Qonşuların toyuq mübahisəsinin qanlı sonu - Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜ

Qonşuların toyuq mübahisəsinin qanlı sonu - Ahıl qadını KƏRKİ İLƏ VURUB ÖLDÜRDÜSumqayıtda ahıl qadını öldürməkdə təqsirlədirilən Mikayıl Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

BiG.AZ Oxu.az-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən son prosesdə təqsirləndirilən şəxsə hökm elan olunub. Məhkəmənin qərarı ilə M.Şərifov 18 il azadlıqdan məhrum edilib.

İttiham materiallarına əsasən, M.Şərifov Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yaşayan qonşusu, 66 yaşlı Mehparə İmanqulu qızı Ələkbərovanı xüsusi amansızlıqla qətlə yetirməkdə günahlandırılır.

İstintaq sənədlərində qeyd olunur ki, hadisədən əvvəl M.Ələkbərovanın toyuqları qəfil tələf olub. Qadın quşların M.Şərifov tərəfindən zəhərləndiyini iddia edib və bu səbəbdən tərəflər arasında ciddi mübahisə yaranıb.

Narkotik və spirtli içki asılılığı olan Mikayıl sərxoş vəziyyətdə Mehparə Ələkbərova ilə mübahisə edib. M.Şərifov münaqişə vaxtı qadının əlindəki kərkini alaraq onun baş, sifət və bədəninin digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirməklə onu xüsusi amansızlıqla qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanılıb, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M.Şərifov saxlanılaraq istintaqa təhvil verilib.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qətər gəmiçiliyin tam bərpa olunduğunu açıqlayıb

Qətərin Nəqliyyat Nazirliyi gəmiçiliyin tam həcmdə bərpa olunduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki bəyanatında deyilir. "Dəniz naviqasiyası sahəsində fəaliyyət bugündən etibarən bütün növ dəniz vasitələri və gəmiləri üçün adi qaydad

05.07.2026 271
.

Almaxanım əkizlərinə AD GÜNÜ EDİR - FOTOLAR

Müğənni Almaxanım Əhmədovanın əkizləri Kamalla Camalın bu gün 1 yaşı tamam olur. O bununla bağlı sosial mediada paylaşım edib. BİG.AZ xəbər verir ki, bu münasibətlə ifaçı övladlarına ad günü məclisi təşkil edib. Qeyd edək ki, Almaxanım Murad adlı bəylə ailəlidir

05.07.2026 441
.

ABŞ-də atışma baş verib: Xəsarət alanlar var

Nyu-York şəhərində ABŞ-nin Müstəqillik Günü qeyd olunarkən baş verən atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər yaralanıb. bildirir ki, bu barədə "New York Post" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. Nəşrin məlumatına görə, hadisə şəhərin Bruklin rayonunun Koni-Aylend bölgəsind

05.07.2026 179
.

ABŞ-də anomal istilər 25 nəfərin ölümünə səbəb olub

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub. "Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb. Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər. "Ölənlər, əsasən, 30-80 yaş aras

05.07.2026 231
.

"Al Hadath": ABŞ-İran danışıqları iyulun 11-də bərpa olunacaq

ABŞ və İranın nümayəndələri arasında danışıqların növbəti raundu iyulun 11-də Pakistanda keçiriləcək. "Report" xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Hadath" telekanalı məlumat yayıb. Onların məlumatına görə, məsləhətləşmələrdə İrana qarşı sanksiyaların ləğvi, İslam Respublikasını

05.07.2026 186
.

Çində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib

Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat

05.07.2026 185
.

Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək

Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır

05.07.2026 231
.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb

Venesuela İnformasiya Nazirliyinin bazar günü açıqladığı rəqəmlərə görə, Venesuelada baş verən iki zəlzələ nəticəsində ölənlərin sayı 3342-yə çatıb. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, yeni hesablamaya görə, yaralıların sayı 16.470, evsizlərin sayı isə 17.345-ə çatıb. Günün əvvəlində, Venesuelanı

11:35 1
.

II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı

5 iyul 2026-cı il tarixində keçirilmiş II və II ixtisas qrupları üzrə qəbul imtahanında istifadə olunan test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb. BİG.AZ xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb. Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər

10:18 123
.

TOP MP3