Evdə təhsil kağız üzərində qalır: əqli və fiziki məhdudiyyətli uşaqlara müəllim tapılmır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Evdə təhsil kağız üzərində qalır: əqli və fiziki məhdudiyyətli uşaqlara müəllim tapılmır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illərdə Azərbaycanda inklüziv təhsilin inkişafı istiqamətində müxtəlif proqramlar həyata keçirilsə də, əqli və fiziki məhdudiyyətli uşaqların bir hissəsi hələ də təhsil hüququndan tam yararlana bilmir. Xüsusilə sağlamlıq vəziyyətinə görə məktəbə gedə bilməyən uşaqlar üçün nəzərdə tutulan evdə təhsil sistemi ciddi problemlərlə üz-üzədir. Valideynlər bildirirlər ki, aylardır müraciət etmələrinə baxmayaraq, övladlarına dərs keçəcək müəllim tapılmır və nəticədə uşaqlar təhsildən kənarda qalır. Mövcud vəziyyət isə inklüzivlik prinsiplərinin kağız üzərində qalması ilə bağlı suallar yaradır.
Evdə təhsil kağız üzərində qalır: əqli və fiziki məhdudiyyətli uşaqlara müəllim tapılmır - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki, təhsil sadəcə dörd divar, bir yazı lövhəsi və zəng səsi deyil. Onun sözlərinə görə, təhsil, xüsusən də fiziki məhdudiyyəti olan bir uşaq üçün, dünyaya açılan yeganə pəncərədir: "Amma heyf ki, son illərdə biz o pəncərələri "islahat" adı altında bir-bir qapatmaqla məşğuluq. Bir təhsil eksperti kimi mənə ən çox verilən sual budur: "Niyə fiziki qüsurlu uşaqlar təhsildən kənarda qalır?" Cavab isə həm sadədir, həm də çox ağrılı: Biz illərin sınağından çıxmış peşəkar bir sistemi dağıdıb, yerində boş bir "inklüzivlik" xülyası yaratdıq.

Yaxın keçmişə boylanaq. Bakıda 219 nömrəli evdə təhsil tam orta məktəbi var idi. Bu məktəb sadəcə bir təhsil müəssisəsi deyil, bütöv bir fədakarlıq institutu idi. Orada çalışan müəllimlər sıravi pedaqoqlar deyildilər; onlar həm psixoloq, həm loqoped, həm də uşağın nazını çəkən, ailənin dərdinə şərik olan mənəvi xilaskarlar idilər. Hətta 2007-ci ildə o vaxtkı təhsil naziri Misir Mərdanovun xüsusi əmri ilə bu məktəbə müəllimlərin işə qəbulu belə sadələşdirilmişdi. Nazirlik onda başa düşürdü ki, evdə təhsil hər müəllimin işi deyil. Bu sahədə işləmək üçün təkcə diplom yox, polad kimi iradə, sonsuz hövsələ və ən əsası, uşaq sevgisi lazımdır. O məktəbin müəllimi bilirdi ki, o, uşağın yanına sadəcə düstur öyrətməyə yox, ona yaşamaq ümidi verməyə gedir.

Sonra nə baş verdi? Elm və Təhsil Nazirliyi "inklüziv təhsilə keçirik" deyib, bu ixtisaslaşmış məktəbi ləğv etdi. Şagirdləri və müəllimləri yaşayış yeri üzrə adi məktəblərə payladılar. Kağız üzərində hər şey gözəl görünürdü, amma reallıqda faciə başladı. Evdə təhsil sahəsində işləmək müəllimdən tükənməz hövsələ, sonsuz səbr və xüsusi qayğı tələb edir. O uşaqların, bəzən isə illərin ağrısı ilə yorulmuş valideynlərinin nazına dözmək hər adamın işi deyil, böyük bir hünər tələb edir. Adi məktəbin müəllimi üçün isə bu, artıq bir "missiya" deyil, "əlavə yük"dür. Nəticədə müəllim getmək istəmir, bəhanə axtarır. Uşaq isə divarlar arasında tək qalır.

Mən tam məsuliyyətimlə deyirəm ki, bu gün ümumtəhsil məktəbləri arasında paylanmış evdə təhsilin səviyyəsi sıfırdır! Müəllimlərin çoxu dərsi sadəcə "kağız üzərində" keçir, jurnalları saxta rəqəmlərlə doldururlar. Bu uşaqların təhsil hüququ rəsmən tapdalanır. Əgər kimsə mənim bu sözlərimə şübhə edirsə, mən bunu sübut etməyə tam hazıram. Buradan aidiyyatı qurumlara səslənirəm: Müstəqil bir komissiya yaradılsın və məni də o komissiyaya daxil etsinlər. Mənə müvafiq məktəblərin və valideynlərin telefon nömrələrini versinlər, mən cəmi bir gün ərzində hansı şagirdə indiyə qədər hansı dərslərin tədris olunmadığını, hansı müəllimin bir dəfə də olsun o uşağın qapısını açmadığını faktlarla sübut edim.

Fizioloji qüsurlu uşağı evdə taleyin ümidinə buraxıb, saxta hesabatlarla "islahat aparırıq" demək həm pedaqoji, həm də mənəvi cinayətdir. Biz peşəkarları sıradan çıxardıq, indi isə hövsələsiz kadrların əlində məhv olan taleləri seyr edirik. Həqiqətlə üzləşməkdən qorxmursunuzsa, buyurun, o komissiyanı yaradın!".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 551   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Get, hara istəyirsən şikayət et!" - Hüquq müdafiəçisi "AZZA"dan narazı qaldı

"AZZA" şirniyyat mağazası da müştəriyə "get kimə istəyirsən de" virusuna yoluxdu. Bu virusun antivirusu yoxdu ki. xəbər verir ki, bunu "Neftçilərin Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında yazıb. Hüquq müdafiəçisi bildiri

28.04.2026 479
.

Qəbir yerləri ilə bağlı qaydalar: kimlərə ödənişsiz verilir?

"Azərbaycan Respublikası vətəndaşlarının, ölkə ərazisində yaşayan və ya olan, habelə qaçqın statusu almış əcnəbilərin və vətəndaşlığı olmayan kimsəsiz şəxslərin dəfni üçün qəbir yerləri qəbiristanlıq müdiriyyəti tərəfindən ödənişsiz olaraq ayrılır". Bunu BİG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasını

15:04 112
.

Arktikanın əbədi buzlaqlarında 158 karatdan böyük nadir almaz tapıldı

Kanada Arktikasının donmuş torpaqlarında 158,20 karat çəkisinə malik emal olunmamış sarı almaz aşkar edilib. Qaynarinfo xəbər verir ki, bu barədə "DailyGalaxy" məlumat yayıb. Mütəxəssislərin bildirdiyinə görə, daş təxminən 2 milyard il əvvəl formalaşıb və Kanadada indiyədək tapılmış ən böyü

28.04.2026 284
.

Bu yolda sürət həddi endirildi

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, mərkəzin əməkdaşlar

10:16 137
.

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

Azərbaycanın ilk xanım deputatının əsəri hərraca çıxarılıb. xəbər verir ki, söhbət Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı Şəfiqə Xanım Əfəndizadədən gedir. Məlumata görə, onun "İki yetim yaxud Kərimin Himməti" əsəri auksion yolu ilə satılıb. Kitabın başlanğıc qiymət

28.04.2026 280
.

Kartdan karta köçürmələrdə yüksək komissiya: 2 manata 1 manat tutulur - İQTİSADÇIDAN AÇIQLAMA

Son dövrlərdə bank xidmətləri ilə bağlı artan narazılıqların əsas səbəblərindən biri də kartdan karta pul köçürmələri zamanı tətbiq edilən yüksək komissiya haqlarıdır. Xüsusilə cüzi məbləğlərdə - məsələn, 2 manat köçürmə zamanı 1 manat xidmət haqqının tutulması istifadəçilər arasında ciddi suallar doğurur

11:30 312
.

Avropanın ilk PUA daşıyıcısı Rusiya əleyhinə istifadə oluna bilər

Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün inşa edilən Avropanın ilk pilotsuz uçuş aparatı (PUA) daşıyıcısının NATO-nun tələbi ilə Rusiya əleyhinə təxribatlar üçün istifadə oluna biləcəyi iddia edilir. xəbər verir ki, bu barədə RİA Novosti portuqaliyalı analitik Aleksandr Gerreyroya istinadən məlumat yayıb

11:44 150
.

Mayda hava belə olacaq

Maya olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a bildirilib ki, mayda havanın temperaturu tədricən yüksəlir. Son illərin müşahidələrinə əsasən, may ayında hava şəraiti ötən illərlə müqayisədə daha dəyişkən keçir. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimiz

15:13 104
.

Dil intellekti üzə çıxarır: Aşağı IQ-a malik insanların tez-tez işlətdiyi 7 ifadə

İnsanların danışıq tərzi düşündüyümüzdən daha çox məlumat verə bilər. Ekspertlər daha aşağı IQ göstəricisinə malik insanları tanımağa kömək edə biləcək müəyyən ifadələri qeyd edirlər. Qaynarinfo xəbər verir ki, bu barədə ofeminin.pl yazır. Professor, psixoloq Ketrin Kinzlerin sözlərinə görə, bizim dilimi

28.04.2026 284
.

TOP MP3