30 yaşdan sonra iş qadağası, təcrübəsiz gənclərə qapalı qapılar: Azərbaycan əmək bazarının paradoksu - SOSİOLOQDAN AÇIQLAMA
Əmək bazarında yaşanan paradokslar Azərbaycanda minlərlə insanın üzləşdiyi ciddi sosial problemə çevrilib. Bir tərəfdən 30 yaşını keçmiş şəxslər "yaş həddi" səbəbilə işə qəbuldan kənarda qalır, digər tərəfdən isə universiteti yeni bitirmiş gənclər iş elanlarında qarşılarına çıxan "ən azı 2-3 il iş təcrübəsi" tələbi ilə üz-üzə qalırlar. Nəticədə nə təcrübəli, amma "yaşı uyğun olmayan" mütəxəssislər, nə də enerjili və savadlı, lakin təcrübəsiz gənclər əmək bazarında özlərinə yer tapa bilirlər. Bu ziddiyyətli yanaşma işsizliyin dərinləşməsinə, sosial narazılığın artmasına və insan kapitalının səmərəsiz istifadəsinə səbəb olur.
Mövzu ilə bağlı sosioloq Mail Yaqub BiG.AZ-a açıqlamasında bildirdi ki, bu çox ciddi problemdir. Onun sözlərinə görə, əslində işəgötürən bilməlidir ki, mənim işə götürmək istədiyim şəxsin əgər heç bir iş təcrübəsi yoxdursa və məndə onu işə götürmürəmsə, bəs o harda iş təcrübəsi yığacaq? Bu yanaşma yanlış və məntiqsizdir: "İşəgötürən şəxs işəgötürdüyü insanın qabiliyyətinə, danışıq tərzinə baxmalıdır. Şirkətlərin insan resursları bölməsində müsahibə götürən şəxs cəmi 30 dəqiqə o adamla müsahibə təşkil etsə, biləcək ki, onun durumu, həyata baxışı necədir. Ən əsas məsələ budur. Ola bilər ki, bir adamın 5 il iş təcrübəsi olsun, ancaq emosional zəka baxımından zəifdir. Yəni dürüst adam deyil, ədalətsizdir, tənbəldir, məsuliyyətsizdir. Ona görədə məsələyə bu cür yanaşmaq kökündən yanlışdır.
Yəni təcrübəsiz işçini işə götürmək lazımdır ki, təcrübə toplasın. Bu ədalətsiz davranışdır. Belə etmək olmaz. Azərbaycan vətəndaşının 65 yaşı olduqda, pensiya yaşına çatmış olur. Bir adamın 50 yaşı varsa və iş qabiliyyəti yüksəkdirsə, biz sırf yaşa görə ona məhdudiyyət qoyuruqsa buda ədalətsizlikdir və insanlıqdan kənar addımdır. Biz o adama şans verməliyik ki, qoy öz təcrübəsini bizim şirkətimizdə xərcləsin. Mən şəxsən görmüşəm 50-55 yaşlarında çox dəyərli və məsuliyyətli kadrlar var. İnsanın yaşına və təhsilinə önəm vermirlər. İnsanda önəm verilən əsas məsələ dürüstlükdür. Bu çox vacib məsələdir. Mən Azərbaycanda ali təhsili olmayan gənclər tanıyıram ki, böyük biznes qurublar".
Müəllif: İlkin Məmmədkərimov
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 994 Tarix: 30 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Müəllimlərin işi azalmayıb, əksinə artıb"
"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl
12:30 154 Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi
Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr
15:00 185 "Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq
Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın
10:40 152 Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək
Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara
12:13 164 Zəngəzurdan Palandökənə
Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın
13:02 226 B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı
ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç
10:35 153 Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi
Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla
17:37 91 Sabah yağış yağacaq
Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər
12:55 163 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
14:14 201