İnzibati və cinayət işlərində tutulma müddətləri
"İnzibati xəta törətmiş şəxsin inzibati qaydada tutulması, bir qayda olaraq, üç saatdan artıq ola bilməz. Lakin qanunvericilikdə müəyyən istisnalar nəzərdə tutulur".
Bunu BiG.AZ-a açıqlamasında Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib.
O, qeyd edib ki, sərhəd rejiminin, sərhədboyu zolaq rejiminin və ya dövlət sərhədinin buraxılış məntəqələrində tətbiq edilən qaydaların pozulması, avaralıqla məşğul olma, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin ölkədə qanunsuz qalması kimi hallarda şəxs törətdiyi xətanın hallarını və şəxsiyyətini müəyyən etmək məqsədilə 24 saatadək saxlanıla bilər:
"Eyni zamanda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ölkədən inzibati qaydada çıxarılma qərarının icrasından boyun qaçırdıqda və ya bunun ehtimalı olduqda, eləcə də şəxsiyyətini təsdiq edən sənədlər olmadıqda, məhkəmənin qərarı ilə bu müddət üç günədək uzadıla bilər.
Fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazilərdə xüsusi qaydalar tətbiq edilir. Bu halda, komendant saatı zamanı icazəsiz küçədə və ya ictimai yerlərdə olan şəxslər komendant saatı başa çatanadək, şəxsiyyət sənədi olmadıqda isə kimliyi müəyyən edilənədək saxlanıla bilər.
Dini ekstremizmə qarşı aparılan xüsusi əməliyyat zonalarında da əlavə məhdudiyyətlər mövcuddur. Belə ki, şəxsiyyət sənədi olmayan şəxslər kimliyi müəyyən edilənədək saxlanılır, hüquq-mühafizə orqanlarının qanuni tələblərinə maneə törədən şəxslər isə 48 saatadək inzibati qaydada tutula bilər.
Barəsində inzibati həbs nəzərdə tutulan şəxslər, adətən, 24 saatadək saxlanılır. Lakin işin mürəkkəbliyi, iştirakçıların çoxluğu və ya əlavə araşdırma zərurəti olduqda bu müddət 48 saatadək uzadıla bilər. Eyni qayda şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının müəyyən edilməsi üçün tibbi yoxlamaya göndərildiyi hallara da aiddir.
Cinayət təqibi çərçivəsində saxlanılan şəxslərə gəldikdə isə, onların tutulma müddəti 48 saat təşkil edir. Bu müddət ərzində şəxsə ittiham elan edilməli, zərurət olduqda məhkəmə qarşısına çıxarılmalı və barəsində həbs qətimkan tədbirinin seçilməsi və ya azad edilməsi ilə bağlı qərar qəbul olunmalıdır.
Ağır və xüsusilə ağır cinayətlər üzrə isə işin mürəkkəbliyi, şübhəli şəxslərin sayının çoxluğu və ya materialların həcminin geniş olması səbəbindən bu müddət məhkəmənin qərarı ilə əlavə olaraq 48 saatdan artıq olmayan müddətə uzadıla bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 464 Tarix: 06 may 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Məni "Söylü"yə oxşatmayın"
Xalq artisti Afaq Bəşirqızı məşhur "Bəxt üzüyü" filmindəki Söylü obrazına bənzədilməsinə etiraz edib. Axşam.az xəbər verir ki, aktrisa bu barədə AzTV-də qonaq olarkən danışıb. "Mənə sual verirlər ki, həyatda özünüzü Söylüyə oxşadırsınız? Cavab verdim ki, yox. Məni Söylüyə oxşatmayın. Mə
02.10.2026 159 "Azərsun Holdinq" ADEX 2026 sərgisində - Fotolar
Bakı Ekspo Mərkəzində Qafqaz regionunun aparıcı hərbi-texnoloji platformalarından biri olan "ADEX 2026" - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi keçirilir. "Azərsun Holdinq" sərgidə iştirak edərək, Azərbaycan Ordusu üçün yerli istehsal etdiyi "Əsgər payı" adlı qida məhsulların
02.10.2026 173 Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar - Fotolar
Avropa İttifaqı (Aİ) Şurasının Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupunun (COEST) nümayəndə heyəti oktyabrın 2-də Şuşa şəhərində olublar. "Qafqazinfo" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qonaqlara şəhərin tarixi
02.10.2026 159 YAP İdarə Heyətinin yeni tərkibi - Siyahı
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, partiyanın VII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib. Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:. İlha
02.10.2026 173 Endrik "Real Madrid"i bu kluba dəyişə bilər
İtaliya təmsilçisi "Roma" İspaniyanın "Real Madrid" komandasının braziliyalı futbolçusu Endriki yenidən heyətinə qatmaq istəyir. Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya təmsilçisi 20 yaşlı hücumçunun icarəsi ilə bağlı danışıqları qış transfer pəncərəsində yenidən başlatmağ
02.10.2026 147 Messi vida oyunu üçün Argentinaya yollandı
Lionel Messi ailəsi ilə birlikdə Argentinanın Rosario şəhərinə gedib. Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçunun yaxın günlərdə Argentina millisinin heyətində vida oyununa çıxacağı gözlənilir. Yığm oktyabrın 7-nə keçən gecə Beninlə yoldaşlıq görüşündə qarşılaşacaq. Messi Argentina millisində 207 oyu
02.10.2026 136 Azərbaycanda süni intellekt hansı səviyyədədir? - Ekspertdən AÇIQLAMA
"Azərbaycanda süni intellektin (Sİ) inkişafı hazırda həm böyük potensialın, həm də müəyyən boşluqların mövcud olduğu keçid mərhələsindədir. Ümumilikdə vəziyyəti "başlanğıc-orta" səviyyədə, lakin sürətlə inkişaf edən proses kimi qiymətləndirmək olar. Məsələyə bir neçə aspektdən yanaşma
02.10.2026 200 Gələn il minimum əməkhaqqı və pensiyalar qaldırılacaq - Prezident açıqladı
"Artıq göstəriş verildi, gələn il minimum əməkhaqqı qaldırılacaq, pensiyalar qaldırılacaq, sosial müavinətlər qaldırılacaq". "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayında çıxışı zamanı bildirib. "Bu siyasət
02.10.2026 311 Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Bakının Yasamal rayonunda fəaliyyət göstərən restoran ətrafda yaşayan sakinlərin narazılığına səbəb olub. Məlumat -ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilib. "Bakıxanov küçəsi, 2 ünvanında yerləşən "Scalini" restoranının havalandırma sisteminə quraşdırılmı
02.10.2026 184