Ermənistanda məhbus mövzusu seçki gündəminə çevrilir
Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, İrəvan Bakıda saxlanılan sonuncu erməni vətəndaş evinə qayıdana qədər fəaliyyətini davam etdirəcək.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən politoloq Turan Rzayev bildirib ki, onun bu açıqlaması Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin davam etdiyi bir mərhələdə səsləndirilməsi baxımından diqqət çəkir. Cəmi bir neçə gün əvvəl Azərbaycan nümayəndə heyəti "Sülh körpüsü" adlı dəyirmi masada iştirak etmək üçün Ermənistana səfər etmişdi. Bu isə göstərir ki, həm dövlət səviyyəsində, həm də ictimai platformalarda dialoq kanalları açıqdır və normallaşma prosesi davam edir:
"Hazırda Bakıda saxlanılan ermənilərin taleyi Ermənistan cəmiyyətində birmənalı müzakirə olunmasa da, mövzu müxalifətin əsas siyasi alətlərindən birinə çevrilib. Qarşıdan gələn parlament seçkiləri ərəfəsində bu məsələnin daxili siyasi gündəmdə daha da aktuallaşacağı gözləniləndir. Simonyanın məhz indi bu mövzunu qabartması da seçki kontekstində qiymətləndirilə bilər. Bu, həm ictimaiyyətə mesaj, həm də müxalifətin mümkün təzyiqlərini önləməyə hesablanmış addım kimi görünür.
Digər tərəfdən, Bakıda saxlanılan separatçıların vəziyyətinin Ermənistanın Baş naziri Nikol Paşinyan və onun komandasının siyasi mövqeləri baxımından müəyyən mənada əlverişli olduğu barədə fikirlər də mövcuddur. Bu yanaşmaya görə, onların Ermənistanda azadlıqda olmasındansa, hazırkı statusun saxlanılması Paşinyan administrasiyası üçün daha az riskli variantdır.
Bununla yanaşı, seçki ərəfəsində verilən bu cür bəyanatlar avtomatik olaraq İrəvanın həmin şəxslərin mütləq şəkildə Ermənistana ekstradisiyası istiqamətində konkret hüquqi mexanizmlər işə salacağı anlamına gəlmir.
Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişi hələ imzalanmayıb, lakin mətnin paraflandığı bildirilir. Müqavilənin imzalanmasından sonra münasibətlərin dərhal yüksək səviyyəyə qalxacağını iddia etmək real görünmür. Bununla belə, mərhələli normallaşma fonunda tərəflər arasında müxtəlif sahələrdə, o cümlədən hüquq və ədliyyə istiqamətində müəyyən razılaşmaların əldə olunması istisna deyil".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 633 Tarix: 19 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMeksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir
Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk
04.10.2026 150 Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov
04.10.2026 163 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
04.10.2026 114 "Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
Kanadanın Baş naziri Mark Karni bu ay Türkiyəyə səfər etməyi və ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüş keçirməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, bu, Kanada Baş nazirinin Türkiyəyə ilk rəsmi səfəri olacaq
04.10.2026 148 BEA: Dünyada dizel yanacağının qiymətinin kəskin artması inflyasiya təzyiqini gücləndirəcək
Dizel yanacağının qiymətinin təxminən iki dəfə artması yaxın zamanda qlobal miqyasda inflyasiyanın güclənməsinə səbəb olacaq. "Report" "Oksijen" nəşrinə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) rəhbəri Fatih Birol bildirib. "Fevralın 28-də ABŞ-İra
04.10.2026 165 Qonşu ölkədə kartof od tutub yanır - Bir ildə kəskin bahalaşma
Rusiyada kartof tərəvəzlər arasında qiymət artımına görə ilk sıraya çıxıb. xəbər verir ki, avqustun sonuna kartofun orta pərakəndə satış qiyməti kiloqramı 59,1 rubla (1,23 manat) çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,3 faiz çoxdur. Topdansatış qiyməti isə 33,6 faiz artaraq kiloqramı 22,
04.10.2026 117 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
04.10.2026 157 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236