Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimə edildi

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimə edildiSəhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi "Vest Hospital"da yoxlama aparıb.

Qaynarinfo-nun məlumatına görə, "Vest Hospital" Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) aparılan yoxlama zamanı pozuntular aşkarlanıb.

Belə ki, ümumi cərrahların plastik cərrahiyyə ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib. Həmçinin müəssisədə tibbi qeydiyyat sənədləri Səhiyyə Nazirliyinin təsdiq etdiyi formalarla aparılsa da, qaydaların tələbləri qismən təmin olunmayıb.

"Vest Hospital" MMC-nin qanuni təmsilçisi Göyüşov Ramin Xəlil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək, hüquqi şəxslər isə altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir) ilə protokol tərtib olunub və işə məhkəmədə baxılıb.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimə edildiRamin Göyüşovun nümayəndəsi məhkəmədə iş üzrə icraata xitam verilməsini xahiş edib. O, məhkəmədən Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən növbədənkənar yoxlamanın qanunsuz təyin edildiyini, pozuntu halları olduğu üçün bu yoxlama nəticəsində əldə edilmiş bütün sübutların (protokol və aktın) qanunsuz və əsassız hesab olunmasını və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimə edildiSəhiyyə Nazirliyinin nümayəndələri isə bildiriblər ki, 2023-cü ildən "Vest Hospital" MMC-də tibb işləri üzrə direktor müavini işləyən ümumi cərrah Rəşid Əliyev və digərləri sertifikasiya şəhadətnaməsi olmadan praktik tibb fəaliyyəti ilə məşğul olublar. Qeyd edilib ki, həkim ümumi cərrah kimi fəaliyyət göstərməsinə baxmayaraq, əvvəldən etibar qazandığı pasiyentlərinə plastik cərrah kimi də xidmət göstərib.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimə edildiMəhkəmənin qərarı ilə "Vest Hospital" MMC-nin qanuni təmsilçisi Ramin Göyüşov İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və 6 000 manat məbləğində cərimə edilib.

Xəlil Göyüşovun oğlunun klinikasında yoxlama - "Vest Hospital" cərimə edildiQeyd edək ki, bir ay əvvəl Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda qanunsuz fəaliyyət göstərən "Ramin-Nur" şadlıq sarayında camış ətinin dana əti adı ilə təqdim edilərək istehlakçıların aldadıldığını aşkarlayıb. "Ramin-Nur" şadlıq sarayının "Körpü Bina Tikinti" MMC-nin rəhbəri Xəlil Göyüşova məxsus olduğu müəyyənləşib. Həmin şadlıq sarayına da X. Göyüşovun oğlu, "Vest Hospital" MMC-nin direktoru Ramin Göyüşovun şərəfinə "Ramin-Nur" adı verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1252   Tarix: 29 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ukraynaya yeni yardım: "Rusiya ilə belə zarafat etmək olmaz"

"Almaniya Ukraynaya uzunmənzilli silahlar və zərbə dronlarının daxil olduğu yeni hərbi yardım paketi təqdim edəcək, həmçinin enerji sektoruna 350 milyon avro ayıracaq. Almaniya kansleri Fridrix Merts bunu Kiyevdə keçirilən və "Phoenix" telekanalı ilə yayımlanan mətbuat konfransında bildirib

12:41 200
.

Pakistan özünümüdafiə üçün balıq torlarından istifadə edir

Pakistanın Hayber-Paxtunxva əyalətinin Hanqu rayonunda polis dron hücumlarından qorunmaq üçün qeyri-adi üsula əl atıb. Təhlükəsizlik postlarının üzərində bir neçə metr hündürlükdə balıq torları çəkilib. BİG.AZ xəbər verir ki, bu addım bölgədə partlayıcı daşıyan dronlarla həyata keçirilən hücumların qarşısın

14:54 160
.

İspaniyada ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açıldı

İspaniyada çirkli pulların yuyulması və dələduzluqda şübhəli bilinən ukraynalı bloqçu Anatoli Şariyə qarşı cinayət işi açılıb. xəbər verir ki, bu barədə "El Diario" qəzetinin iş materiallarına istinadən məlumat yayıb. Məlumata görə, Şari və həyat yoldaşı 10,7 milyon avro məbləğində dələduzluqd

10:45 160
.

Təyyarə səfərləri haqqında sərnişinlərin bilmədiyi maraqlı faktlar

Təyyarə ilə səyahət edərkən sərnişinlərin çoxunun bilmədiyi bir sıra maraqlı detallar var. Ekipajın istifadə etdiyi gizli təhlükəsizlik vasitələrindən tutmuş, təyyarənin quruluşundakı mühəndislik həllərinə qədər bir çox detal uçuş təhlükəsizliyində mühüm rol oynayır. xarici mediaya istinadən xəbər veri

18:30 1
.

Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı

Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv

14:05 184
.

Bu məktəblərdə distant təhsilə keçilir - AÇIQLANDI

Cari ilin sonunadək seçilmiş 100 ümumi təhsil müəssisəsində adambaşı maliyyələşmə mexanizminin tətbiq edilməsi üçün müvafiq prosedurlara başlanılıb. Bu barədə  Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, "Azərbaycan Respublikasının 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişa

12:00 268
.

Bu əlamətlər varsa, ayaqlarınızı itirə bilərsiniz - ARAŞDIRMA

Ayaqda yaranan adi mazol, kiçik kəsik, çat və ya suluq əksər insanlarda ciddi problem hesab edilmir. Lakin diabetdən əziyyət çəkən şəxslər üçün belə kiçik zədələr bəzən ağır infeksiyaya, toxumaların zədələnməsinə və hətta amputasiyaya qədər gedib çıxa bilər. xarici mediaya istinadən bildirir ki, mütəxəssisləri

18:45 1
.

Azərbaycanda tauna yoluxan var?

Rusiyanın İrkutsk vilayətində taun xəstəliyi ilə bağlı yayılan məlumatlar Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi tərəfindən izlənilir. Hazırda Azərbaycan ərazisində taunla bağlı əlavə məhdudlaşdırıcı tədbirlərin tətbiqinə zərurət yoxdur. BİG.AZ APA-ya istinadən xəbər veri

16:33 145
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 163
.