"Orxan qeydiyyatda olsaydı, İlhamənin var-dövləti ona qalacaqdı" - Əli Mirəliyev
Xalq artisti, mərhum İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Kosmetoloq kimi fəaliyyət göstərən Nigar Həsənova Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 ay 17 gün müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur.
Cinayət işi çərçivəsində 18 nəfər zərərçəkən müəyyən edilib. Nigar Həsənovanın onlara məxsus ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyənləşib.
Müğənni Əli Mirəliyev Qaynarinfo-ya açıqlamasında Nigar Həsənova ilə İlhamə Quliyeva arasında yaxın qohumluq münasibətlərinin olmadığını bildirib:
"Onlar İlhamənin ögey bacılarıdır. İlhamənin ən yaxın qohumları bizik. Ona mənim qızım baxırdı. Onlar sadəcə İlhamənin adından istifadə edirdilər və indi də edirlər. İlhamə mənim bibim qızıdır. Həyat yoldaşım da onlara qohumdur. Ögey bacıları İlhamə xanımla yola getmirdilər, danışmırdılar da. Var-dövlətə, əmlaka görə yaxınlaşırdılar. Əgər Orxan qeydiyyatda olsaydı, İlhamənin bütün var-dövləti ona qalacaqdı. Belə olmadı və İlhamə vəfat edən kimi var-dövlət üstündə dava saldılar".
Əli Mirəliyev əlavə edib ki, baş verənlər məhkəmənin yanlış qərarı ilə əlaqədardır:
"İlhamənin evi onlara qalmamalı idi. Bunu Allah da götürməzdi, necə ki, götürmədi. İlhamənin nəyi vardısa, ögey bacıları sahibləndi. İlhamənin malını yemək olardı? Onun malına sahiblənən qan qusar. Çünki İlhamə o sərvəti əziyyətlə qazanmışdı. Həm də mal sahibi halallıq verməli idi".
Dünyasını dəyişmiş bir çox sənətkarın ev muzeyləri fəaliyyət göstərir. Həbib Bayramov, Tükəzban İsmayılova və İlhamə Quliyeva kimi Azərbaycan mədəniyyətinə xidmət etmiş sənət adamlarının ev muzeylərinin olmaması məsələsinə münasibət bildirən Əli Mirəliyev deyib:
"Bir evləri var idi, üçü də orada yaşayırdı. İlhamə sağ olsaydı, bunu özü edərdi. Məhkəmə qərarı çıxan kimi Həbib Bayramovun evini satdılar. Biz də istəyirdik ki, ev muzeyi yaradılsın. Amma sonda o evi kimin aldığını belə bilmədik. Nəhayətdə, hər üç sənət adamının evinin izi itdi".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 806 Tarix: 11 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşYəmən husiləri İrana dəstək ifadə ediblər
Yəmən husiləri ABŞ və İsrailə qarşı yürütdüyü siyasətə görə İranı dəstəkləyir. "Report" xəbər verir ki, bunu İranın xarici işlər naziri ilə Tehrandakı görüş zamanı Yəməndə "Ənsarullah" (husi) hökumətinin Baş nazirinin müavini Cəlal əl-Ruyşan deyib. İranın xarici işlər naziri isə Amerik
05.07.2026 239 Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
05.07.2026 215 Trampın NATO-nun vacib sammitinə səfəri ərəfəsində Rusiya Kiyevə ölümcül zərbələr endirib
Ukraynanın paytaxtı Kiyev bazar ertəsi səhər tezdən ABŞ prezidenti Donald Trampın qatılmağı planlaşdırdığı Türkiyədə keçiriləcək mühüm NATO sammiti ərəfəsində ölümcül Rusiya hücumuna məruz qalıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, şəhər rəsmiləri bildirib ki, ballistik raketlər və dronlar şəhəri
10:37 137 Meyvədə qurd olması pestisidlərin çoxluğundan xəbər verir?
"Mövsümi meyvələrdə, xüsusilə gilas, gilasın bəzi növləri, gilenar və ərikdə qurd aşkarlanması insanların narahatlığına səbəb olur. Ancaq bu hal hər zaman məhsulun təhlükəli və ya kimyəvi maddələrlə çirklənmiş olması demək deyil. Əksinə, əksər hallarda bu, meyvə milçəklərinin və ya digər həşəratları
12:21 107 Şahzadə Uilyamdan etiraf: "Kral III Çarlz futbola nifrət edir"
İngiltərə taxt-tacının varisi, Uels şahzadəsi Uilyam etiraf edib ki, İngiltərə futbolun vətəni hesab olunsa da, atası Kral II Çarlz bu idman növünü sevmir. xəbər verir ki, bu barədə o, ABŞ Milli Futbol Liqasının (NFL) oyunçusu Trevis Kelsinin podkastında danışıb. Veriliş idmançının müğənni Teylor Sviftl
05.07.2026 198 Tramp amili Avropanın Türkiyə siyasətini dəyişir
Avropanın NATO üzrə müttəfiqləri ABŞ Prezidenti Donald Trampın alyansın kollektiv müdafiəsinə sadiqliyi ilə bağlı yaranan şübhələr fonunda Türkiyə ilə hərbi əməkdaşlığa münasibətlərini yenidən nəzərdən keçirməyə başlayıblar. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirili
10:55 138 Rusiyanın Xarkova endirdiyi zərbələrdə üç nəfər ölüb, səkkiz nəfər yaralanıb
Ötən sutka ərzində Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov vilayətinin 22 yaşayış məntəqəsinə zərbələri nəticəsində üç nəfər ölüb, səkkiz nəfər xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov "Telegram" kanalında bildirib
05.07.2026 184 İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb
İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün
05.07.2026 237 Kitab qiymətləri niyə bahadır? Çıxış yolu nədir? - İQTİSADÇIDAN AÇIQLAMA
Kitab oxumağın cəmiyyətin intellektual inkişafında mühüm rol oynadığı tez-tez vurğulansa da, Azərbaycanda kitabların qiyməti bu vərdişin geniş yayılmasına mane olan əsas amillərdən biri kimi göstərilir. Xüsusilə gənclər, tələbələr və mütaliəyə maraq göstərən insanlar istədikləri kitabları almaq üçü
11:55 131