"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?"

"Aidiyyəti qurumlar, niyə bu tərbiyəsizliyin qarşısını almırsınız?""Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin və təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir. Ədəbsiz, nalayiq, tərbiyəsiz adamların "müğənni" statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, "müğənnilərə" açıq olmasının nəticəsidir yaşananlar. Ona görə mövcud durum bu haldadır!"

Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Saleh Bağırov sosial media hesabında yazıb. O, televiziya rəhbərlərinə və aidiyyəti qurumlara səslənib:

"Televiziya kanallarına rəhbərlik edənlər, aidiyyəti qurumlar, hamı gördüyünü, bildiyini həqiqətənmi görmür, yoxsa görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz apardıqca aparır bizi uçuruma. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə? Niyə bütün imkanlar əlinizdə ola-ola bu tərbiyəsizliyin qarşısını almırsınız? Niyə qadağalar tətbiq olunmur?

Ən acınacaqlı hal isə az sayda olan normal televiziyaların, peşəkar işçilərinin, min bir zəhmətlə yaxşı verilişlərin ərsəyə gəlməsinə əmək qoyanların adlarının ümumi axının içində "hamısı eyni şeydir..." adı ilə hallanmasıdır.

Heç kim erasının bitdiyini, onun sosial şəbəkələrə uduzduğunu deməsin. Belə olsaydı, bu gün televiziya müzakirələri bu cür geniş vüsət almazdı. Deməli, cəmiyyət normal televiziya arzusundadır!".

Televiziyada olanlara etiraz edənlər arasında Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasına Şura üzvü Telli Pənahqızı da yer alıb. O, aparıcıların cəzalandırılmasını tələb edib:

"Müğənniciklər"i niyə qınayırsınız ki? Onları "müzakirə mövzusuna" çevirib biabır edən "hər şeyə qadir olan" aparıcılardır. Qadağanı onlara qoymaq, cəzanı da onlara vermək lazımdır. Çalıb-oxuyanlara ətökən suallar verən, onların həyatını eşələyən, gic-gic məsləhətlər verib insanlıqdan çıxaran da elə "aparıcılar"dır. Efiri 2-3 saat dayandırmaq qadağası belə onlara kar eləmir! Bağlayın, bu proqramları, cənab TV sahibləri, caamatın əsəbi ilə bu qədər oynamaq olmaz! Pulu da halallıqla qazanın, övladlarınıza haram yedirməyin!Dili söz tutmayan, dünyanın gərdişini bilməyənləri həyatın girdabına sürükləyib reytinq dalınca düşməyin! Bu televiziyaçılıq, heç şou- biznes də deyil, bu göz görəsi milləti təhqirdir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1253   Tarix: 23 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

04.10.2026 161
.

ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib

ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir

04.10.2026 114
.

Tramp: CAATSA ilə bağlı problem yoxdur

ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara

04.10.2026 164
.

Oktyabrın 6-dan 10-dək davam edəcək - Əhaliyə XƏBƏRDARLIQ

"Oktyabrın 6-10-da Drakonid meteor yağışı müşahidə ediləcək. Meteor yağışının maksimumu oktyabrın 9-da saat 23.00 radələrində baş verəcək, bu zaman saatda 5 meteorun müşahidə olunacağı gözlənilir". Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Ölkə.az-a verilə

04.10.2026 269
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Abşeronda yaşayış binasında partlayış - Foto/Video

Abşeron rayonunun Şəfəq qəsəbəsində yerləşən yeddimərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər xəsarət alıb. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qayna

04.10.2026 183
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

Meksika prezidentliyə namizədlərin ikili vətəndaşlığa malik olmasını qadağan etmək niyyətindədir

Meksikada prezidentliyə namizədlərin ikinci vətəndaşlıqdan imtina etməsini nəzərdə tutan konstitusiya islahatının yekun təsdiqi gözlənilir. "Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Təşəbbüs həmçinin ştat qubernatorlarına və Mexiko merinə də şamil ediləcək. Ölk

04.10.2026 150
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

04.10.2026 163
.