Ursula fon der Leyenin Kiyev səfəri fonunda Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir - POLİTOLOQDAN AÇIQLAMA

Ursula fon der Leyenin Kiyev səfəri fonunda Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir - POLİTOLOQDAN AÇIQLAMAAvropa siyasi gündəmində bu gün mühüm hadisələrdən biri baş tutur. Ursula fon der Leyen rəhbərlik etdiyi Avropa Komissiyası adından rəsmi səfərlə Ukraynaya yollanır. Səfər Rusiyanın davam edən hərbi əməliyyatları fonunda Kiyevə siyasi və iqtisadi dəstəyin nümayişi kimi qiymətləndirilir. Eyni zamanda, Avropa Birliyi daxilində bu gün Rusiyaya qarşı növbəti sanksiyalar paketinin qəbul ediləcəyi gözlənilir. Yeni məhdudiyyətlərin Moskvanın iqtisadi və maliyyə imkanlarını daha da zəiflətməyə, həmçinin müharibənin davam etdirilməsi üçün resurslarını məhdudlaşdırmağa yönələcəyi bildirilir. Brüsseldə və Kiyevdə keçiriləcək görüşlərin nəticələri Avropanın Ukraynaya uzunmüddətli dəstək strategiyasının formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.
Ursula fon der Leyenin Kiyev səfəri fonunda Avropa Birliyi Rusiyaya qarşı yeni sanksiyalar paketini müzakirə edir - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, müharibənin artıq dörd ili tamam olur və dörd il ərzində müharibənin gedişatında aydın şəkildə müşahidə etmək mümkündür ki, Ukraynanın öz ərazi bütövlüyü ilə bağlı apardığı müharibədə tərəflərin maraqları kifayət qədər fərqli formada özünü biruzə vermişdir. Onun sözlərinə görə, ABŞ-ın xüsusi ilədə Tramp admistrasiyası dövründə danışıqlar prosesini bərpa etmək etməsi, amma danışıqlar prosesində Ukraynanın mövqeyinin kifayət qədər zəif şəkildə təmsil olunması onu deməyə əsas verir ki, Amerika hal-hazırda Ukraynanın maraqlarını Rusiya qarşısında qurban verib: "Alyaska görüşündən sonrakı prosesləri izləsək, arxa pərdədə ciddi razılığın əldə olunduğunu müşahidə edə bilərik. Baxmayaraq ki, ictimayyətə bununla bağlı açıq hansısa bir bəyanat verilmədi. Amma Rusiya Amerika münasibətləri və Amerikanın Rusiyanın işğalçılıq siyasətinə münasibətdə paralel olaraq Ukraynaya təzyiq mexanizmindən istifadə etməsi, məsələn Zelenskinin son verdiyi bəyanatlardan birində açıq şəkildə ifadə olunur ki, Donbasın boşaldılması ilə bağlı ABŞ Ukraynaya təzyiq göstərir və bu o deməkdir ki, Rusiyanın maraqları kontekstində artıq Amerika atəşkəsin əldə olunması niyyətindədir və bunu açıq şəkildə bəyan edir.

Avropa İttifaqının mövzu ilə bağlı yanaşmaları bir qədər fərqlidir. Çünki Avropa İttifaqının təhlükəsizlik qayğılarıda var. Bu sadəcə Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələ deyil, artıq Avropanın sərhədlərini aşa biləcək kifayət qədər təhdidləri özündə ehtiva edən yanaşmalardır və əgər Rusiya-Ukrayna müharibəsinin nəticəsi Rusiyanın qalibiyyəti və masada da Rusiyanın istədiyi şərtləri diktə etməsi ilə yekunlaşsa, bu Avropa üçün heçdə asan bir dövrün başlanğıcı olmayacaq. Avropa İttifaqı çərçivəsində sanksiyaların yenidən müzakirə olunması məhz bu istiqamətdədir. Amma artıq 20-ci paket sanksiyalardan biz danışırıq və bu sanksiyaların hər hansısa bir formada Rusiya üzərində çəkindirici bir təsirinin olmadığını dörd il ərzində aydın şəkildə müşahidə etmişik. Orbanın bəyanatına gəlincə isə, biz daha əvvəldə 90 milyard avro həcmində olan yardım kreditinin bloklanmasını müşahidə etdik və bunu Ukraynanın Drujba neft kəmərini blok etməsi ilə Macarıstan prezidenti və rəsmiləri izah etdi və bu davam etdikcə Avropa İttifaqı çərçivəsində olunacaq yardımlar bloklanacaq. Çünki biz bilirik ki, Avropa İttifaqının verdiyi qərarlar yekdilliklə qəbul olunur. Sanksiyalar məsələsində də Macarıstanın eyni mövqeydən çıxış etməsi bizə onu deməyə əsas verir ki, Macarıstan artıq müharibənin bitməsi mövqeyindən çıxış edir.

Yəni müharibənin sürətli şəkildə bitməsi və atəşkəsin əldə olunması, yenidən müharibədən öncəki münasibətlər sisteminin bərpa olunması, yada yeni formalaşacaq dünya nizamında tamamilə fərqli əlaqələrin qurulması düşünürəm ki, Macarıstanın bu gün milli maraqları və ortaya qoyduğu yanaşmalar kontekstində ən önəmli istiqamətlərdən biridir. Uzun müddətdir Qərbi Avropa dövlətlərinin müharibəyə hazırlaşması, həttda rəsmi Brüsselin ətrafında bu istiqamətdə kifayət qədər işlərin görülməsi istiqamətində məlumatlar müəyyən media qurumlarında paylaşılır. Həttda qeyri-rəsmi mənbələr əhalinin məlumatlandırılması, müharibəyə hazırlıq prosesinin uzun müddətli davam etməsi ilə bağlı işlərin görüldüyünüdə bunu deməyə əsas verir. Amma əsas sual ondan ibarətdir ki, müharibəyə həqiqətəndə Avropa dövlətləri hazırdırmı?

Çünki ikinci dünya müharibəsindən sonra ABŞ-nın NATO çərçivəsində formalaşdırdığı təhlükəsizlik çətiri həm müdafiə mexanizmlərini kifayət qədər zəiflədib, həmdə Rusiya qarşısında onların davam gətirə biləcək potensialını demək olarki yox edib. Düşünürəm ki, yaxın perspektivdə Avropa dövlətlərinin Rusiya ilə qarşıdurmaya getmək ehtimalı kifayət qədər zəifdir. Biz daha öncə Avropa İttifaqı Şurasının prezidentinin bəyanatlarında onu gördük ki, 2027-ci ilə qədər Rusiyadan qaz alışını davam etdirəcəklərini, 2027-ci ilin sonundan etibarən artıq Rusiyadan qaz alışını dayandıracaqlarını bəyan etdilər. Buda o deməkdir ki, 2027-ci ilə qədər istəsələrdə, istəməsələrdə Rusiya ilə qarşıdurmadan yayınmaq mövqeyindən çıxış etməyə məcburdular. Hal-hazırda Rusiyadan enerji təhlükəsizliyi baxımından Avropa dövlətləri ciddi ölçüdə asılıdır və bu məqam Rusiyanın sanksiyalardan yayınması üçün ən önəmli açıq qapıdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 836   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

04.10.2026 161
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

04.10.2026 114
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 164
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

04.10.2026 269
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

04.10.2026 183
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 163
.