Fransa polisi Luvr biletlərinin 10 milyon avroluq fırıldaqçılığı ilə bağlı şübhəli bilinən doqquz nəfəri həbs edib

Fransa polisi Luvr biletlərinin 10 milyon avroluq fırıldaqçılığı ilə bağlı şübhəli bilinən doqquz nəfəri həbs edibFransada polis Luvr Muzeyində biletlərlə bağlı böyük dələduzluq işi üzrə əməliyyat keçirib. İstintaq çərçivəsində 9 nəfər saxlanılıb.

Məlumata görə, saxlanılanlar arasında muzeyin iki əməkdaşı, bir neçə tur bələdçisi və sxemin təşkilatçısı olduğu ehtimal edilən şəxs də var. Hüquq-mühafizə orqanları biletlərin təkrar istifadə olunaraq müxtəlif turist qruplarının muzeyə qanunsuz şəkildə daxil edildiyini bildirir.

BİG.AZ The Guardian-a istinadən xəbər verir ki, araşdırma zamanı müəyyən edilib ki, bəzi tur bələdçiləri eyni biletlərdən dəfələrlə istifadə edərək ziyarətçiləri muzeyə keçirib, bununla da rəsmi ödənişlərdən yayınmağa çalışıblar. İstintaq materiallarında bəzi əməkdaşların yoxlamalardan yayınmaq üçün bu sxemə cəlb olunduğu ehtimalı da yer alır.

Prokurorluğun məlumatına əsasən, fakt üzrə təşkilatlanmış dələduzluq, korrupsiya və çirkli pulların yuyulması maddələri ilə araşdırma aparılır. Hüquq-mühafizə orqanları əməliyyat zamanı iri məbləğdə nağd pul və bank hesablarındakı vəsaitləri müsadirə edib.

Qeyd olunur ki, hadisə dünyanın ən çox ziyarət edilən muzeylərindən biri hesab olunan Luvrda son dövrdə baş verən problemlər fonunda gündəmə gəlib.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 815   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

KXDR-də yeni esminesin silah sınaqları keçirilib

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen In "Kan Qon" esminesindən strateji qanadlı raketlərin buraxılışını izləyib. "Report" Koreya Mərkəzi Teleqraf Agentliyinə (KMTA) istinadən xəbər verir ki, sınaqlar zamanı gəminin əsas silah sistemləri, o cümlədən göyərt

05.07.2026 249
.

AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub

Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma

05.07.2026 211
.

Bu şəxslər daha tez pensiyaya çıxa biləcək

"Bu aydan Azərbaycanda qadınlar ilə kişilərin pensiya yaşları bərabərləşdi. Daha tez pensiyaya çıxmaq hüququ yalnız çoxuşaqlı ailələrə deyil, bir sıra digər vətəndaşlarımıza da şamil olunur. Güzəştli şərtlər ilə pensiya hüququ "Əmək pensiyaları haqqında" qanunla təsbit olunub". Qaynarinf

11:02 80
.

Atası ilə birgə ölən Fidanla Tunar dünən imtahan verməli imiş (FOTO)

İyulun 4-ü Ağdam rayonunun Xaçındərbənd kəndində ata və 2 övladının su anbarında boğularaq öldüyü hadisənin təfərrüatı məlum olub. BİG.AZ "Qafqazinfo"ya istinadən xəbər verir ki, vəfat edən şəxslərin yaxınları hadisə zamanı 41 yaşlı Şərif İsgəndərov və övladlarının su anbarına çimmək məqsədil

10:04 173
.

Donald Tramp: "İran rəhbərliyini öldürsək, danışacaq heç kim qalmaz"

ABŞ Prezidenti Donald Tramp İranla bağlı mümkün hərbi addımlar və danışıqlar prosesi barədə açıqlama verib. "Axios" portalına istinadən xəbər verir ki, Tramp ABŞ-nin İran rəhbərliyini öldürmək niyyətində olmadığını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, belə bir addım Tehranla gələcək danışıqlar

05.07.2026 182
.

Tramp amili Avropanın Türkiyə siyasətini dəyişir

Avropanın NATO üzrə müttəfiqləri ABŞ Prezidenti Donald Trampın alyansın kollektiv müdafiəsinə sadiqliyi ilə bağlı yaranan şübhələr fonunda Türkiyə ilə hərbi əməkdaşlığa münasibətlərini yenidən nəzərdən keçirməyə başlayıblar. xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb. Bildirili

10:55 77
.

Merts onu tənqid edənləri "deyingən" adlandırdı

Almaniya kansleri Fridrix Merts hökumətin islahat kursunu dəstəklədiyini bəyan edib və tənqidçilərin kənara çəkilməli olduğunu bildirib. TASS-a istinadən xəbər verir ki, kansler bu fikirləri Düsseldorfda keçirilən Xristian-Demokrat İttifaqının (XDI) yerli təşkilatının qurultayında səsləndirib. "Kultura

05.07.2026 178
.

Naxçıvanda faciəvi hadisə - Hərbçi xanımı və övladı ilə birgə öldü

İyulun 5-də Şərurun Püsyan kəndi ərazisində qeydə alınan ağır yol qəzasında bir ailənin üç üzvü - ata, ana və 2025-ci il təvəllüdlü uşaq həlak olub. "Qafazinfo" xəbər verir ki, qəza ilə bağlı Baş DYP İdarəsi məlumat yayıb. İlkin araşdırma zamanı məlum olub ki, Şərur rayon sakini Rəşad Məmmədo

10:48 134
.

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb

İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün

05.07.2026 235
.

TOP MP3