Səyahət sığortası: Qonşu ölkələrdə təhlükəsizliyin təminatı

Səyahət sığortası: Qonşu ölkələrdə təhlükəsizliyin təminatı"Səyahət sığortası sığorta məhsulları arasında ən vacib və alınması zəruri olan məhsuldur. Təəssüf ki, Azərbaycan vətəndaşlarının bu məhsula marağı çox aşağıdır".

Bunu BiG.AZ-a açıqlamasında sığorta üzrə ekspert Şahin İsmayılov bildirib.

O, qeyd edib ki, Şengen ölkələrinə səfər edən vətəndaş viza müraciəti zamanı səyahət sığortasını məcburi olaraq alır, çünki bu olmadan viza müraciəti rədd edilə bilər. Lakin digər qonşu və uzaq ölkələrə səfərdə belə məcburiyyət olmadığı üçün əksər vətəndaşlar sığortadan istifadə etmirlər:

"Hər bir vətəndaş bilməlidir ki, ölkə xaricində olduğu zaman səyahət sığortası gözlənilməz hadisələr zamanı xilaskar rolunu oynaya bilər. Xarici ölkələrdə tibbi xidmətin baha olması vətəndaşın zəruri tibbi yardım almasını bəzən mümkünsüz edir. Ona görə də ölkəni tərk edən hər kəs bu sığorta məhsulunu əldə etməlidir.

Artıq 1 yanvar 2026-cı ildən Gürcüstan öz yeni qanununu qəbul edib və ölkəyə gələn bütün xarici vətəndaşlar mütləq səyahət sığortası ilə sərhəddi keçə bilərlər.

Bu qərar Azərbaycan vətəndaşları üçün gözlənilməz olub və narazılıqla qarşılanıb. Çünki çox sayda vətəndaş iş, təhsil və ya qohum ziyarəti məqsədilə Gürcüstana üzünmüddətli səfərlər edir. Bu isə əlavə xərclər yaradır, çünki uzunmüddətli səyahət sığortasının qiymətləri kifayət qədər yüksəkdir və ailə ilə səfər edənlər üçün məbləğ fantastik dərəcədə arta bilər.

Buna baxmayaraq, vətəndaşların qonşu ölkəyə sığortalı olaraq səfər etməsi onların maraqlarına uyğundur. İstənilən an bədbəxt hadisə baş verə bilər və bu halda sığorta şirkətləri yaranmış xərclərin ödənməsi üçün ən effektiv vasitədir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 873   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 154
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 185
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 152
.

Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara

12:13 164
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

13:02 226
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 153
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

17:37 91
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 163
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 201
.