Qanunsuz ov edənlər həm cərimə, həm də həbslə üzləşə bilər

Qanunsuz ov edənlər həm cərimə, həm də həbslə üzləşə bilər"Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması üzrə tələblərin pozulmasına görə ciddi cərimələr tətbiq olunur. Fiziki şəxslər bu pozuntulara görə 1 000-1 300 manat, vəzifəli şəxslər 3 000-4 000 manat, hüquqi şəxslər isə 6 000-8 000 manatadək cərimə edilirlər".

Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.

O, qeyd edib ki, həmçinin qanunsuz ov - yəni lazımi icazə olmadan, qadağan edilmiş yerlərdə, qadağan edilmiş vaxtda və ya qadağan edilmiş alət və üsullarla ov etmə - inzibati xəta hesab edilir. Bu zaman ov predmetləri müsadirə edilə bilər və ya edilmədən, şəxslər 1 000-2 000 manatadək cərimə oluna bilər, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır:

"Əgər qanunsuz ov xeyli miqdarda ziyan vurubsa, həmin əməllər cinayət məsuliyyətinə səbəb olur. Xüsusilə ovlanması tamamilə qadağan edilmiş quş və heyvanların qanunsuz ov edilməsi də cinayət əməli sayılır. Bu halda şəxslər Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsinə əsasən cəzalandırılır: üç min manatdan altı min manatadək cərimə, bir ilədək müddətə islah işləri, iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum edilmə.

Bu qaydalar Azərbaycan Respublikasında Qırmızı Kitab növlərinin qorunması və vətəndaşların məsuliyyətli davranışının təmin olunması məqsədi ilə tətbiq edilir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 940   Tarix: 30 yanvar 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Müəllimlərin işi azalmayıb, əksinə artıb"

"Əgər təhsil vətəndaşlar üçün əlçatan deyilsə, yoxdur deməkdir". "Qafqazinfo" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Daha təhsilli gələcək" devizi ilə Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib. O bildirib ki, ölkədə təhsilin keyfiyyətl

12:30 154
.

Bakıda kişi arvadını tava ilə döyüb - 20 aylıq həbs edildi

Bakıda həyat yoldaşını döyərək xəsarətlər yetirən kişi cinayət məsuliyyətinə cəlb edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, 1989-cu il təvəllüdlü İsa Sərdarov (adlar və soyad şərtidir) Cinayət Məcəlləsinin 127 və 133-cü (qəsdən sağlamlığa az ağır zərər vurma və əzab vermə) maddələr

15:00 185
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 152
.

Yəməndə husilərə qarşı müharibə illərlə davam edəcək

Yəmənin beynəlxalq səviyyədə tanınan hökumətinin husilərin nəzarətində olan əraziləri geri almaq üçün başladığı hərbi əməliyyat uzun və çətin ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri "Royal United Services Institute"in beynəlxalq təhlükəsizlik üzrə əməkdaşı Bara

12:13 164
.

Zəngəzurdan Palandökənə

Zəngəzur dəhlizi yalnız Qafqazın nəqliyyat xəritəsini dəyişmir; düzgün planlaşdırma aparılarsa, Ərzurumu Palandökən üzərindən regional logistika mərkəzinə çevirə biləcək yeni bir imkan təqdim edir. Bəzi nəqliyyat layihələri var ki, yalnız iki nöqtəni bir-birinə bağlamır, coğrafiyanın iqtisadi mənasın

13:02 226
.

B-1 bombardmançıları Fairford bazasından geri çağırıldı

ABŞ bütün B-1 strateji bombardmançı təyyarələrini Böyük Britaniyada yerləşən Fairford Hava Bazasından geri çəkib. xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb. Qəzetin məlumatına görə, qərar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda qəbul edilib. Hazırda bütün bombardmanç

10:35 153
.

Bakıda iti pəncərədən atan şəxsə - 25 sutka verildi

Paytaxtın Qaradağ rayonunda itə qarşı zorakılıq edən şəxs məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, heyvanla rəhmsiz rəftar etdiyinə görə polis əməkdaşları tərəfindən saxlanılan Ağakişiyev soyadlı şəxs 25 sutka inzibati qaydada həbs olunub. Qeyd edək ki, yayıla

17:37 91
.

Sabah yağış yağacaq

Oktyabrın 6-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Cənub-şər

12:55 163
.

Rusiyada taun xəstəliyi yayılır?

Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2

14:14 201
.