Buraxılış imtahanlarının vaxtı təhsilin məntiqinə uyğundurmu?
"Valideynlərin və şagirdlərin bu narahatlığı tamamilə əsaslıdır. Tədris ili iyun ayında başa çatdığı halda, buraxılış imtahanlarının mart ayına təyin edilməsi həm pedaqoji, həm də psixoloji baxımdan ciddi ziddiyyət yaradır. Təhsilin fundamental məntiqi sadədir: əvvəlcə bilik tam şəkildə öyrədilir, daha sonra isə qiymətləndirilir. Dövlət proqramı 11-ci sinfin sonuna qədər olan dövrü əhatə etdiyi halda, imtahanın martda keçirilməsi şagirdi hələ mənimsəmədiyi mövzular üzrə sınağa çəkmək deməkdir".
Bunu BiG.AZ-a açıqlamasında təhsil eksperti Şəmsi Qoca bildirib.
O, qeyd edib ki, bu yanaşma tədris planının mahiyyətini zəiflədir. Müəllim mövzuları sürətlə başa çatdırmağa, şagird isə dərindən qavramaq əvəzinə mexaniki yaddaşa üstünlük verməyə məcbur olur. Nəticədə keyfiyyət deyil, sürət əsas meyara çevrilir:
"Eyni zamanda, erkən imtahan modeli repetitor asılılığını daha da gücləndirir. Məktəb proqramı təbii axarında davam etdiyi halda, şagird martadək materialı "çatdırmaq" üçün əlavə hazırlıq kurslarına üz tutur. Bu isə o deməkdir ki, mart imtahanları məktəbin deyil, daha çox fərdi repetitor hazırlığının nəticəsini ölçür.
Digər tərəfdən, martda imtahan verərək prosesi "bitmiş" hesab edən şagird üçün aprel və may aylarında sinif otağı öz funksiyasını itirir. İmtahandan sonra motivasiyanı qorumaq çətinləşir və tədris ilinin son aylarının səmərəliliyi minimuma enir.
Aydın görünür ki, buraxılış imtahanlarının bu qədər erkən keçirilməsi təhsilin məzmunundan daha çox nəticələrin emalı və növbəti mərhələlərin texniki planlaşdırılması kimi inzibati rahatlığa xidmət edir. Halbuki şagirdin tam və sistemli bilik əldə etməsi istənilən statistik göstəricidən daha önəmli olmalıdır.
Həqiqi və ədalətli qiymətləndirmə üçün imtahan tədris proqramı tam yekunlaşdıqdan sonra keçirilməlidir. Əks halda, şagirdin zəhməti vaxtından əvvəl, yarımçıq qalmış mövzuların kölgəsində qiymətləndirilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 660 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMeksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 150 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
04.10.2026 114 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
04.10.2026 148 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 165 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 117 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236