Üzərlikdən istifadə məhdudlaşdırılacaq?

Üzərlikdən istifadə məhdudlaşdırılacaq?Son vaxtlar sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində üzərlik bitkisinin (xalq arasında "üzərlik", "qarmala" kimi tanınır) istifadəsi, xarici ölkələrə aparılması və buna görə hüquqi məsuliyyətə cəlb olunma halları ilə bağlı müxtəlif məlumatlar yayılmaqdadır.

Axşam.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, üzərlik bitkisinin tərkibində harmin, harmalin, harmalol, tetrahidroharmin kimi alkaloidlər mövcuddur. Bu maddələr elmi ədəbiyyatda "harmala alkaloidləri" və ya "beta-karbolin alkaloidləri" adlanır:

"Bu qrup alkaloidlər mərkəzi sinir sisteminə təsir göstərən psixoaktiv birləşmələrdir. Harmin və harmalin monoaminoksidaz inhibitorları (MAOİ) qrupuna aiddir. Bu maddələr beynin müəyyən funksiyalarına təsir edərək sinir impulslarının ötürülməsini dəyişdirir. Onlar orqanizmdə serotonin, dopamin və adrenalin kimi neyrotransmitterlərin parçalanmasını ləngidir, nəticədə bu maddələrin sinir sistemindəki konsentrasiyası artır.

Azərbaycanda üzərlik bitkisinin yandırılması (tüstülənməsi) qədim ənənə kimi qəbul olunur və konkret bu formada istifadə ilə bağlı birbaşa qadağa mövcud deyil. Lakin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Qanuna əsasən, tərkibində narkotik və ya psixotrop təsirli maddələr olan bitkilərin kultivasiyası, idxalı, satışı və istifadəsi məhdudlaşdırıla bilər.

Tərkibindəki psixoaktiv alkaloidlərə görə üzərlik bitkisi və onun ekstraktları bir çox ölkələrdə nəzarətə alınan maddələr siyahısına daxil edilib. Rusiya Federasiyası Hökumətinin 7 yanvar 2024-cü il tarixli, 135 nömrəli qərarı ilə üzərlik (qarmala) bitkisi rəsmən "narkotik vasitələr olan bitkilər" siyahısına salınıb. Bu o deməkdir ki, Rusiya ərazisində həmin bitkinin idxalı, daşınması, saxlanması və satışı qanunsuz hesab olunur və cinayət məsuliyyətinə səbəb olur.

Xarici ölkələrə səyahət edərkən üzərlik bitkisini, onun toxumlarını, hissəciklərini və ya törəmələrini üzərinizdə götürməyin. Bəzi ölkələrdə bu bitkinin hətta kiçik miqdarda aşkarlanması ağır hüquqi nəticələrə səbəb ola bilər".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 191   Tarix: 19 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Qızıl və gümüşün qiyməti yenidən BAHALAŞDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,90% artaraq 4950 ABŞ dollarına bərabər olub. COMEX-d

18.02.2026 366
.

Bazarstore"da Ramazan endirimləri başladı

Bazarstore müqəddəs Ramazan ayı münasibətilə xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində alıcıları sərfəli qiymətlər, bol çeşid və Ramazana özəl məhsullar gözləyir. Ramazan ayının paylaşmaq və həmrəylik ruhuna uyğun olaraq, Bazarstore mağazalarında xüsusi Ramazan paketləri də təqdim olunur

10:25 235
.

Yağış yağacaq

Fevralın 20-də havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 19-dan 20-nə keçən gec

12:46 270
.

Reuters: "Çin Trampdan çox sonra qlobal ticarətə necə hakim olmağı planlaşdırır"

Çin, 19 trilyon dollarlıq iqtisadiyyatını gələcəkdə ABŞ-ın təzyiqindən qoruyacaq şəkildə qlobal ticarəti yenidən formalaşdırmaqla Prezident Donald Trampın tariflərini öz xeyrinə çevirmək üçün bir fürsət görür. Reuters agentliyinin araşdırması göstərib ki, Pekin Trampın yaratdığı qeyri-müəyyənlikdən istifad

11:23 205
.

Tramp İrana hücum variantlarını nəzərdən keçirərkən ABŞ təyyarədaşıyan gəmisi İsrail sahillərinə yerləşdirilə bilər

ABŞ mediası xəbər verir ki, Prezident Tramp 2003-cü ildən bəri Yaxın Şərqdə ən böyük Amerika hərbi kontingenti qurduğu bir vaxtda İrana zərbələr endirmək üçün variantları nəzərdən keçirir; The New York Times qəzetinin məlumatına görə, USS Gerald Ford hələ gəlməyib, lakin əvvəlcə İsraili müdafiə etməs

11:52 234
.

Azərbaycanda qorunan heyvan və bitkilərin mühafizəsi: cərimələr və qanuni sanksiyalar

"Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan və bitki növlərinin qorunması ilə bağlı tələblərin yerinə yetirilməməsinə görə fiziki şəxslər min manatdan min üç yüz manatadək, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək, hüquqi şəxslər is

14:25 165
.

Enerji və sülh gündəliyi: Bakı-Vaşinqton danışıqlarının əsas xətti

"Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri iki ölkə münasibətlərində yeni mərhələnin konturlarını müəyyənləşdirə bilər. Dəvətin məhz ABŞ Prezidenti Donald Tramp tərəfindən edilməsi isə prosesə əlavə siyasi çəki qazandırır və bunu sadəcə protokol jesti kimi qiymətləndirmə

13:51 148
.

İlham Əliyev Vaşinqtonda Amerika İsrail İctimai Əlaqələr Komitəsinin icraçı direktoru və digər rəhbər heyəti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçiriləcək Sülh Şurasının ilk iclasında iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, fevralın 18-də dövlətimizin başçısı Vaşinqtond

18.02.2026 342
.

O məktəbin bufetini bağladılar - Fotolar

Göygöldə kütləvi zəhərlənmə baş verən məktəb bufetinin fəaliyyəti müvəqqəti dayandırılıb. Bu barədə "Qafqazinfo"nun sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib. Bildirilib ki, Göygöldə baş verən hadisə ilə əlaqədar AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsi əməkdaşları tərəfindən rayonu

18.02.2026 379
.

TOP MP3