TƏCİLİ! Rusiya-NATO müharibəsi başlaya bilər - XƏBƏRDARLIQ edildi

TƏCİLİ! Rusiya-NATO müharibəsi başlaya bilər - XƏBƏRDARLIQ edildiMacarıstanın Baş naziri Viktor Orban NATO-nun baş katibi Mark Ruttenin Ukrayna ilə bağlı son bəyanatlarına kəskin reaksiya verərək, Qərbi "nüvə dövləti ilə birbaşa toqquşma" riskindən çəkinməyə çağırıb.

Macarıstan lideri Ruttenin "münaqişə başa çatdıqdan sonra Ukraynaya Qərb qoşunlarının göndərilməsi" barədə planlarını ifrat dərəcədə təhlükəli adlandırıb.

"Əgər baş katibin bu sözləri reallığa çevrilərsə, bu, artıq dolayısı yox, Qərbin Rusiya ilə birbaşa müharibəsi demək olacaq", - deyə Orban Macarıstan dövlət radiosuna müsahibəsində bildirib. O, Alyansın bu cür planlarının Avropanı geri dönüşü olmayan bir fəlakətə sürükləyə biləcəyini vurğulayıb.

Orbanın sözlərinə görə, istənilən ad altında Ukrayna ərazisinə NATO qüvvələrinin daxil olması Moskva tərəfindən birbaşa müdaxilə kimi qiymətləndiriləcək. Baş nazir qeyd edib ki, Macarıstan NATO daxilində bu cür qərarların qəbul olunmasına qarşı çıxmaqda davam edəcək və heç bir halda öz hərbçilərini və ya ərazisini bu missiyaya cəlb etməyəcək.

Xəbərdarlıq fevralın əvvəlində Əbu-Dabidə keçirilən üçtərəfli sülh danışıqlarından dərhal sonraya təsadüf edir. Orban hesab edir ki, bəzi Qərb dövlətləri sülh imkanlarını dəyərləndirmək əvəzinə, müharibənin coğrafiyasını genişləndirmək niyyətindədir. O, həmçinin xatırladıb ki, Macarıstanın 2026-cı il parlament seçkiləri ölkənin "müharibə və ya sülh" tərəfdarı olması baxımından həlledici rol oynayacaq.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi ekspert Fikrət Nəsrəddinzadə qeyd edib ki, Rusiyanın Ukrayna ərazilərini işğal etməsi beynəlxalq hüquq normalarına ziddir:

"Üstəlik, Kremlin Şimali Koreyadan hərbi kontingent gətirərək, cəbhə bölgəsinə göndərməsi də Ukrayna savaşının qlobal xarakter almasına səbəb ola biləcək yolverilməz addımdır.

Ancaq burada önəmli olan məqamlardan biri ondan ibarətdir ki, ABŞ və Qərb də Ukrayna ordusunun silah-sursat və hərbi texnika ilə təchizatını öz üzərinə götürüb. Və bu, o deməkdir ki, Qərb siyasi dairələri də Ukrayna savaşının Rusiyaya qarşı beynəlxalq hüquq normalarının tam gücünü tətbiq etməklə, həllinə çalışmaq əvəzinə, savaşa hərbi alətlərlə müdaxilə edir".

Şərhçinin sözlərinə görə, təbii ki, belə situasiya yaxın gələcək üçün daha qlobal savaş təhlükəsini aktuallaşdırır:

"Xüsusilə də, son vəziyyət tezliklə Rusiya və NATO arasında hərbi toqquşma ehtimalına inandırıcı görüntülər verməyə başlayıb. Hətta bu təhlükə o qədər ciddiləşib ki, NATO daxilində Rusiya ilə silahlı münaqişə baş verəcəyi təqdirdə, bu ölkənin ərazisinə yüksək dəqiqlikli qabaqlayıcı zərbələrin endirilməsini müzakirə etmək məcburiyyətində belə qalıb. Və bu, o deməkdir ki, NATO artıq Rusiya ilə birbaşa savaşa hazırlaşır".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 808   Tarix: 06 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sevgi hormonu" ilə bağlı təəccüblü kəşf: Qorxunu da idarə edir

Yaponiyada aparılan yeni neyroelm araşdırması "sevgi hormonu" kimi tanınan oksitosinin yalnız sosial bağ və güvən hissində deyil, qorxunun aradan qaldırılmasında da mühüm rol oynadığını ortaya qoyub. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaya görə, oksitosin beynin talamus bölgəsind

11:44 113
.

Siyasi ekspert: "Avropanın Ukraynaya dəstəyi əvvəlki kimi limitsiz deyil"

"Ukrayna müharibəsinin qışa qədər başa çatacağı ilə bağlı əvvəl səsləndirilən gözləntilər özünü doğrultmadı. Əksinə, sentyabr ayında Prezident Volodimir Zelenski müharibənin qışa qədər davam edə biləcəyini açıqladı. Bu da göstərir ki, əvvəlki siyasi və diplomatik proqnozlar reallıqla tam üst-üst

12:22 98
.

Prezidentlə görüşdə Azərbaycan dilini daha yaxşı öyrənəcəyini dedi - Fotolar - Yenilənib

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Avstriyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ettienn Berxtoldu qəbul edib. "Qafqazinfo" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib və Azərbaycan dilində deyib: "Zati-aliləri cənab Prezident, Avstriyanı

12:39 132
.

Makronun siyasəti Fransanı hara apardı? - ŞƏRH

Fransa Emmanuel Makronun prezidentliyi dövründə dövlət borcunun kəskin artması, xərclərin çoxalması və siyasi qeyri-sabitliklə üzləşib. Bu barədə "Bloomberg" agentliyi yazıb. Nəşr qeyd edib ki, Makronun prezidentliyinin əvvəlində iqtisadi vəziyyət daha yaxşı idi. Hakimiyyət əmək qanunvericiliyind

11:24 131
.

Abşeronda binada partlayışa dezodorant səbəb olubmuş - TƏFƏRRÜAT

Ötən gün Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində baş verən partlayışın detalları məlum olub. Baku TV-yə istinadla xəbər verir ki, evin sahibinin sözlərinə görə, partlayışa səbəb dezodorant olub. "Aldığım dezodrantı qoyublar ortalığa, evlə

10:31 142
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 154
.

Sevinc Tahirova İcraçı direktor təyin olunub - YENİLƏNİB

Sevinc Tahirova "MTV Azərbaycan" telekanalının da nəzdində fəaliyyət göstərdiyi "Fətiyev Group" şirkətinə İcraçı direktor təyin olunub. Bu barədə Yurd.Media-ya Sevinc Tahirovanın özü məlumat verib. Qeyd edək ki, "Fətiyev Group" Azərbaycanda media və reklam sahəsində fəaliyyə

13:07 226
.

İlham Əliyevdən Jalə Əliyeva ilə bağlı SƏRƏNCAM

Milli Məclisin deputatı Jalə Fazil qızı Əliyeva "Şöhrət" ordeni ilə təltif edilib. BİG.AZ -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncama əsasən, J.Əliyeva Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə təltif olunu

10:41 148
.

Efiopiyada münaqişə şiddətlənir - 4 liderdən birgə bəyanat

Misir, Eritreya, Somali və Sudan regionda, o cümlədən Sudandakı vətəndaş müharibəsi və Efiopiyada gedən ağır döyüşlər fonunda siyasi və sülh yolu ilə həllə çağırış edib. BİG.AZ xarici KİV-ə istinadla xəbər verir ki, dörd ölkənin liderləri - Misir Prezidenti Əbdülfəttah əs-Sisi, Eritreya Prezidenti İsaia

10:54 140
.