Reytinq naminə səviyyə qurban gedir? Məşhurlar TV-ləri tənqid edir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMA

Reytinq naminə səviyyə qurban gedir? Məşhurlar TV-ləri tənqid edir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMASon dövrlər Azərbaycan televiziya məkanında baş verənlər cəmiyyətdə ciddi narazılıq doğurmağa başlayıb. Sosial şəbəkələrdə, xüsusilə TikTok platformasında qısa müddətdə tanınan və peşəkar sənət fəaliyyəti ilə seçilməyən şəxslərin müğənni kimi televiziya efirlərinə çıxarılması geniş müzakirələrə səbəb olur. Tanınmış simalar hesab edir ki, reytinq naminə efirə dəvət olunan bu şəxslərin çıxışları televiziya məkanının səviyyəsinə mənfi təsir göstərir, illərlə sənətə zəhmət qoymuş peşəkar ifaçıların isə kölgədə qalmasına gətirib çıxarır. Bu vəziyyət televiziya məzmununun keyfiyyəti və efir məsuliyyəti ilə bağlı mübahisələri daha da gücləndirib.
Reytinq naminə səviyyə qurban gedir? Məşhurlar TV-ləri tənqid edir - MEDİA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı media eksperti Nicat Abdullayev BiG.AZ-a açıqlamasında bildirdi ki, bu məsələyə emosional yox, hüquqi və institusional çərçivədə yanaşmaq daha doğrudur. Onun sözlərinə görə, son dövrlər televiziyalarda keyfiyyətlə bağlı müzakirələrin artması təsadüfi deyil: "Tamaşaçı auditoriyası dəyişir, rəqəmsal platformalar genişlənir və ənənəvi televiziya reytinq uğrunda mübarizədə bəzən daha asan, daha "şou" yönümlü kontentə üstünlük verir. Bu isə estetik və mədəni səviyyə ilə bağlı haqlı narazılıqlar yaradır.

Əvvəla qeyd etməliyəm ki, Azərbaycan Respublikasında audiovizual media üzərində tənzimləyici səlahiyyətə malik qurum Audiovizual Şuradır. Qanunvericiliyə əsasən, bu qurum yayımçıların lisenziyalaşdırılması, monitorinqi və qanun pozuntuları aşkar edildikdə inzibati tədbirlərin görülməsi ilə məşğul olur. Lakin burada vacib bir məqam var: "bayağılıq" anlayışı hüquqi termin deyil. Qanun konkret olaraq etik normaların pozulması, zorakılığın, ayrı-seçkiliyin, açıq-aşkar təhqirin, dövlət və ictimai təhlükəsizliklə bağlı risklərin qarşısının alınmasını nəzərdə tutur. Estetik səviyyə və ya zövq məsələsi isə daha çox ictimai müzakirə predmetidir.

Bu baxımdan sual "niyə vəzifələrini yerinə yetirmirlər?" şəklində qoyularkən diqqətli olmaq lazımdır. Əgər konkret hüquq pozuntusu varsa - məsələn, etik kodeksin, reklam qanunvericiliyinin, yaş məhdudiyyətlərinin pozulması - o zaman Şura müdaxilə etməlidir və edir. Amma söhbət sadəcə keyfiyyətsiz, zövqsüz və ya aşağı səviyyəli hesab edilən proqramlardan gedirsə, burada birbaşa senzura tətbiq etmək mümkün deyil. Konstitusiya söz və yaradıcılıq azadlığını təmin edir.

Digər tərəfdən, məsuliyyət təkcə tənzimləyici qurumun üzərinə düşmür. Televiziya kommersiya subyektidir və reytinq, reklam bazarı, auditoriya tələbi ilə işləyir. Tamaşaçı nə qədər tələbkar olarsa, bazar da bir o qədər keyfiyyətə yönələr. Bu mənada cəmiyyətin media savadlılığının artırılması, alternativ keyfiyyətli kontentin dəstəklənməsi və dövlət və ictimai televiziyaların nümunə göstərməsi daha effektiv mexanizmdir.

Prezidentə müraciət məsələsinə gəlincə, düşünürəm ki, mədəniyyət və media siyasəti institusional mexanizmlərlə tənzimlənməlidir. Hər bir narazılıq birbaşa dövlət başçısına ünvanlanmamalıdır. Bunun üçün qanunla müəyyən olunmuş qurumlar var və onların fəaliyyəti ictimai nəzarət və peşəkar müzakirə yolu ilə təkmilləşdirilə bilər.

Mənim mövqeyim ondan ibarətdir ki, məsələni emosional qadağalarla deyil, sistemli yanaşma ilə həll etmək lazımdır:

İlk olaraq, Audiovizual Şuranın monitorinq mexanizmlərinin şəffaflığını daha da artırmaq lazımdır. Əlbəttə ki, yayımçıların daxili redaksiya standartları da gücləndirilməlidir.

Bu proseslə paralel olaraq media savadlılığı və estetik zövqün formalaşdırılması istiqamətində uzunmüddətli iş aparılmalıdır.

Problemin həlli qadağalarda yox, peşəkarlıq, məsuliyyət və ictimai tələbin yüksəlməsindədir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 938   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

04.10.2026 161
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

04.10.2026 114
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 164
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

04.10.2026 269
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

04.10.2026 183
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 163
.