Pensiya və əməkhaqqı ilə bağlı vacib AÇIQLAMA
Son illər ölkədə artan qiymətlər fonunda pensiyaların real alıcılıq qabiliyyətinin azalması ciddi müzakirə mövzusuna çevrilib. Sosial təminatın maaş artımına, yoxsa inflyasiya səviyyəsinə uyğunlaşdırılmalı olduğu barədə müxtəlif yanaşmalar irəli sürülür.
Pensiyaların hansı meyarlara əsasən hesablanmalı olduğu ilə bağlı Konkret.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc mövcud indeksləşmə mexanizmlərindən və gözlənilən dəyişikliklərdən danışıb.
"İqtisadi güc və inkişaf səviyyəsi birbaşa olaraq maaşların və pensiyaların artımına təsir göstərir. Hazırda Azərbaycanda hər il əvvəlki illə müqayisədə orta aylıq əməkhaqqının məbləği nəzərə alınır və artım faizi indeksləşdirilir. Məhz bu indeks əsasında həm əməkhaqları, həm pensiyalar, həm də digər sosial müavinətlər artırılır".
Vüqar Oruc qeyd edib ki, ötən il bu indeksləşmə 9,2 faiz təşkil edib və cari il ərzində də maaşların, pensiyaların və müavinətlərin bu istiqamətdə artırılması gözlənilir.
"Əsas qaydalara görə minimum əməkhaqqı orta əməkhaqqının yarısından aşağı olmamalıdır. Hazırda bu göstərici təxminən 500-550 manat civarındadır. Pensiyalar isə adətən minimum istehlak büdcəsinə uyğun şəkildə hesablanır.
2026-cı il üçün yaşayış minimumunun ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün isə 260 manat səviyyəsində müəyyənləşdirilməsi nəzərdə tutulur".
Vüqar Oruc vurğulayıb ki, gözlənilən əsas məqam pensiyaların minimum həddinin minimum istehlak büdcəsinə uyğunlaşdırılmasıdır. Bununla belə, ölkədəki qiymət artımı fonunda istər pensiyaların orta həddi, istərsə də minimum əməkhaqqı məbləğlərinin mövcud qiymətlərlə müqayisədə kifayət qədər aşağı olduğu da diqqət çəkir. /"Yeni Sabah"
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 923 Tarix: 31 yanvar 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPrezident cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyir
Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev mərasimi izləyir
16:49 79 Ramil Usubovun ailəsində - Ağır itki
Azərbaycanın sabiq daxili işlər naziri, Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubova ağır itki üz verib. "Qafqazinfo" "ya istinadən xəbər verir ki, onun kürəkəni Kamran Xankişiyev vəfat edib. Qeyd edək ki, Kamran Xankişiyev uzun illər hüquq-mühafizə orqanlarında çalışıb
15:19 186 Mənzil almaq çıxarışa sahib olmaq demək deyil: Vətəndaş hansı risklərlə üzləşə bilər?
"Mənzilin faktiki olaraq alınması ilə onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması eyni şey deyil". Bunu BİG.AZ-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bildirib. O, qeyd edib ki, mənzil bazarında vətəndaş bəzən müqavilə, maliyyə arayışı, order və ya digə
11:33 188 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 167 Həkimdən xəbərdarlıq: "Yumurta dondurulması 100 faiz zəmanət deyil"
"Qadının yumurtalıq ehtiyatının, yəni yumurtalıq rezervinin müəyyən həddi var və bu ehtiyat yaş artdıqca tədricən azalır. Bu proses xüsusilə 35 yaşdan sonra daha sürətlə gedə bilər". Bunu BİG.AZ-a açıqlamasında mama-ginekoloq Rəşad Sultan bildirib. O, qeyd edib ki, 35 yaşdan yuxarı yaşda uşa
14:39 158 Saçınız indi tökülür, səbəbi aylar əvvəl baş verib
Saç tökülməsi hər zaman vitamin çatışmazlığı ilə bağlı olmur. Bəzən saçın tökülməsi orqanizmin bir neçə ay əvvəl keçirdiyi fiziki və ya emosional gərginliyə gecikmiş reaksiyası ola bilər. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Dermatologiya Akademiyasının məlumatına görə, telogen effluviu
15:48 136 Rusiyada taun xəstəliyi yayılır?
Rusiyanın İrkutsk vilayətində Taunla Mübarizə İnstitutunun əməkdaşının ölümündən sonra xəstəxanalarda karantin rejimi elan edilib. "Qafqazinfo" xəbər verir ki, bu barədə yerli "Telegram" kanalları məlumat yayıb. Bildirilib ki, oktyabrın 2-də İrkutsk Taunla Mübarizə İnstitutunun 2
14:14 191 Sevil Nuriyeva Zeynəb Xanlarova ilə fotosunu paylaşdı
Tanınmış jurnalist Sevil Nuriyeva Türkiyədə bir müddət öncə əməliyyat olunması barədə xəbər yayılan Xalq artisti Zeynəb Xanlarova ilə görüşüb. "Qafqazinfo" xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında Zeynəb Xanlarova ilə fotosunu paylaşıb. "Bu gün İstanbulda Türk dünyasının əfsanəv
14:05 177 Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
13:07 342