İynə vurmaq, tüstü, ətir və yemək qoxusu orucu pozur? - Doğru bilinən yanlışlar
Fevralın 19-u Ramazan ayı daxil olur. Bu ayın ən vacib ibadətlərindən biri isə oruc tutmaq hesab olunur. İllərdir bu ənənə davam etsə də, hələ də orucu batil edən məsələlərlə bağlı təhrif olunmuş fikirlər, insanları çaşdıran məqamlar paylaşılır. Bu isə oruc tutan adamlarda tərəddüd yaradır: Görəsən, orucum batil olub, yoxsa davam edim?
Xüsusən göz yaşının, tüstünün, tozun, yemək qoxusunun, eləcə də iynə vurmağın orucu pozduğu ilə bağlı fikirlər daha çox səsləndirilir. Bəs görəsən, nələr orucu pozur, nələr yox?
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında bu məsələlərə aydınlıq gətirib.
"Cəmiyyətdə oruc tutmaqla bağlı bəzi təhrif olunmuş fikirlər dolaşır. Bu səbəblərdən də insanlar yanıla bilirlər. Orucu batil edən şeylərdən biri bilə-bilə qida və maye qəbul etməkdir. Lakin bundan fərqli olaraq bilmədən yemək yemək, su içmək orucu pozmur. Həmçinin heç bir iy-qoxu orucu batil etmir. Buraya ətir, yemək qoxusu və toz da daxildir. Amma qatı qoxulardan ehtiyatlı olmaq lazımdır. Qatı toz, tünd tüstülər, hətta siqaret iyi belə, boğazdan keçdikdə oruc pozulmuş hesab olunur.
Hansısa yerdə yanğın tüstüsünü udmaq, burunla orada nəfəs almaq, eləcə də, göz yaşının axması orucu pozmur. Amma göldə, dənizdə, hovuzda çimdikdə başın bütövlükdə suyun altına salınması halında oruc pozulur.
Gündüz vaxtı olan cinsi münasibətlər, həmçinin heyz halı orucu batil edən səbəblərdəndir. Qəza səbəbindən buraxılan günlər isə növbəti il Ramazan ayına qədər tutulmalıdır.
Orucluqda bilə-bilə səfərə çıxmaq olmaz. Zərurətdən səfər edilirsə, günortaya qədər qayıtmaq lazımdır. 20-50 km məsafə qət edib, axşam yaxud sabah qayıtmaq orucu batil edir.
Bunlardan əlavə Allah və peyğəmbər adına yalan danışmaq, "Qurani-Kərim"də qeyd olunmayan məsələləri doğruymuş kimi danışmaq, həmçinin hədisləri uydurmaq da orucu pozan səbəblərdəndir. İynə vurmaq, gözə və qulağa damcı tökmək orucu batil etmir.
Xəstəliyi olan, dərman qəbul edən insanlara oruc tutmaq olmaz. Lakin sağlam insanın bir gün bilə-bilə oruc tutmamasının 1 gün qəzası, 60 günlük kəffarəsi (cəriməsi) var. Onun 1 ayı növbəti ilin Ramazan ayına qədər dalbadal, qalan 30 gününü isə fasilələrlə tutmaq olar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1007 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMeksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 150 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
04.10.2026 114 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
04.10.2026 148 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 165 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 117 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236