Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…

Memar Elçin Əliyev Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) göndərdiyi məktuba agentlikdən gələn kobud və laqeyd cavabla bağlı status paylaşıb.
Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…Tribuna.az-ın xəbərinə görə, memar AYNA məmurlarının adi müraciət mədıniyyətinin olmadığını bildirib:

"Yanvar ayının ortalarında qızımla birlikdə məktəbə gedirdik və Əhməd Cavad küçəsini bunun üçün nəzərdə tutulmuş yerdən keçməyə qərar verdik. Yaxınlaşdıq, sola-sağa baxdıq, heç kim yox idi - və cəsarətlə ağ rəngli piyada "zebrasına" addımladıq.

Və birdən hiss etdik ki, üzərimizə 99JP019 dövlət nömrə nişanlı, "Faiqoğlu" şirkətinə məxsus iri bir marşrut avtobusu ildırım sürətilə gəlir və ümumiyyətlə əyləcləmək fikrində deyil… Son anda qızımı yol keçidindən kənara itələməyə macal tapdım, özüm isə akrobatik bir sıçrayışla qaçılmaz ölüm zərbəsindən yayındım…

Ağır stressdən sonra özümə gəlib "AYNA"ya - Yerüstü Nəqliyyat Agentliyinə - zəng edib şikayət etdim.

Və bu gün dövlət qurumundan, Heydər Rüstəmov adlı bir məmurdan elektron poçtuma tapmaca adında bir məktub aldım.

Başa düşürəm ki, mən Çin istehsalı yaşıl gödəkçədə adi bir vətəndaşam, amma heç olmasa müraciət mədəniyyətinin minimum səviyyəsini qorumaq olardı: nə "hörmətli", nə baş verənlərə görə bir üzrxahlıq…

"Nəzərə alın" - vəssalam, "vətəndaş Əliyev". Və…

Yaxşı ki, hələlik "vətəndaş" deyə müraciət ediblər - axı belələri mənim vergilərimin hesabına orada oturublar…

Məncə, dövlət qurumlarında hələ də tərbiyəsi və elementar mədəni səviyyəsi olmayan məmurlara rast gəlinir.

Amma təəccüblənmirəm, bu AYNA-dır axı. Necə yazılı cavabda, elə də yollarda: hava limanı yolunda iri, qara rəngli bir dövlət avtomobili tərəfindən həyasızcasına sıxışdırıldığımı hiss etdim".
Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…Memar AYNA məmurunun kobud məktubunu paylaşdı…


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1013   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 113
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 98
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 132
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 131
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 142
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 154
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

13:07 226
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 148
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 140
.