"Patron" ləqəbli "qanuni oğru" Londonda TUTULDU: limuzindən zorla çıxarıldı
Londonda "Niku Patron" kimi tanınan "qanuni oğru" İon Quşan saxlanılıb. Məlumatı Baş Polis Müfəttişliyi təsdiqləyib.
Lent.az xəbər verir ki, Britaniya KİV-lərinin məlumatına görə, 54 yaşlı Moldova əsilli şəxs Londonun şərqində Cinayətkarlıqla Mübarizə Agentliyi əməkdaşları tərəfindən tutulub. Xüsusi təyinatlılar Quşanın ailəsi ilə birlikdə olduğu "Mercedes S-Class" markalı avtomobili mühasirəyə alıblar.
Baş Polis Müfəttişliyi bildirib ki, saxlanılma Avropa həbs orderi əsasında həyata keçirilib. Daha əvvəl Quşan Fransada qiyabi olaraq mütəşəkkil cinayətkarlıq və qaçaqmalçılığa görə 10 il həbs və 300 min avro cərimə cəzasına məhkum edilib.
Beynəlxalq KİV-lərin yazdığına görə, polis əməkdaşları "Patron"u dəbdəbəli limuzindən güc tətbiq edərək çıxarıblar. Saxlanılma kriminal avtoritetin uzunmüddətli axtarışını başa çatdıran xüsusi əməliyyatın nəticəsi olub. Bu illər ərzində Quşan ailəsi ilə birlikdə Böyük Britaniyanın müxtəlif bölgələrində gizlənib.
Hazırda İon Quşan Böyük Britaniyada həbsdə saxlanılır. O, Fransaya ekstradisiyası proseduruna etiraz edir. Fransada Quşan ötən ilin mayında silahlı soyğunçuluq, zorakılıqla hədə-qorxu, reket, qaçaqmalçılıq, çirkli pulların yuyulması və mütəşəkkil cinayətkar dəstədə iştirak ittihamları ilə qiyabi olaraq 10 il azadlıqdan məhrum edilib.
İon Quşan 4 may 2023-cü ildə Moldova Respublikasında da axtarışa verilib. O, 5 milyon ley məbləğində şantajda ittiham olunur: həmin iş üzrə keçmiş idmançı İon Şoltoyanu saxlanılıb.
2012-ci ildə "Patron" rumıniyalı biznesmen Puyu Mironeskunun öldürülməsi üçün killer Vitali Prokanın tutulmasında vasitəçilik etməkdə ittiham olunub. Qalmaqala baxmayaraq, o zaman cəzadan yayınmağa nail olub. Daha sonra Rumıniya hüquq-mühafizə orqanlarının məlumatına görə, Quşan iki qanunsuz siqaret istehsalı fabriki təşkil edib və bu müəssisələr xüsusi xidmət orqanları tərəfindən ləğv edilib. 2016-cı ildə Quşan 14 il həbsə məhkum edilsə də, hökm sonradan yenidən baxılaraq dəyişdirilib.
2023-cü ildə Fransa, Rumıniya və Moldova hakimiyyət orqanları Moldova vətəndaşlarından ibarət, oğurluq və siqaret qaçaqmalçılığında şübhəli bilinən qruplaşma ilə bağlı 50-dən çox ünvanda axtarış aparıblar. İstintaqın versiyasına görə, qruplaşmaya İon Quşan rəhbərlik edib və Fransa hakimiyyəti onun barəsində Avropa həbs orderi verib.
Quşan Rumıniyada saxlanılsa da, məhkəmə həmin vaxt Rumıniya məhkəmələrində baxılan cinayət işləri başa çatana qədər onun Fransaya verilməsini təxirə salıb. Daha sonra telefon dinləmələrinin konstitusiyaya zidd sayılması və əsas sübutların ləğvi səbəbilə o, tam bəraət alıb.
Bunun ardınca Avropa həbs orderi yenidən aktivləşdirilsə də, polis Quşanı Rumıniyada tapa bilməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 949 Tarix: 06 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir
Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind
11:44 113 Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"
"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst
12:22 98 Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib
Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı
12:39 132 Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH
Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind
11:24 131 Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT
Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə
10:31 142 Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi
10:03 154 Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB
Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə
13:07 226 İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM
Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu
10:41 148 Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat
Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia
10:54 140