Ramazanda fitrə zəkatı: kimlərə verilməli və necə hesablanmalıdır? - İLAHİYYATÇIDAN AÇIQLAMA

Ramazanda fitrə zəkatı: kimlərə verilməli və necə hesablanmalıdır? - İLAHİYYATÇIDAN AÇIQLAMARamazan ayı təkcə oruc və ibadət ayı deyil, həm də sosial məsuliyyət və yardımlaşma dövrüdür. Bu ayda müsəlmanlar yalnız oruc tutmaqla kifayətlənməyib, eyni zamanda ehtiyacı olanlara kömək etməyi də önəmli sayırlar. Fitrə zəkatı məhz bu məqsədə xidmət edən vacib ibadətdir: müsəlmanlar ayın sonuna qədər müəyyən miqdarda mal və ya pul verərək yoxsul və imkansızlara dəstək olurlar. Fitrə zəkatı həm bədənin aclığını yüngülləşdirir, həm də ruhun təmizlənməsinə və cəmiyyət içində sosial ədalətin güclənməsinə xidmət edir. Bəs bu il fitrə zəkatı necə hesablanır, kimlərə verilməlidir və hansı müddətə qədər ödənməlidir?
Ramazanda fitrə zəkatı: kimlərə verilməli və necə hesablanmalıdır? - İLAHİYYATÇIDAN AÇIQLAMAMövzu ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli BiG.AZ-a açıqlamasında bildirdi ki, Ramazan ayında biz yeni terminlər eşidirik. Məsələn, fidyə, fitrə, sahur, iftar, qəza və s. kimi ifadələr eşidirik. Fitrə sədəqəsi fitrətin sədəqəsi, yəni insanın insanlıq yanaşması, insanlıq sədəqəsidir. Onun sözlərinə görə, bu sədəqəni Ramazan ayında çıxardırlar: "Ramazan ayının özəlliklə son günü, bayram günü zəngin adamlar yaşadıqları cəmiyyətdə fəqir insanların əlindən tutar, onlara yardım edərlər. Bu bir ibadət sayılır və Ramazan ibadətləri içərisindədir. Peyğəmbərimiz buyurub ki, tutduğumuz oruclar səmadan asılı vəziyyətdədir və verdiyiniz fitrə sədəqələrinin vasitəsi ilə siz onları hədəfə çatdırırsınız. Allah onları qəbul edir. Bu baxımdan fitrə sədəqəsini zəngin adamlar verir. Dində zəngin adam 80 qram qızıla malik olan insan sayılır. 80 qram qızılı olan bir adam təbiiki artıq fitrə sədəqəsini verəcək. Fitrə sədəqəsi peyğəmbərimizin dövründə bir neçə qida ilə verilərdi. Xurmadan, arpadan, buğdadan, kişmişdən, düyüdən və s.

Əsrlərdən bəıi bu cür verilən fitrə sədəqəsi günümüzdə pulada çevrilib. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi 10-15 manat civarında hər adambaşına fitrə sədəqəsi müəyyənləşdirilibdir. Lakin bu minimum bir həddir. Ola bilsin ki, bir insan zəngindir və o daha çox ehsan etmək istəyir. Yəni bir ailə yoxsuldursa, zəngin adam ona elə bir fitrə sədəqəsi verərki həqiqətəndə yoxsulluğun pəncəsindən o insanı xilas etmiş olar. Ona görədə burda ən aşağı həddi artıq təyin ediblər. Yuxarı hədd olaraq isə həı bir insan azaddır və istədiyi şəkildə yardım edə bilər. Peyğəmbərimizin hədislərində göstərilir ki, fitrə sədəqəsi əsasən bayram günü verilir. Yəni bayram günündə fəqirləridə sevindirmək lazımdır. Lakin fitrə sədəqəsi Ramazan günləri içərisində də verilə bilər. Əgər ehtiyac içərisində və zəruri bildiyi adam varsa, fitrə zəkatını o zamanda çıxara bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 945   Tarix: 18 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

04.10.2026 114
.

"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək

Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq

04.10.2026 148
.

BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək

Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra

04.10.2026 165
.

Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma

Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,

04.10.2026 117
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi

Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı

04.10.2026 157
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

04.10.2026 236
.