"Uşaqdan silahın növünü niyə soruşursunuz?"
Məlum olduğu kimi, bu gün Bakıdakı "İdrak" liseyində 10-cu sinif şagirdi riyaziyyat müəllimini güllələyib. Hadisə baş verən əraziyə yollanan media nümayəndələri güllələnmə ilə bağlı detalları öyrənmək üçün həmin təhsil müəssisəsində oxuyan aşağı sinif şagirdlərindən müsahibə alıb. Mikrofonlar qarşısında sual atəşinə tutulan məktəblilərin açıqlamaları üzləri gizlədilmədən mediada yayımlanıb.
"Qafqazinfo" xəbər verir ki, azyaşlı şagirddən hadisənin təfərrüatının öyrənilməsi və bu şəkildə təqdimatı sosial şəbəkələrdə tənqid olunub.
Azərbaycan Mətbuat Şurasının sədr müavini, Əməkdar jurnalist Səadət Məmmədova da bununla bağlı öz narahatlığını bildirib: "Əziz media mənsubları! Jurnalistika qaydalarına görə, müsahibə aldığınız uşağın ya üzünü bağlamalısınız, ya da onun yanında qəyyumu (valideyn, müəllim və s) dayanmalıdır. Ən əsası, uşağa dəxli olmayan sualları ona vermək düzgün deyil.
Uşaq nə bilir "AKM" nədir və ya niyə bilməlidir?! Ondan silahın növünü niyə soruşursunuz?! Bugünkü müdhiş hadisəni işıqlandıran zaman emosiyalara qapılmaq olmaz. Uşağa hərə bir tərəfdən həyəcanlı suallar verir, o da bilmir kimə nə desin…"
Təhsil eksperti Elçin Əfəndi isə deyib ki, bu hadisə həmin şagirdin düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək: "Güllə təkcə Şəhla müəllimə deyil, bütün Azərbaycan müəllimlərinə, Azərbaycan təhsilinə dəydi.
Niyə? Çünki bu vaxta kimi müəllimlərə təzyiq çox idi, müəllim şagirdə söz deyə bilmirdi. İndi isə hər bir müəllim daha diqqətli rəftara üstünlük verəcək. Bu isə həmin şagird düşüncəsində olanların əl-ayaqlarını daha da geniş açmaları ilə nəticələnəcək. İtirən Azərbaycan təhsili olacaq".
Qeyd edək ki, bu gün səhər saat 09 radələrində Bakıdakı "İdrak" liseyinin müəllimi Şəhla Kamilova 10-cu sinif şagirdi tərəfindən güllələnib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1207 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 113 Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"
"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst
12:22 98 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 132 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 131 Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
10:31 142 Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
10:03 154 Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
13:07 226 İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu
10:41 148 Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 140