Müxalifətdən Xameneyiyə İSTEFA TƏLƏBİ

Müxalifətdən Xameneyiyə İSTEFA TƏLƏBİİranda islahatçı hərəkatın liderləri ölkənin ali rəhbəri Əli Xameneyinin istefasının açıq şəkildə tələb olunması və hakimiyyətin müvəqqəti şuraya verilməsi məsələsini müzakirə ediblər.

Lent.az xəbər verir ki, bu barədə "Euractiv" nəşri danışıqların gedişindən xəbərdar olan mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, təşəbbüs Xameneyiyə birbaşa müraciət edilərək səlahiyyətlərini könüllü şəkildə təhvil verməsinin təklif olunmasını nəzərdə tuturdu. Bu missiyanın iranlı siyasətçi Azər Mənsuriyə həvalə edilməsi planlaşdırılırdı. Lakin hakimiyyət orqanlarının islahatçı qanadın liderlərinə ünvanladığı təhdidlərdən sonra planın həyata keçirilməsi pozulub.

İranda ənənəvi olaraq üç əsas siyasi düşərgə fərqləndirilir. Fundamentalistlər 1979-cu il İslam inqilabının ideologiyasına sərt şəkildə sadiq qalmağın tərəfdarıdırlar. Mühafizəkarlar oxşar baxışları bölüşsələr də, məhdud çevikliyə yol verirlər. İslahatçılar isə idarəetmə sisteminin transformasiyasını və ali liderin rolunun respublika institutlarının xeyrinə zəiflədilməsini tələb edirlər.

Ayətullah Əli Xameneyi 1989-cu ildən ali lider postunu tutur. O, İslam inqilabından sonra vəfatınadək İrana rəhbərlik etmiş Ruholla Xomeynini əvəz edib. Xameneyinin hakimiyyəti dövründə ölkədə dəfələrlə genişmiqyaslı etiraz aksiyaları baş verib və bu aksiyalar təhlükəsizlik qüvvələri tərəfindən sərt şəkildə dağıdılıb.

Müxalifətin ali liderin istefası tələbinin müzakirəsinə başlamasına təkan verən səbəblərdən biri Tehranda və digər iri şəhərlərdə baş vermiş son kütləvi iğtişaşlar zamanı ölənlərin sayına dair narazılıq olub. İran İslam Respublikasının Konstitusiyasının 111-ci maddəsinə əsasən, lider vəzifələrini icra etmək qabiliyyətini itirdikdə və ya müəyyən olunmuş tələblərə uyğun gəlmədikdə vəzifədən kənarlaşdırıla bilər. Bu halda Ekspertlər Şurası qısa müddət ərzində ölkənin yeni rəhbərini müəyyən etməlidir.

İranda kütləvi etirazlar dekabrın sonunda iqtisadi vəziyyətin pisləşməsi fonunda başlayıb. Hakimiyyət iğtişaşlara görə məsuliyyəti ABŞ və İsrailin üzərinə qoyub. ABŞ prezidenti Donald Tramp etirazçıların sərt şəkildə yatırılacağı təqdirdə Tehrana mümkün zərbələrlə bağlı açıq xəbərdarlıq edib.

"Time" jurnalı İran Səhiyyə Nazirliyindəki mənbələrə istinadən 8 və 9 yanvar tarixlərində azı 30 min nəfərin həlak olduğu barədə məlumat yayıb və bu rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilmədiyini qeyd edib. İranın rəsmi hakimiyyət orqanları isə 3117 nəfərin öldüyünü açıqlayıb: bu rəqəmə mülki şəxslər, təhlükəsizlik qüvvələrinin əməkdaşları və Tehranın "terrorçu" adlandırdığı şəxslər daxildir.

2025-ci ilin sonlarında başlayan yeni etiraz dalğası dərin iqtisadi böhranla eyni vaxta təsadüf edib. Ölkədə inflyasiya illik ifadədə 42,2 faizə çatıb, İran rialının məzənnəsi isə rekord səviyyəyə - bir dollar üçün 1,42 milyon rialadək enib. ABŞ kəşfiyyatı Ağ Ev üçün hazırladığı hesabatda İran rejiminin son 50 ildə ən zəif vəziyyətinə düşdüyünü bildirib.

Bu fonda Donald Tramp yanvarın 28-də USS Abraham Lincoln rəhbərliyi altında aviadaşıyıcı qrupunun İrana doğru yönləndirildiyini açıqlayıb və Tehran nüvə razılaşmasından imtina edəcəyi təqdirdə mümkün güc ssenarisi barədə xəbərdarlıq edib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1154   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Süni intellekt müəllimi əvəz etməyəcək" fikri bayağıdır"

"Müəllim onsuz da müəllimdir, süni intellekt onu əvəz etməyəcək" fikri bayağı fikirdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda çıxışında deyib. Nazir bildirib ki, "süni intellekt Azərbayca

12:35 163
.

Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI

Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişa

12:00 268
.

"Yeşilçam"ın tanınmış aktyoru vəfat etdi

Türkiyənin tanınmış aktyoru, Yeşilçamın "Altın Çocuk" ləqəbli sənətçisi Göksəl Arsoy 90 yaşında vəfat edib. Türkiyə mediasına istinadla xəbər verir ki, Arsoy "Kara Günlerim", "Samanyolu", "Taş Bebek" kimi filmlərdə yaratdığı obrazlarla yadda qalıb. O, 1957-ci ild

18:15 0
.

Bütün otaqları qızdırmırlar: Yaponların qışda isinmək üsulları

Qışda evin o qədər soyuq olduğunu təsəvvür edin ki, hətta hamama və ya tualetə getmək belə çətinliyə çevrilir. Yaponiyanın köhnə və istilik izolyasiyası zəif olan evlərində yaşayanlar üçün bu, tanış vəziyyətdir. Onlar soyuqla mübarizə aparmaq üçün bütün evi qızdırmaq əvəzinə, olduqları məkanı və bədənlərini

19:00 1
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

18:45 1
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

14:54 160
.

Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"

"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa

14:39 173
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 245
.

İbrahim Borçalının evində toy olacaq

Müğənni İbrahim Borçalılının evində xeyir iş olacaq. Axşam.az-ın əldə etdiyi məlumata görə, ifaçının qızı Aysun Namiq adlı bəylə ailə həyatı qurur. İ.Borçalı noyabrda övladına böyük nişan edəcək. Məclis şəhər restoranlarından birində keçiriləcək. Cütlüyün avqustda "həri" məclisi olub

15:42 205
.