Dünya 28 gün verir, biz 14: istehlakçı qanunu yenilənməlidirmi?
Azərbaycanda "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanun hələ 1995-ci ildə qəbul edilsə də, istehlakçı hüquqlarının tətbiqi və müasir tələblərə uyğunluğu hələ də müzakirə mövzusu olaraq qalır. Xüsusilə məhsulun geri qaytarılması müddəti ilə bağlı mövcud qaydalar cəmiyyət arasında narazılıq doğurur. Dünyanın bir çox ölkəsində istehlakçılara alınan məhsulu 21, hətta 28 gün ərzində geri qaytarmaq imkanı verildiyi halda, Azərbaycanda bu müddət cəmi 14 gün ilə məhdudlaşır. Bu fərq isə qanunun yenilənməsi, istehlakçı maraqlarının nə dərəcədə qorunduğu və mövcud müddətin real bazar şərtlərinə uyğun olub-olmadığı suallarını gündəmə gətirir.
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BiG.AZ-a açıqlamasında bildirdi ki, qanun 1995-ci ildə qəbul olunub. Onun sözlərinə görə, MDB ölkələri arasında Azərbaycanda ilk qəbul olunan qanunlardan biridir bu sahədə. Bu çox yaxşı haldır: "MDB ölkələrində bizdən xeyli sonra İstehlakçı Hüquqları haqqında qanun qəbul olunub. Lakin həyat dəyişib və online ticarət meydana çıxıb. Qanunda isə bu vaxta kimi olunan dəyişikliklər istehlakçıların zərərinə olub. Bu qanundan doğan bəzi alt aktlarda köhnəlib. Məsələn, Nazirlər Kabinetinin 114 saylı qərarı mövcuddur. Dəyişdirilməyən və qaytarılmayan məhsullar siyahısında absurd məsələlər var. Qızıl və qiymətli daşlar, parfumeriya məhsulları dəyişdirilmir və qaytarılmır. Bundan sonra Nazirlər Kabinetinin bu məsələ ilə bağlı 94 saylı qərarı çıxıbdır.
Qanun kifayət qədər köhnəlib. Azad İstehlakçılar Birliyi qanunun dəyişdirilməsi və qanunə təkliflər verilməsi, qanunun mükəmməl sahəsində iş aparır. Biz daim hökümət orqanları ilə dioloqdayıq. Yaxşıki İqtisadiyat Nazirliyi yanında standart inistitunda istehlakçılar üçün məlumat standartı hazırda müzakirə olunur və eləcədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tərkibində İstehlakçı Hüquqlarına dair standartlar müzakirə olunur. Məndə orda bir dəfə iştirak etmişəm. Bütün bunları başlanğıc hesab edək və düşünək ki, vəziyyət dəyişəcək".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1086 Tarix: 28 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 196 "Neptun"dakı endirim narazılıq yaratdı - Foto
"Neptun" marketlərindəki endirim alıcıları narazı salıb. xəbər verir ki, bu barədə sosial şəbəkədə Emil Rəhimov yazıb. O bildirib ki, marketin satıcıları və kassirləri endirim barədə məlumatlı deyil:. "Market çölündə yazılı və həmçinin içində səsli elan olaraq 1kq" Valio" yağlarını
17:44 58 Bakıda məktəbli qətlə yetirildi - Sinif yoldaşı saxlanıldı - Yenilənib
Bakının Nizami rayonunda məktəbli bıçaqlanıb. "Report"a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan şagird ölüb. Qətli törətməkdə şübhəli bilinən yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. *. -ın məlumatın
17:53 28 "Belə kişidən boşanmaq lazımdır"
Aparıcı Nigar Mahmudova bəzi kişilərin ailə qarşısında öhdəliklərini yerinə yetirməməsindən danışıb. Axşam.az xəbər verir ki, aparıcı sosial media hesabında iki uşağı olan ailəli qadınlarla bağlı müşahidələrini bölüşüb. O, bəzi kişilərin işləmələrinə baxmayaraq ailəyə maddi dəstək göstərmədiyini bildirib:
15:52 170 Prezident dərman istehsalı müəssisəsinin açılışında - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Pirallahı Sənaye Parkında "Gen Pharma Caucasus Manufacturing Operations" MMC-nin dərman istehsalı müəssisəsinin açılışında iştirak edib. "Qafqazinfo" xəbər verir ki, əvvəlcə iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına sənaye zonalar
11:18 165 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 173 Alman siyasətçidən Merzə sərt reaksiya: "Vergi ödəyicilərinin pullarını paylayır"
Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alis Vaydel Almaniya kansleri Fridrix Merzin Ukraynaya səfərini və yeni yardım paketi vəd etməsini tənqid edib. xəbər verir ki, Vaydel bu barədə X sosial media platformasında paylaşım edib. "Ukraynaya milyardlarla avro həcmində yardım paketin
11:04 157 Salfetlər üzərində yazılan hitlər: məşhur mahnıların hekayələri
Bəzən dünya hitinə çevrilən mahnıların yaranması üçün nə böyük studiya, nə də uzun hazırlıq lazım olur. Məşhur musiqiçilərin bəzi əsərləri restoranda, barda, salfet üzərində, hətta pizza qutusunda yazılıb. xarici KİV-ə istinadla xəbər verir ki, aşağıda adları qeyd edilən və illərdir dinlənilən məşhu
19:30 1 "Ailəm tamaşaçıya gizli qalmalıdır"
Əməkdar artist Nurlan Növrəsli ikinci dəfə evlənməsi ilə bağlı suala cavab verib. Axşam.az xəbər verir ki, müğənni "Qonaqcanlı" proqramında şəxsi həyatı barədə danışmaq istəmədiyini bildirib. N.Növrəsli qeyd edib ki, efirə çıxdığı ilk gündən ailəsi ilə bağlı məlumatları ictimaiyyətlə bölüşməyib:
17:23 109