Pensiyaya çıxanların nəzərinə: Bu il üçün kapitalın məbləği açıqlandı - RƏSMİ

Pensiyaya çıxanların nəzərinə: Bu il üçün kapitalın məbləği açıqlandı - RƏSMİAzərbaycanda 2026-cı il üçün pensiya kapitalının məbləği məlum olub.

"Yeni Sabah"ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, bu il pensiyaya çıxmaq üçün lazım olan kapitalın məbləği 46080 manatdır.

Qeyd olunub ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq Azərbaycanda da pensiya təyinatı şəxsin sosial sığorta sisteminə vermiş olduğu paya uyğun həyata keçirilir:

"Pensiya yaşına çatmış şəxsin fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı hər ay minimum pensiya məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə (stajının nə qədər olmasından asılı olmayaraq) yaşa görə pensiya hüququ yaranır. Lakin müvafiq məbləğdə pensiya kapitalı olmayan şəxs azı 25 il sığorta stajına malikdirsə, yenə də yaşa görə pensiyası hüququ yaranır".

Fonddan verilən məlumata görə, müvafiq məbləğdə pensiya kapitalı və azı 25 il sığorta stajı olmayan şəxsin də əgər 01.01.2006-cı ildən 01.01.2018-ci ilədək dövrdə fərdi şəxsi hesabında ən kiçik məbləğdə belə pensiya kapitalı və azı 1 il sığorta stajı varsa, bu zaman da ona güzəşt olaraq 24 il sığorta stajı hədiyyə edilməklə, stajı 25 ilə çatdırılır və pensiya hüququ yaranmış olur:

"Hər ilin əvvəlində dövlət başçısının Sərəncamı ilə həm pensiyalar, həm də fərdi hesablardakı pensiya kapitalları indeksləşdirilərək artırılır. Yəni, fərdi hesablardakı pensiya kapitalları yalnız hər ay əməkhaqlarından sosial sığorta ayırmaları hesabına deyil, eyni zamanda, dövlət tərəfindən də hər ilin əvvəlində indeksləşdirilərək artırılır.

Məsələn, fərdi hesablardakı pensiya kapitalları 2020-ci ildə 2,6%, 2021-ci ildə 2,8%, 2022-ci ildə 6,7%, 2023-cü ildə 13,9%, 2024-cü ildə 8,8%, 2025-ci ildə 2,2%, bu il isə 5,6 % indeksləşdirilərək artırılıb. Pensiyalarda olduğu kimi, fərdi hesablardakı pensiya kapitallarının artırılması da elektron sistem üzərindən avtomatik şəraitdə həyata keçirilir. Həm ötən il, həm də bu il ölkə üzrə vətəndaşların pensiyaya çıxması üçün qanunvericiliklə tələb olunan pensiya kapitalı 46080 manat təşkil edir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1109   Tarix: 13 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb

Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə

04.10.2026 152
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

04.10.2026 157
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

04.10.2026 161
.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

04.10.2026 163
.

Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"

Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. BİG.AZ axşam.az-a istinadən bildirir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüy

04.10.2026 189
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

04.10.2026 165
.

Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video

Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx

04.10.2026 246
.

Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı

Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə

04.10.2026 164
.