Heyvan ciyəri və ayaqları: sağlamlıq üçün faydalıdır, yoxsa riskli?

Heyvan ciyəri və ayaqları: sağlamlıq üçün faydalıdır, yoxsa riskli?Son illər qidalanma mövzusu ətrafında aparılan müzakirələrdə heyvan mənşəli məhsulların sağlamlığa təsiri daha çox diqqət mərkəzinə çevrilib. Xüsusilə mal və toyuq ciyərinin, eləcə də heyvan ayaqlarının istehlakı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi qida ekspertləri iddia edir ki, orqanizmdə filtrasiya funksiyası daşıyan ciyər müəyyən toksinlərin toplanma ehtimalı olan orqanlardan biridir və bu səbəbdən həmin məhsulların tez-tez istifadəsi insan sağlamlığı üçün risk yarada bilər. Eyni zamanda, heyvanların ayaq hissələrində də ətraf mühitdən və yem vasitəsilə qəbul edilən zərərli maddələrin yığıla biləcəyi barədə fikirlər irəli sürülür.

Bu iddialar cəmiyyət arasında narahatlıq yaradaraq, ənənəvi qidaların təhlükəsizliyi ilə bağlı sualları artırır. Mütəxəssislər isə bildirirlər ki, məsələyə yalnız qorxu prizmasından deyil, elmi faktlar və düzgün qida hazırlanma qaydaları baxımından yanaşmaq vacibdir. Bəs həqiqətənmi ciyər və heyvan ayaqları insan orqanizminə zərərli maddələr ötürə bilər, yoxsa bu daha çox yanlış anlaşılmadan qaynaqlanan fikirlərdir? Mövzu ətrafında müxtəlif yanaşmaları araşdırmaq qidalanma seçimlərimizə daha şüurlu yanaşmağa imkan verir.
Heyvan ciyəri və ayaqları: sağlamlıq üçün faydalıdır, yoxsa riskli?Mövzu ilə bağlı Sağlam qida təbliğatçısı, Gənclərin Töhfəsi İctimai Birliyinin sədri Asim Vəliyev BiG.AZ-a açıqlamasında bildirdi ki, ilk növbədə ən böyük qorxu mənbəyi olan toksin məsələsinə aydınlıq gətirək. Qaraciyər bədənin əsas filtrasiya mərkəzidir. O zərərli maddələri özündə süngər kimi saxlamır. Qaraciyərin əsas funksiyası toksinləri metabolizə etmək, yəni onları suda həll olunan və bədəndən kənarlaşdırıla bilən zərərsiz formaya salmaqdır. Amma bir həqiqət var ki, heyvanın həyatı boyu qəbul etdiyi ağır metallar, bəzi pestisidlər daxili orqanlarda, xüsusən də qaraciyər və böyrəklərdə cüzi miqdarda yığıla bilər. Onun sözlərinə görə, bu risk müasir heyvandarlıq komplekslərində və baytarlıq nəzarəti altında olan təsərrüfatlarda minimuma endirilir: "Qaraciyər təbiətin ən güclü multivitamini hesab olunur. O, dəmir, A vitamini, B12 və fol turşusu baxımından zəngindir. Toyuq ayaqları artıq yenidən geniş istifadə olunmağa başlayıb. Amma çox yaxşı olardı ki, təbii üsulla yetişdirilmiş toyuqlara üstünlük verilsin. Uzun müddətli bişirilmə zamanı bu toxumalardakı zülallar parçalanaraq jelatin və kollagenə çevrilir. Kollagen oynaqların sürtünməsinin qarşısını alan qığırdaq toxumasının bərpası, dərinin elastikliyi və bağırsaq divarının möhkəmlənməsi üçün əvəzolunmazdır.

Toyuq ayaqlarının suyunda olan qlükozamin və xondroitin maddələri apteklərdə baha qiymətə satılan oynaq əlavələrinin əsas tərkib hissəsidir. Bu baxımdan düzgün bişirilmiş bir kasa xaş, toyuq ayağı bulyonu bizim sümük-oynaq sistemimiz üçün əsl bioloji dəstəkdir.
İçalatların istehlakında əsas fəsad toksinlərdən yox, mikrobioloji çirklənmədən qaynaqlana bilər. Qarın, bağırsaq və kəllə-paça hissələri heyvanın ətraf mühitlə, həzm prosesi ilə ən çox təmasda olan hissələridir. Bu orqanlarda salmonella, campylobacter və e.coli kimi təhlükəli bakteriyalar ola bilər.

Burada ən riskli məqam çarpaz çirklənmədir. Əgər biz çiy qarını və ya kəllə-paçanı təmizlədiyimiz bıçaqla eyni zamanda tərəvəz doğrayırıqsa, bakteriyaların yayılmasına şərait yaranır. Ona görə də içalat mütləq şəkildə soyuq zəncir qorunmaqla saxlanmalı və çox yüksək temperaturda, uzun müddət bişirilməlidir. Xaşın saatlarla qaynaması əslində mikrobioloji təhlükəsizliyi təmin edən mükəmməl bir texnoloji prosesdir.

Hər bir faydalı qidanın olduğu kimi, içalatların da artıq istehlakı fəsadlara səbəb ola bilər. Daxili orqanlar purin maddəsi ilə zəngindir. Purinlər orqanizmdə parçalanaraq sidik turşusu yaradır. Əgər böyrəklərimiz bu turşunu kənarlaşdıra bilmirsə, oynaqlarda kristallaşma və şiddətli ağrılar yarana bilər. Beyin, dil və böyrək kimi orqanlar doymuş yağ və xolesterin baxımından çox zəngindir. Ürək-damar xəstəliyi və ya yüksək təzyiqi olan şəxslər bu qidalardan ayda maksimum 1-2 dəfə istifadə etməlidir.
Qaraciyərdə o qədər çox A vitamini var ki, onun hər gün yeyilməsi bədəndə vitamin artıqlığına səbəb ola bilər. Bu da baş ağrısı və qaraciyər gərginliyi yaradır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 26 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

04.10.2026 148
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

04.10.2026 185
.

Göyərtəsində altı nəfərin olduğu ABŞ təyyarəsi radarlardan itib

ABŞ-də Bermud adalarından Bostona uçan və göyərtəsində altı nəfər olan təyyarə radarlardan itib. "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Sahil Mühafizəsi "X" sosial şəbəkəsində məlumat yayıb. Qeyd olunub ki, qurumun əməkdaşları Nantaket adasının sahillərində axtarış aparır. "Sahi

04.10.2026 156
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.

G7 bazarı sabitləşdirmək üçün 100 milyon barel neft və neft məhsulu ehtiyatını dövriyyəyə buraxacaq

"Böyük yeddilik" (G7) ölkələri dünya enerji bazarını sabitləşdirmək məqsədilə dörd ay ərzində 100 milyon barel neft və neft məhsulunun ehtiyatlardan dövriyyəyə buraxılması barədə razılığa gəlib. "Report" xəbər verir ki, bu barədə G7 liderlərinin onlayn görüşünün yekunlarına dair birg

04.10.2026 140
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib

Kabarda-Balkariyada (Rusiya) məhbusun məhkumların daşınması üçün olan vaqonda konvoyçulara hücumu nəticəsində Cəzaların İcrası Federal Xidmətinin bir əməkdaşı həlak olub, üç nəfər yaralanıb. "Report" xəbər verir ki, bu barədə TASS qurumun mətbuat xidmətinə istinadən məlumat yayıb. "Murtazov

04.10.2026 163
.

Bağçalı: Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq

Türk dünyasının gələcəyi ortaq irsin konkret nailiyyətlərə çevrilməsi ilə formalaşacaq. "Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bağçalı Türk Dövlətləri Əməkdaşlıq Günü ilə bağlı yaydığı bəyanatda qeyd edib

04.10.2026 147
.

Azərbaycanda toyuq əti niyə bahalaşıb? - SƏBƏBLƏR

Son zamanlar Azərbaycanda toyuq ətinin qiyməti bahalaşıb. -ın məlumatına görə, iqtisadçı Natiq Cəfərli sosial şəbəkədə qiymət artımının səbəblərini açıqlayıb. O, bir neçə səbəbdən quş ətinin bahalaşdığını bildirib:. "Dövlət Statistika Komitəsi hələ ki 2026-cı ilin ilk 6 ayı ilə bağlı detallı məluma

04.10.2026 160
.