Afrikada "yeni okean" yaranır - Qitə tədricən parçalanır
Afrika qitəsi nəhəng çat boyunca tədricən parçalanır və milyonlarla il ərzində bu çat iki böyük quru kütləsi arasında yeni bir okeana çevrilə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Newsweek" yazır.
Qeyd olunur ki, çat Şərqi Afrika rift sistemi (East African Rift, EAR) boyunca uzanır. Burada qitənin şərqi hissəsi - Somali lövhəsi - tədricən qalan Afrikanı təşkil edən Nubiya lövhəsindən ayrılır. Proses çox yavaşdır: lövhələr ildə yalnız bir neçə millimetr hərəkət edir. Tam parçalanma üçün onlarla milyon il lazım olacaq.
Şimalda Nubiya və Somali lövhələri həmçinin Ərəb lövhəsindən uzaqlaşır və Y-şəkilli rift sistemi yaradır. Hər üç lövhə Efiopiyada Afar bölgəsində birləşir - bu "üçlü düyün" adlanır və Yer üzərində üç tektonik riftin - Efiopiya, Qırmızı dəniz və Aden körfəzi riftlərinin - bir yerdə rast gəldiyi nadir zonalardan biridir.
Şərqi Afrika rift sistemi Mioz dövründə, təxminən 25 milyon il əvvəl formalaşıb. Rift Afar düyünündən başlayaraq təxminən 3 500 kilometr uzanır - Qırmızı dənizdən Mozambiqə qədər. Şərqi qol Efiopiya və Keniya ərazilərindən keçir, qərb qolu isə Uqandadan Malaviyə doğru uzanır.
Məqalədə qeyd olunur ki, Afar bölgəsində yer qabığı artıq xeyli nazikləşib və bəzi yerlər dəniz səviyyəsindən aşağıdır. Riftin iki "qolu" artıq Qırmızı dəniz və Aden körfəzinin sularının altında yerləşir. Alimlər hesab edirlər ki, bu çökəklik dəniz suyu ilə dolduqda yeni okeanik hövzə formalaşacaq. Virginia Tech universitetindən geofizik D. Sara Stemps izah edib: "Çəkilmə sürəti şimalda ən yüksəkdir, buna görə də yeni okeanın yaranmasını ilk olaraq orada görəcəyik".
Rift lövhələrinin orta hesabla ildə təxminən 7 millimetr (0,28 düym) hərəkət etdiyi bildirilir. Beləliklə, tam okeanın meydana çıxması milyonlarla il çəkəcək. Bu yavaş proses artıq insan həyatına seysmik və vulkanik riskləri artırmaqla təsir göstərə bilər.
Yer qabığı 15-20 tektonik lövhədən ibarətdir və yavaş-yavaş ərimiş mantiyanın üzərində "üzür". Geoloqlar uzun müddətdir hesab edirlər ki, Afar bölgəsi altında mantiya plumu - dərinlikdən qalxan isti maddə sütunu yerləşir və bu, yer qabığının parçalanmasına səbəb olur.
Bu ay "Journal of African Earth Sciences" jurnalında dərc olunan tədqiqat Afar bölgəsində yer qabığının maqnit strukturu və Afrika qitəsinin parçalanma mexanizmləri haqqında yeni məlumat verib. 1960-cı illərin sonundakı maqnit məlumatlarının analizi göstərib ki, əvvəl Afrika və Ərəb ayrılıb - Qırmızı dəniz və Aden körfəzi riftləri boyunca vahid çat əmələ gəldikdən sonra. Afrika rift sistemi sonradan, güclü "superplum"un təsiri ilə formalaşıb və bu gün də aktivdir.
İyun ayında "Nature Geoscience" jurnalında dərc olunan digər tədqiqat Afrika qitəsinin parçalanmasının yerin dərinliyindən qalxan ərimiş qayaların xüsusi "pulsasiyaları" ilə əlaqəli ola biləcəyini göstərir.
Baş müəllif, geoloq Emma Votts bildirib: "Afar altında mantiya homojen və sabit deyil - o, pulsasiya edir və bu pulsasiyaların kimyəvi xüsusiyyətləri fərqlidir".
O əlavə edib ki, mantiyanın bu qalxan axınları üst hissədən ayrılan lövhələr tərəfindən yönləndirilir. "Bu, yeraltı proseslər və yer səthi arasındakı qarşılıqlı əlaqəni anlamaq üçün vacibdir", deyə Votts bildirib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1025 Tarix: 13 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
04.10.2026 152 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər
Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib
04.10.2026 161 Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
04.10.2026 163 Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy
04.10.2026 189 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 165 Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
04.10.2026 246 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164