Orta məktəblər publik hüquqi şəxsə çevrilir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Orta məktəblər publik hüquqi şəxsə çevrilir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAAzərbaycanda orta məktəblərin publik hüquqi şəxsə çevrilməsi təhsil sistemində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu dəyişiklik məktəblərin idarəetmə mexanizmlərinin yenilənməsi, maliyyə və inzibati müstəqilliyin artırılması, eyni zamanda fəaliyyətə nəzarət mexanizmlərinin fərqli model üzərindən qurulması məqsədi daşıyır. Yeni status məktəblərin gündəlik fəaliyyətinə, müəllim-rəhbərlik münasibətlərinə və təhsil prosesinin təşkilinə hansı təsirləri göstərəcəyi ilə bağlı cəmiyyətdə geniş müzakirələrə səbəb olub.
Orta məktəblər publik hüquqi şəxsə çevrilir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, əslində məktəblərin publik hüquqi şəxsə çevrilməsi, müəllimin 8 saat işləməsi düzgün yanaşmadır və mən bunu qəbul edirəm. Onun sözlərinə görə, çünki bütün sistemlərdə müəllimin konkret iş vaxtı var: "Bizim ümumtəhsil məktəblərində isə heç vaxt müəllimin konkret iş vaxtı olmur. Müəllim gəlib dərsini keçib, evinə gedir. Necə olur bu? Sinif rəhbəri və ya dərnək rəhbərinin dərsindən başqa işləridə var. Ancaq digər bir tərəfdən indiki mövcud əmək haqqı ilə publik hüquqi şəxsə çevrilmək mümkün deyil. Yəni müəllim gündəlik 8 saat çalışacaqsa, ona çalışdığı 8 saatın əmək haqqını ödəmək lazımdır. Yəni müəllimi 8 saat çalışdırıb, əvəzində 3 saatın əmək haqqını ödəmək anlayışı ilə Emin Əmrullayev məktəbləri publik hüquqi şəxsə çevirə bilməyəcək. Yəni müəllimin aldığı 400 AZN maaş ilə 8 saat hansı müəllim çalışmağa razı olar? Ona görədə bu təcrübəyə düzgün yanaşmaq lazımdır. Bu təcrübənin üstünlükləri çoxdur. Birinci üstün cəhət ondan ibarətdir ki, məsələn məktəbdə bir fənn müəllimi xəstələndiyi halda, digər müəllim onun yerinə işə çıxa biləcək.

İkinci üstün cəhət isə ondan ibarətdir ki, məktəblər özləri pul qazana biləcəklər. Ancaq qeyd etdiyim ki, bu təcrübənin tətbiq edilməsi üçün bir çox problemlər mövcuddur. Azərbaycanda hələdə bir çox məktəblərin texniki pasportları yoxdur. Ədliyyə Nazirliyi hələdə məktəblərin nizamnaməsini qeydə almayıblar. Emin Əmrullayev birinci getsin məktəblərin nizamnamə problemini həll etsin. Qanunla baxdıqda, bizim məktəblərin fəaliyyəti qeyri-qanunidir. Çünki Ədliyyə Nazirliyində heç biri qeydiyyatdan keçməyib və heç birinində qanunla təsdiqlənmiş nizamnaməsi yoxdur. Belə olan halda məktəblər necə publik hüquqi şəxsə çevriləcək? Birinci bu məsələlər həllini tapmalıdır. Bundan başqa müəllimin maaş problemi həllini tapmalıdır. Bu sahədə o qədər problemlər varki saymaqla bitməz".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 913   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 113
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 98
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 132
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 131
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 142
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 154
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

13:07 226
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 148
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 140
.