Azərbaycanda Cinayətlərə Verilən Həbs Cəzaları Digər Ölkələrlə Müqayisədə Azdır

Azərbaycanda Cinayətlərə Verilən Həbs Cəzaları Digər Ölkələrlə Müqayisədə AzdırAzərbaycanda məişət zorakılığı və qadınlara qarşı cinayətlər üzrə tətbiq olunan həbs cəzaları digər ölkələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüngüldür. Cinayətkarlar üçün nəzərdə tutulan cərimələr və az müddətli həbs cəzaları zərərçəkənlərin hüquqlarının qorunmasını zəiflədir və cəmiyyət üçün əhəmiyyətli mesaj verir. Bu vəziyyət qadınların hüquqlarının müdafiəsi, ictimai təhlükəsizlik və cinsi zorakılığın qarşısının alınması baxımından ciddi narahatlıq doğurur və digər ölkələrin təcrübəsi ilə müqayisədə Azərbaycanda hüquqi sistemin daha sərt tədbirlər tətbiq etməsi zərurətini ortaya qoyur.
Azərbaycanda Cinayətlərə Verilən Həbs Cəzaları Digər Ölkələrlə Müqayisədə AzdırMövzu ilə bağlı hüquqşünas Babək Umudov BiG.AZ-a açıqlamasında bildirdi ki, Azərbaycan Respublikası qanunvericiliyində, cinayət məcəlləsində xüsusi ilə qadın və yaxudda kişilərə münasibətdə cinayətlərin bir ayırımı yoxdur. Yəni xanımlara qarşı və ya bəylərə qarşı törədilən cinayətlər eyni kateqoriyada dəyərləndirilir. Amma hər bir cinayətin əlbbətdəki ağırlıq dərəcəsindən asılı olaraq, onun törədilmə üsulları, sayı, əgər şəxsin məhkumluğu varsa o nəzərə alınır, eyni zamanda digər ağırlaşdırıcı və yüngülləşdirici hallar nəzərə alınır. Onun sözlərinə görə, burda təbiiki cinayət törədilən şəxsin özünündə bir statusu varsa, məsələn hamilə qadındırsa ona qarşı daha ağır cəza təyin olunur. Eyni zamanda uşaqdırsa ona da daha ağır cəza təyin olunur. Yəni bunlar hamısı birlikdə qiymətləndirilir: "Sırf xanımın və yaxudda bəyin qurban rolunda olması əslində sırf cəzanın ağırlığını dəyişdirmir. Cinayətlərlə bağlı araşdırma aparılıb, ümumi statistika çıxarılmalıdır və hansı cinayət növlərində artım varsa, ona qarşı tədbirlər görmək lazımdır.

Amma cinayətin ağırlığından asılı olaraq, onun törədilmə üsullarından asılı olaraq onun ağırlığı artdığı kimi, eyni zamanda cəzaçəkmə müəssisələrindəki vəziyyətdə nəzərə alınmalıdır. Məhkum bir ildə, beş ildə cəza çəksə burda məqsəd onu yenidən cəmiyyətə qazandırmaqdır. Yəni məqsəd onu islah etməkdir. Bizdə cəzaçəkmə müəssisələrinin əksəriyyətində belə bir şərait yoxdur. Yəni həmin şəxsə biz 20 ildə cəza versək, ö adam islah olan deyil. İnsanlara qarşı olan cinayətlərə baxsaq, orda insan affekt vəziyyətində olur. Yəni elə vəziyyətdə olur ki, o hadisənin qarşısını almaq artıq mümkün deyil. Yəni o şəxsi 5 ildə, 20 ildə cəza gözləsə eyni əməli törədəcək. Sadəcə olaraq bu cür hallar əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayətlərin qarşısını almağa kömək edə bilər. Çünki orda uzun müddətli planlar təşkil olunur, cinayətin sxemi yaradılır. Yəni bu kimi halların qarşısını almaq mümkün ola bilər. Qısqanclıq, dava və s. hallarda orda artıq insanın gözünə görünmür ki, onu 5 il yoxsa 20 il cəza gözləyir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1170   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 154
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 185
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 152
.

Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara

12:13 164
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

13:02 226
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 153
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

17:37 91
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 163
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 201
.