təklif edib:
"Dedim ki, gəl, sənin toyunu edim. Göstərdiyim qızlara baxırdı, deyirdi ki, yaşı uyğun deyil, balacadır. Dedim, gəl toyu edək, qızı sonra taparsan. Bir müddət sonra gəlib dedi ki, ata, sən haqlısan, gəl toyu edək, qızı sonra taparam. Bir həftənin içində hər şey həll olundu və toy etdik. Qız Tailanddandır. Dedim, Allah xoşbəxt eləsin. Mənim üçün insan insandır, hansı ölkədən olmasının fərqi yoxdur".
Bəyin anası Səfayət Şirinova isə bildirib ki, oğlu qızı artıq bir ildir tanıyır:
"Oğlum bir ildir Tailandda yaşayan həmin qızla danışırdı. Onun xətrinə ingilis dilini öyrəndi. Qız universitetdə təhsil aldığı üçün ona gəlməyə icazə vermədilər. Buna görə də toy burada oldu, oğlum isə sonradan yenidən onun yanına getdi. Gəlini telefon vasitəsilə görmüşəm, Azərbaycan dilində xeyli söz bilir. Bizə "ana", "ata" deyir".
Yevlaxda gəlin olmadan keçirilən toy ailə üçün qeyri-adi olsa da, bu gün onlara xüsusi və unudulmaz bir xatirə bəxş edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1051 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 196 "Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
17:44 58 Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
17:53 28 "Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
15:52 170 Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar
11:18 165 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 173 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 157 Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri
Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu
19:30 1 "Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
17:23 109