"m10"la bağlı nə baş verir?
""m10"la bağlı son baş verənlərdə iki istiqamət əsas seçilir. Birincisi, "m10" elektron pul kisəsinə, sistemlərinə hansısa kiber müdaxilə həyata keçirilib. Digər variant isə budur ki, "m10"da mövcud olan qaydalar sərtləşib, nəzarətedici və tənzimləyici qurumların göstərişi, təlimatı ilə vəsaitlərin geniş təftişinə başlanılıb, hansısa şübhəli köçürmələr, əməliyyatlar, mənbəyi məlum olmayan maliyyə vəsaitlərimin hamısı bloklanıb. Hər iki istiqamət üzrə narahatedici məqamlar çoxdur. Kibertəhlükəsizlik üzrə danışsaq, nəzərə almalıyıq ki, bu cür şirkətlərin finteks sferasında, maliyyə xidmətləri göstərən şirkətlərin fəaliyyətinə nəzarət Mərkəzi Bank tərəfindən olunur. Tənzimləyici və nəzarətedici qurum Mərkəzi Bankdır. Bu cür təşkilatların infrastrukturu yoxlanılmadan, auditlərdən keçmədən, müəyyən reytinq qiymətləndirilməsi almadan fəaliyyət göstərmələrinə icazə verilməməlidir. O demək deyil, mütləq şəkildə deyirəm ki, kiber müdaxilə, yaxud auditlər həyata keçirilib, ya yox… Bu barədə ictimaiyyətə açıq rəsmi məlumat yoxdur. Biz ehtimallarımızı irəli sürürük".
Tribuna.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında İKT üzrə mütəxəssis Fərhad Mirəliyev deyib.
Mütəxəssis bildirib ki, sosial şəbəkələrdə təkcə "m10"la bağlı deyil, digər bankların da müstəriləri tərəfindən xeyli sayda vəsaitlərin bloklanması, onlardan imtina olunması əvəzində, hesabın açılması kimi məsələlərə rast gəlinir: "Belə izah edirlər ki, bu, bankların maliyyə sferasında çalışan təşkilatların öz şəxsi təşəbbüsləri deyil, daha yuxarı tənzimləyici və nəzarətedici təşkilatların göstərişi ilə həyata keçirilən addımlardır. Dediyim kimi, burada əsas təşkilat Mərkəzi Bankdır. Narahatedici məqam budur ki, insanlar bir-birilərinə hansısa məqsəd, yaxud sövdələşmə çərçivəsində müəyyən vəsaitlər göndərirlərsə, o zaman həmin hesablarda olan vəsaitin bloklanması halları kütləvi şəkildə müşahidə edilir. Əlbəttə, böyük məbləğlərdən söhbət getmir. 100-200, hətta 500 manat dəyərində məbləğlərin də bloklanmasından söhbət gedir. Çox təəssüf doğurur ki, bu cür kiçik məbləğlər təftiş olunur, yoxlanılır. İndiki dövrdə bu cür yoxlamalar müştərilərin sektora olan inamını sarsıdır. Kütləvi şəkildə insanlar artıq bu xidmətlərdən istifadə etməyə çəkinirlər, yaxud digər alternativ yollar axtarırlar. Haqlı məsələlər də ola bilər. Bilirik ki, "m10" üzərindən kriptovalyuta alış-verişi, mərc oyunları saytlarına köçürmələr həyata keçirilirdi. Bu cür hallar fərdi qaydada araşdırıla bilər. Amma kütləvi şəkildə hesablarda olan məbləğlərin bloklanması xeyli sayda insanı narazı salır. Bu cür layihələr, yaxud start-aplar bazarda özünü tanıtmış təşkilatlar xeyli sayda müştəri itirilməsinə səbəb olurlar".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 999 Tarix: 25 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
04.10.2026 163 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
04.10.2026 157 Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb
Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar
04.10.2026 152 "Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
04.10.2026 161 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
04.10.2026 236 Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO
Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda
04.10.2026 338 Şimali Kiprdə gəmi qəzası: Məhkəmədə dəhşətli faktlar üzə çıxdı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girnə şəhərinin sahillərində qəzaya uğrayan "FiloJet" sürət katamaranı ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilən doqquz şübhəli bu gün altıncı dəfə hakim qarşısına çıxarılıb. "Haber Global" telekanalına istinadən xəbə
04.10.2026 164 Pezeşkian: İran yeni iqtisadi plan hazırlayıb
İran yeni iqtisadi plan hazırlayıb. "Report" xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkian "X" sosial şəbəkə hesabında məlumat paylaşıb. "Hökumət xüsusi şəraiti idarə etmək üçün yeni mövqe tutub. Ötən aylarda düşmənin planı, İran xalqına təzyiq göstərmək məqsədil
04.10.2026 136 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
04.10.2026 184