"Milli Qəhrəman" adı verildi, əməyi itmədi" - Natiq Qasımovun bacısı
"Mən Xocalı torpağına ayaq qoyanda keçirdiyim hissləri söyləmək mümkün deyil. Çünki bu torpaqda mənim qardaşım Natiq Qasımov döyüşüb. O, Rusiyada hərbi xidmətdə olanda erməni vəhşiləri burada azərbaycanlılara zülm edirdilər. O, əsgərlikdən gələndən sonra dayanmadı, gəldi Xocalıya. Onun qəhrəmanlığı haqqında heç nə danışmayacağam, hamı bilir".
"Qafqazinfo" xəbər verir ki, bunu Milli Qəhrəman Natiq Qasımovun bacısı Kəmalə Heydərova Prezident İlham Əliyevin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib.
"Mən Sizə çox təşəkkür edirəm, əziz Prezidentimiz, mənim qardaşıma çox dəyər verdiniz. Ən gözəl adı - "Milli Qəhrəman" adını verdiniz. Onda anam sağ idi. İnanın ki, biz heç bilmirdik, qonşu zəng elədi ki, Natiqə "Milli Qəhrəman" adı verilib. Onun əməyi itmədi. Biz sevinirik ki, belə qəhrəmanlarımızın sayı çoxdur, şükürlər olsun. Heç bir dövlətdə, ölkədə elə bir şey yoxdur ki, 44 günlük müharibədə qalib olsun. Bu, Sizin şücaətiniz sayəsində, şəhidlərimiz, qazilərimiz, veteranlarımız sayəsində oldu.
Bir də onu demək istəyirəm ki, hansı bir ölkədə elə bir şey varmı ki, müharibə olanda həmin ölkənin cavan oğlanları növbəyə dursun. Bax, Azərbaycan elə oldu. Bu, Sizin səmimi çıxışınız əsasında oldu. Mənim oğlumun hərbi xidmət üçün yaşı çox idi, düşmürdü, özü getdi, dedi ki, dayımın qisasını alacağam. Hazırda veterandır. Çox sağ olun, Sizə çox təşəkkür edirəm", - deyə K.Heydərova əlavə edib.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 158 Tarix: 26 fevral 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İran ABŞ-a iqtisadi güzəştlər paketi təklif edib
İran hakimiyyəti ABŞ ilə münasibətlərin yumşaldılması məqsədilə yeni iqtisadi təşəbbüslə çıxış edib. Məlumata görə, rəsmi Tehran sülh razılaşması və mümkün nüvə sazişi qarşılığında ABŞ Prezidenti Donald Tramp administrasiyasına iqtisadi əməkdaşlıq imkanları təklif edir. Financial Times qəzetinin yazdığın
16:21 145 "Yaxşı ki, atam tez rəhmətə getdi"
"İki il əvvəl atamı itirdim. Mənim üçün dost idi. İnsan itirəndən sonra qədrini bilir, onları axtarır. Hər şeyi tapmaq olur, övladı da, amma valideyni tapa bilmirsən. Atam gecə yuxuma gəlib". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid "Gün ortası" verilişində deyib. Sənətç
17:11 192 Heyvan ciyəri və ayaqları: sağlamlıq üçün faydalıdır, yoxsa riskli?
Son illər qidalanma mövzusu ətrafında aparılan müzakirələrdə heyvan mənşəli məhsulların sağlamlığa təsiri daha çox diqqət mərkəzinə çevrilib. Xüsusilə mal və toyuq ciyərinin, eləcə də heyvan ayaqlarının istehlakı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi qida ekspertləri iddia edir ki, orqanizmd
11:18 359 "Qan gölünə çevrilən diyar indi dirçəlir" - Xocalıda yenidən həyat
"34 il öncə Xocalıda dinc əhaliyə qarşı törədilmiş misli görünməmiş qəddarlığı, 106 qadın, 63 uşaq və 70 qocanın xüsusi qəddarlıqla qətlə yetirilməsini yad edirik. Xocalı faciəsi yalnız azərbaycanlıların deyil, bəşəriyyətin də faciəsidir. Soyqırım əlamətləri ilə yanaşı, bu hadisə sülh və insanlı
14:16 228 ABŞ-İran danışıqlarında fasilə yaranıb
Cenevrədə keçirilən İran və ABŞ nümayəndələri arasında danışıqlar prosesində ara verilib. Məlumata görə, təxminən üç saat davam edən görüşdən sonra tərəflər daxili məsləhətləşmələr aparmaq üçün müzakirə zalını tərk ediblər. BİG.AZ Associated Press-ə istinadən xəbər verir ki, fasilə müvəqqəti xarakte
16:58 143 Xocalı soyqırımından 34 il ötür
Bu gün Xocalıda törədilən dəhşətli soyqırımından 34 il ötür. BİG.AZ xatırladır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətind
00:04 412 Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:
10:48 203 ABŞ-İran nüvə danışıqları hərbi təhdid fonunda Cenevrədə yenidən başlayacaq
İran və ABŞ uzun müddətdir davam edən nüvə mübahisəsini həll etmək və genişmiqyaslı hərbi quruculuqdan sonra ABŞ-ın İrana qarşı yeni hücumlarının qarşısını almaq məqsədilə cümə axşamı Cenevrədə danışıqların son mərhələsini keçirirlər. BİG.AZ Reuters-ə istinadən xəbər verir ki, iki ölkə bu ay Tehranı
12:56 215 Xırdalanda 13-cü mərtəbədən yıxılan oğlan sağ qaldı
Gecə saatlarında Xırdalanda 22 yaşlı oğlan binadan yıxılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə Xırdalandakı "Kristal Abşeron" kompleksində baş verib. Saat 02 radələrində 2004-cü il təvəllüdlü Nihad Yunus oğlu Vəliyev yaşadığı 16 mərtəbəli binanın 13-cü mərtəbəsinin eyvanından yıxılıb
10:50 348