"Apple" bu tarixdə bir neçə yeni məhsulunu təqdim edəcək
"Apple" mart ayının ilk həftəsində bir neçə yeni məhsulunu elan etməyə hazırlaşır.
BAKU.WS xəbər verir ki, şirkət jurnalistləri və kontent yaradıcılarını 4 mart tarixində Nyu-York, London və Şanxayda eyni vaxtda keçiriləcək "Special Apple Experience" adlı tədbirə dəvət edib.
Bildirilir ki, təqdimatlar 2-4 mart tarixləri arasında mərhələli şəkildə baş tuta bilər. Gözlənilir ki, ənənəvi onlayn təqdimat əvəzinə yeniliklər "Apple Newsroom" platformasında press-reliz formatında yayımlanacaq.
Bununla yanaşı, hər bir cihaz üçün qısa təqdimat videolarının hazırlanacağı istisna edilmir. Rəsmi elanlardan sonra dəvət olunmuş media nümayəndələri məhsulları yerində test etmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, "Apple" oxşar təqdimat formatından daha əvvəl - 2019-cu ilin martında və 2024-cü ilin oktyabrında da istifadə edib. Həmin vaxt yeni məhsullar bir neçə gün ərzində ardıcıl şəkildə təqdim olunmuşdu.
Gözlənilən yeniliklər arasında "iPhone" səviyyəli çiplə təchiz olunmuş, 12,9 düymlük displeyə və yeni korpus rənglərinə sahib büdcə seqmentli MacBook-un adı çəkilir. Bundan əlavə, A19 prosessoru, "MagSafe" dəstəyi və yenilənmiş simsiz çiplərlə təchiz olunacağı bildirilən "iPhone 17e" modelinin də təqdim ediləcəyi ehtimal edilir. ABŞ bazarında bu modelin başlanğıc qiymətinin təxminən 599 dollar olacağı gözlənilir.
Eyni zamanda "iPad Air" modelinin M4 çipinə keçəcəyi, baza iPad versiyasının daha müasir prosessorla yenilənəcəyi bildirilir. "MacBook Air", "MacBook Pro" və "Mac Studio" modellərinin isə M5 seriyalı yeni nəsil prosessorlar və daha sürətli SSD yaddaş dəstəyi ilə təqdim oluna biləcəyi qeyd edilir.
Mümkün yeniliklər sırasında mini-LED arxa işıqlandırmaya və daha yüksək yenilənmə tezliyinə malik yeni "Studio Display" monitoru, fərdiləşdirilmiş "Siri" və "Apple Intelligence" dəstəyi olan ev üçün "ağıllı" mərkəz, həmçinin HomeKit dəstəkli təhlükəsizlik kamerası da yer alır. Hələlik yeni "Apple TV" və "HomePod" mini modellərinin təqdim olunacağı təsdiqlənməyib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 800 Tarix: 18 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşÇində daşqınlar nəticəsində 2 nəfər həyatını itirib
Çinin şimalında yağan güclü leysan yağışlarının səbəb olduğu sel və daşqınlar nəticəsində azı iki nəfər həyatını itirib. "Xinhua" agentliyinə istinadən xəbər verir ki, hadisə Daxili Monqolustan Muxtar Rayonunun Tunlyao şəhərinin inzibati tabeliyində olan kənd ərazilərində baş verib. Məlumat
05.07.2026 170 Fransa ordusunda yeni dövr: Əsgərləri robotlar əvəz edəcək
Fransa Silahlı Qüvvələri süni intellektlə idarə olunan robotlardan ibarət hərbi bölmənin yaradılması layihəsi üzərində işləyir. "Le Point"a istinadən xəbər verir ki, "Pendragon" adlı təşəbbüs çərçivəsində piyada bölmələrindən birinin əsgərlərlə deyil, robotlarla əvəz edilməsi planlaşdırılır
05.07.2026 164 Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsi 46 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 482 milyon 267 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 % çoxdur. Hesabat dövründə Gürcüstan ilə ticarə
05.07.2026 143 Ebola ilə bağlı dəhşətli proqnoz: Gündə 1000 nəfər ölə bilər
Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması ilə bağlı vəziyyətin daha da ağırlaşa biləcəyi bildirilir. "Actualité" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin sosial və humanitar işlər naziri Eva Bazaiba Masudi açıqlama verib. Nazirin sözlərinə görə, virus İtur
05.07.2026 170 Qətər gəmiçiliyin tam bərpa olunduğunu açıqlayıb
Qətərin Nəqliyyat Nazirliyi gəmiçiliyin tam həcmdə bərpa olunduğunu açıqlayıb. "Report" xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki bəyanatında deyilir. "Dəniz naviqasiyası sahəsində fəaliyyət bugündən etibarən bütün növ dəniz vasitələri və gəmiləri üçün adi qaydad
05.07.2026 135 "Arzum"un səhhəti pisləşdi - Vəkilindən AÇIQLAMA
"TikTok"da daha çox "Arzum 99" ləqəbi ilə tanınan İlduzə Hacıyevanın səhhəti pisləşib. BİG.AZ " "a istinadən xəbər verir ki, bu barədə tiktokerin vəkili Hikmət Əliyev bildirib. Vəkilin sözlərinə görə, ona müntəzəm olaraq həkim nəzarəti lazımdır. Vəkil onu da bildirib ki
05.07.2026 574 Tramp Avropanın miqrasiya siyasətini tənqid edib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Avropa ölkələri öz miqrasiya siyasətləri səbəbindən üçüncü dünya dövlətlərinə çevrilmək riski ilə üz-üzədir. "Report" xəbər verir ki, Amerika lideri müvafiq bəyanatı "Truth Social" sosial şəbəkəsində paylaşıb. "Avropa öyrənəcək ki, əgə
05.07.2026 140 Venesuelada zəlzələ qurbanlarının sayı üç minə yaxınlaşıb
İyunun 24-də Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 2 954 nəfərə çatıb. xəbər verir ki, bu barədə Bolivar Respublikasının İnformasiya və Rabitə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Nazirliyin açıqlamasına görə, zəlzələ nəticəsində 16 592 nəfər xəsarə
05.07.2026 170 AP: Salonikidə meşə yanğını baş verib, insanlar təxliyə olunub
Yunanıstanın ikinci ən böyük şəhəri olan Salonikinin ətraf əraziləri yaxınlığında meşə yanğını baş verib və üç kiçik qəsəbənin sakinlərinə təxliyə olunmaq tapşırılıb. "Report" xəbər verir ki, bu barədə Yunanıstan Yanğından Mühafizə Xidmətinə istinadən "Associated Press" (AP) məluma
05.07.2026 149