Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMA

Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMASon aylarda taksi xidmətləri ilə bağlı narazılıqların sayı artmaqdadır. Xüsusilə mobil tətbiqlər üzərindən sifariş edilən taksilərdə sürücülərin gediş haqqının az olduğunu əsas gətirərək sifarişi ləğv etməsi artıq sistemli problemə çevrilib. Sərnişinlər sifarişin qəbul olunmasından bir neçə dəqiqə sonra sürücünün zəng edərək ünvanı dəqiqləşdirməsi, məsafəni soruşması və məbləği az hesab edərək sifarişi ləğv etməsi ilə tez-tez qarşılaşdıqlarını bildirirlər.

Bu hal həm vaxt itkisinə, həm də vətəndaş narazılığına səbəb olur. Məsələ təkcə fərdi narazılıq deyil. Burada platformaların qiymət siyasəti, sürücülərin qazanc modeli və bazarda formalaşan qeyri-rəsmi davranış qaydaları diqqət mərkəzinə çıxır. Bəs problem haradan qaynaqlanır - aşağı tariflərdən, komissiya faizlərindən, yoxsa nəzarət mexanizmlərinin zəifliyindən?
Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMAMövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələ son dövrlər yenidən aktuallaşıb. Yəni bu məsələ bundan əvvəldə bir ara gündəmə gəlmişdi və müxtəlif tədbirlərdə görüldü. Ancaq görünür biraz ara səngiyib və yenidən bəzi sürücülər öz prizmasından kənara çıxa bilmir. Onlar elə bilirlər ki, bu onların şəxsi işi olduğuna görə nə istəsələr edə bilərlər. Ancaq başa düşməlidirlər ki, taksi fəaliyyəti nəqliyyat xidmətidir və dövlət tərəfindən tənzimlənən bir xidmətdir. Onun sözlərinə görə, burda onların özbaşınalığı ola bilməz: "Taksi sürücüləri elə bilirlər ki, məsələn ov silahı almısansa, silahı çiyninə atıb rahat gəzmək, istədiyin adamın üstünə kükrəyib nişan almaq və yaxudda havaya atəş açmaq olar. Yəni bəzi sürüclərin düşüncə tərzi təxminən bu qədərdir. Bütün bunlar təbiiki yolverilməzdir. Taksi sürücüləri vətəndaşla kobud danışa bilməz. Yəni müştəri ilə etik qaydalar çərçivəsində davranılmalıdır. Sürücü gediş haqqı ilə bağlı etiraz edə bilməz. Etirazı varsa, ümumiyyətlə işə çıxmasın. Sürücülər zəng vurub müştəriyə bildirirlər ki, sifarişi ləğv etsin, bundan başqa əxlaqsız təkliflər edirlər, əlavə pul istəyirlər. Eyni zamanda müştəri kartla ödəniş etmək istədikdə də sifarişdən imtina edirlər. Bütün bunlar yolverilməz hallardır. Bu cür hallarla bağlı vətəndaşlarında təpkisinə ehtiyac var. Bəzi vətəndaşlar "nəyimə lazımdır" deyib, şikayət etmək istəmirlər. Vətəndaşlar bildirirlər ki, mən kiminsə çörəyinə bais olmaq istəmirəm.

Ancaq girib sosial şəbəkələrdə ağızlarına gələni yazırlar. Elə sosial şəbəkədə yazdıqlarını vətəndaşlar rəsmi şəkildə AYNA-ya və taksi şirkətinə yazıb şikayətlərini bildirməlidirlər. Dövlət qurumları və taksi şirkətləri özləri yalvarır ki, vətəndaşlar bu cür hallar ilə bağlı dərhal bizə şikayət etsinlər. Məsələn, "Bolt" şirkəti dəfələrlə vətəndaşlara çağırış edib ki, sürücülərlə bağlı neqativ hallar baş verdikdə bizə dərhal müraciət edin və biz dərhal tədbir görəcəyik. Sürücü ilə bağlı birinci neqativ halda sistemini 2 aylıq blok edirlər. Nəticə olmadıqda isə həmin sürücünün AYNA tərəfindən birdəfəlik taksi fəaliyyətinin üstündən xətt çəkilir. Ancaq vətəndaş isə deyir ki, mən kiminsə çörəyinə bais ola bilmərəm? Yaxşı onda niyə sosial şəbəkələrdə şikayət yazırlar?

Etiraz edib, mübarizə aparmaq istəmirlər, ancaq tədbir görülməsini tələb edirlər. Faktı adiyyatı qurumlara göndərmək lazımdır ki, adiyyatı qurumlarda iş görə bilsinlər. Mən bu məsələlərdə vətəndaşları aktiv olmağa, mübarizə aparmağa çağırıram. Dövlət qurumlarına belə hallarla bağlı dəqiq və ətraflı məlumat vermək lazımdır ki, onlarda tədbir görə bilsinlər. Onsuzda AYNA elə taksi sürücüsü axtarır ki, onun sertifikatını ləğv eləsin. Çünki Bakı şəhərində rəsmi qeydiyyatda olan 40 mindən çox taksi var. Dövlət tərəfindəndə qərar verilib ki, onların sayı 25 minə düşməlidir. Ona görədə belə hallar olan kimi AYNA dərhal o taksi sürücüsünün lisenziyasını ləğv edib, özünədə deyəcək ki, get 20 ədəd qoyun al çobanlıqla məşğul ol" deyə Muradlı bildirib.
Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMAMövzu ilə bağlı hüquqşünas Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələyə qanunvericiliyin ümumi müddəaları çərçivəsində yanaşmaq lazımdır. Yəni taksi xidməti digər xidmətlər kimi tərəflər arasında bağlanılan müqaviləyə əsaslanır. Hər iki tərəf xidmətin göstərilməsinə razılıq verməlidir. Sürücülər müxtəlif səbəblərdən sifarişdən imtina edirlər. Yəni gediş haqqını az hesab etməsi, tıxac, kartla ödəniş və s. səbəblərdən sifarişdən imtina edirlər. Onun sözlərinə görə, bu məsələyə taksi şirkətləri arasında rəqabət çərçivəsində yanaşmaq lazımdır: "Taksi şirkətləri arasında rəqabət mövcuddur. Yəni hər taksi şirkəti maraqlıdır ki, onun xidmətlərindən istifadə olunsun. Sürücü sifarişdən imtina etdikdə, özünün çalışdığı taksi şirkətinə ziyan vurmuş olur. Bir çox hallarda sürücü zəng edib vətəndaşa bildirir ki, sifarişi ləğv etsin. Bunu etmək lazım deyil. Mən özümdə belə hallarla qarşılaşmışam və sürücünün bu istəyindən imtina etmişəm.

Çünki vətəndaş sifarişi ləğv etdikdə, elə çıxır ki, günah vətəndaşdadır. Bu halda vətəndaş sürücüyə bildirməlidir ki, xeyr sifarişi özün ləğv et. Bu halda həmin sürücü özünün çalışdığı taksi şirkəti tərəfindən müəyyən iltizam tənbehinə məruz qalır. Sürücü taksi şirkəti tərəfindən cərimələnə, işdən çıxarıla bilər. Vətəndaşlar belə hallarla bağlı taksi şirkətinə şikayət etməlidirlər".
Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMAMəsələ ilə bağlı AYNA-nın mətbuat xidmətinin rəhbəri Tural Orucov sorğumuza cavab olaraq bildirdi ki, Sərnişinlər tərəfindən daxil olan müraciətlər araşdırılaraq müvafiq tədbirlər görülür. Taksi sifarişi operatorları ilə birgə proqram təminatının verdiyi üstünlüklərdən istifadə edilərək neqativ halların qarşısının alınması üçün preventiv işlər aparılır.
AYNA informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb. Qeyd olunan alt sistemi vasitəsilə taksi fəaliyyətinə nəzarəti həyata keçirmək mümkündür. Belə ki, "E-taksi" alt sisteminə taksi sifarişi operatorlarları adsızlaşdırılmış məlumatları göndərilillər. Həmin məlumatlar əsasında ümumi təhlillər aparılır və inzibati tənbeh tədbirləri görülür. Bu səbəbdən bütün sərnişinlərdən xahiş odur ki, yalnız icazəsi olan taksilərdən istifadə etsinlər.

Belə olduğu təqdirdə şikayətləri daha rahat şəkildə araşdırmaq mümkündür. Eyni zamanda, taksi xidməti üzrə "Rəqəmsal əkiz" də real vaxt rejimində şəhərdə taksilərin fəaliyyətinə nəzarət etmək imkanı yaradır. Sərnişinlərə taksi sahəsində qarşılaşdıqları müxtəlif problemlərlə bağlı AYNA-nın "141" Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən müraciət etmələri və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı barədə məlumat vermələri xahiş olunur. Taksi nəqliyyat vasitəsilə sərnişindaşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür.
Taksi bazarında yeni problem: Sürücülər niyə "ucuz sifarişləri" ləğv edir? - ARAŞDIRMAMövzu ilə bağlı "Bolt" taksi şirkətinin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirildi ki, Bolt platformasında sürücülər sifariş daxil olduqda marşrut və əsas məlumatları əvvəlcədən görə bilirlər və bu məlumata əsasən sifarişi qəbul edib-etməmək barədə qərar verirlər. Sifariş qəbul edildikdən sonra sürücünün sərnişinlə əlaqə saxlayaraq sifarişi ləğv etməyi xahiş etməsi platforma qaydalarına uyğun deyil.

Sifarişin ləğvi yalnız əsaslı və istisna hallarda mümkündür. Sürücü tərəfindən səbəbsiz ləğv halları və ya sərnişinə ləğv üçün təzyiq göstərilməsi aşkar edildikdə, müvafiq tədbirlər görülür və təkrar hallarda sürücü hesabına məhdudiyyətlər tətbiq oluna bilər.
Bolt sərnişinləri bu kimi hallarla qarşılaşdıqda, tətbiq üzərindən ətraflı məlumat təqdim etməklə şikayət göndərməyə çağırır. Bu, Müştəri Dəstəyi komandasına məsələni obyektiv araşdırmaq və uyğun addımlar atmaq imkanı yaradır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1047   Tarix: 11 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 181
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 174
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 186
.

Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Alman-Azərbaycan Cəmiyyətinin dəstəyi ilə Şəmkir rayonunda yerləşən tarixi Alman Lüteran kilsəsində Fidan Hacıyeva Vokal Musiqi Məktəbinin II Beynəlxalq Opera Festivalı keçirilib. Tədbirin əvvəlində Alman-Azərbaycan Cəmiyyətinin sədri, professor Çingi

10:03 105
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 190
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

04.10.2026 842
.

"Qış Ukrayna üçün ölümcül ola bilər" - keçmiş baş nazirdən xəbərdarlıq

Qarşıdan gələn qış Ukraynanın enerji infrastrukturunun hazırkı vəziyyəti səbəbindən ölkə üçün ağır nəticələrə səbəb ola bilər. xəbər verir ki, bunu Polşanın keçmiş baş naziri Leşek Miller "Polsat News" telekanalına açıqlamasında bildirib. "Zelenski müharibənin qışdan əvvəl başa çatacağın

10:40 63
.

Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb

Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd

04.10.2026 216
.

BVF Boliviya üçün 36 aylıq genişləndirilmiş maliyyələşdirmə mexanizmini təsdiqləyib

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraiyyə Şurası bu gün Boliviya üçün genişləndirilmiş maliyyələşdirmə mexanizmi çərçivəsində 1,369 milyard SDR (kvotanın 570 faizi və ya təxminən 1,9 milyard ABŞ dolları) həcmində vəsaitə çıxış imkanı verən 36 aylıq razılaşmanı təsdiqləyib. Bu barədə "Report"

04.10.2026 179
.