"Kanalları övladımızla izləyə bilmirik, xəcalət çəkirik"
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu verilişlərdəki mövcud vəziyyətlə bağlı narazılığını dilə gətirib.
Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı videoda ölkə rəhbərliyinə və sənət adamlarına müraciət edib:
"Bu videonu çəkməkdə bir məqsədim var. Mən bu günə qədər şəraitimə, fəxri ada, nə də başqa titula görə heç bir zaman ölkə başçımıza müraciət etməmişəm. Amma efirdəki bugünkü vəziyyətə görə məcburam, bu, bizi uçuruma aparır.
Buna bizim xalqımız, qonşu xalqlarımız, qardaş Türkiyə dövlətinin musiqiçiləri və sənət adamları da baxırlar. Mənə bunu dəfələrlə deyiblər.
Azərbaycan musiqisinə ləkə gətirən insanlar haqqında çox hörmətli cənab Prezidentimiz İlham Əliyev, vitse-prezidentimiz, çox hörmətli Mehriban xanım Əliyevaya, mədəniyyət nazirimiz Adil Kərimliyə müraciət etmək istəyirəm.
Müraciətim ondan ibarətdir ki, çox xahiş edirəm, bugünkü verilişlərdə olan biabırçılıqlara bir əncam qılasınız. Bəlkə sizin qarşınıza çıxmayıb, amma bütün Azərbaycan sənətkarları artıq beziblər. Bu, bir biabırçılıqdır.
Verilişlərin 90 faizində ailələrdən, hansısa oxuyanın ailəsinin dağılmasından, həyat yoldaşına corab geyindirməsindən, bədən şəkilləndirmədən və bədən haqqında danışırlar. Yəni ki, çox biabırçılıqlar baş verir.
Mən bütün sənətkarlara müraciət edirəm. Əməkdar və Xalq artistləri, Şərəf və Şöhrət ordenli sənətkarlar, bu adlar sizə dövlət tərəfindən verilib Siz Azərbaycan musiqisinə qulluq edirsiniz, onu göylərə qaldırırsınız. Allah sizdən razı olsun. Ancaq bu müraciəti siz də edin. Prezidentimizdən və Mehriban xanımdan çox xahiş edirəm, bununla ciddi məşğul olun. Biz bu biabırçılıqdan qurtulmaq istəyirik.
Heç bir kanalı açıb övladımızla izləyə bilmirik, baxanda xəcalət çəkirik. Yalnız tərbiyəsizlik və əxlaqsızlıq baş verir. Səhər verilişlərinə baxsanız görərsiniz, davalar, söyüşlər, tənqidlər... Bir çox kanallarda yaxşı verilişlər də var.
Bir neçə gündür ki, bu hadisələr mənim əsəbimi çox pozub. Sənətkarlara fəxri adlar Azərbaycan musiqisini qoruyub saxlamaq üçün verilib. Yeri gələndə danışmalısınız. Sizdən xahiş edirəm, danışın, nə vaxta qədər susacaqsınız?!".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşFirəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 604 Gülüstan Əliyeva 8 illik fasilədən sonra qayıdır
Əməkdar artist Gülüstan Əliyeva uzun fasilədən sonra yenidən "Leyli" obrazında səhnəyə çıxacaq. Axşam.az xəbər verir ki, bu barədə sənətçi "İncə səhər" verilişində danışıb. Gülüstan Əliyeva tamaşanın yeni quruluşda səhnəyə qoyulduğunu bildirib:. "Səkkiz illik fasilədən sonr
24.10.2026 525 Dilarə Əliyevaya VƏZİFƏ VERİLDİ
Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə verilib. BİG.AZ "Olay"a istinadla xəbər verir ki, tanınmış aktrisa və aparıcı ARB televiziyasında müşavir vəzifəsinə təyin olunub. Bir neçə gündür işinin icrasına başlayan Dilarə yaxın aylarda yenidən ekranlara qayıdacaq
24.10.2026 914 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balıq aşkarlanıb. Balıqların tələfatının dəqiq səbəbi hələ müəyyən edilməyib. Hadisə Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirlərlə bağlı suallar yaradıb. Balıqçılıq və Akvakultura Mərkəzində
24.10.2026 540 3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il
31.10.2026 723 Məşhur Hollivud aktyoru adından qanunsuz istifadəyə görə 200 min avro təzminat alıb
ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb. TASS-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb. Məhkəmə Litvanın "Mediatonas"
24.10.2026 562 Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi
Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində
02.11.2026 478 "Qızımı belə böyütməməli idim"
Əməkdar artist Sənubər İsgəndərli qızı ilə münasibətindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "2+1" adlı yutub layihəsində danışıb. O, yeganə övladını həddindən artıq qoruduğunu və bunun düzgün olmadığını düşündüyünü bildirib:. "İndi başa düşürəm ki, onu çox qorumuşam
25.10.2026 680 Atası ilə fotosunu paylaşıb bunları yazdı
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad
01.11.2026 641