Pensiyaçıların Gülümsəmə Günü: Əmək Pensiyaları 9,3 % Artırıldı!

Pensiyaçıların Gülümsəmə Günü: Əmək Pensiyaları 9,3 % Artırıldı!Prezident İlham Əliyev "Əmək pensiyalarının indeksləşdirilməsi haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən, 2026‑cı il yanvarın 1-dən etibarən əmək pensiyaları 9,3 % artırılacaq və bu artım bütün pensiyaçıların - yaşa görə, əlillik və sağ qalanların pensiyalarına avtomatik tətbiq olunacaq. Artım elektron sistem üzərindən əlavə sənəd tələb olunmadan həyata keçiriləcək və fevral pensiyası ilə birgə ödəniləcək. Sərəncam həmçinin fərdi pensiya kapitalı olan şəxslərin kapitalının illik inflyasiya səviyyəsinə uyğun indeksləşdirilməsini də nəzərdə tutur, bu da gələcək pensiya məbləğinə birbaşa təsir edəcək.
Pensiyaçıların Gülümsəmə Günü: Əmək Pensiyaları 9,3 % Artırıldı!Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli BiG.AZ-a açıqlamasında bildirdi ki, pensiya qanunvericiliyində 2017-ci ildə edilmiş dəyişikliklərdən sonra təqaüdçülərin pensiyası avtomatik indeksasiya mexanizminə bağlanıb. Beləki hər il təqaüdçülərin pensiyası əvvəlki ildə muzdlu işdə çalışan işçilərin orta aylıq əmək haqqının illik artım faizinə uyğun olaraq, təqaüdçülərin pensiyası indeksləşdirilir. Yəni təqaüdçülər əvvəlki ildə işləyən işçilərin artım faizinə uyğun olaraq öz pensiyalarının artmasını müşahidə edirlər. Təbiiki bu kifayət qədər həm proqrasiv, həmdə ədalətli indeksasiya metodudur. Çünki iqtisadiyyatda əgər işləyən şəxslərin əmək haqqı artırsa, yəni iqtisadiyyat işləyən şəxslərin əmək haqqısını artırmaq imkanına malikdirsə, təqaüdçülərdə eyni faiz dərəcəsi ilə bu artımdan faydalanırlar. Onun sözlərinə görə, prezident sərəncamı ilə bu artımın verilməsi mexanizmi işə düşür və nəzərə alsaq ki, orta aylıq əmək haqqı faizinin illik artım tempi adətən ikinci ayın ilk ongünlüyündə müəyyənləşir və buna görədə artım buna uyğun tətbiq edilir: "Bu o deməkdir ki, yanvar ayında da nəzərdə tutulan artım fevral ayının pensiyaları ilə birgə veriləcək. Yəni fevral ayında həm yanvar ayının, həmdə fevral ayının artımını təqaüdçülər alacaqlar. Pensiya qanunvericiliyində edilən daha bir təkmilləşdirmədə ondan ibarət oldu ki, artıq təqaüdə çıxma səbəbindən asılı olmayaraq, bütün təqaüdçülər ideksasiya mexanizmindən faydalanacaqlar.

Digər bir mexanizm isə hazırda çalışan şəxslərin pensiya kapitalına topladığı vəsaitin indeksasiyası ilə bağlıdır. Beləki işləyən şəxslər, yəni pensiya kapitalına vəsait toplayan şəxslərin pensiya kapitalının infliyasiya nəticəsində yeyilməməsi üçün dövlət hər il pensiya kapitalını indeksasiya edəcək və bu istehlak qiymətləri əsasında həyata keçiriləcək. Beləki ötən ilin 12 aylıq istehlak qiymətləri indeksi 5,6%-dir. Bu o deməkdir ki, işləyən şəxslərin hər birinin pensiya kapitalı yanvarın 1-dən etibarən ötən ilin infliyasiya faizinə uyğun olaraq 5,6% indeksləşdiriləcək".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1337   Tarix: 10 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 181
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 174
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 186
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 105
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 190
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 842
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 63
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

04.10.2026 216
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

04.10.2026 179
.