Magistratura imtahanlarında Reading yükü: ölçmə meyarı, yoxsa əlavə çətinlik? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Magistratura imtahanlarında Reading yükü: ölçmə meyarı, yoxsa əlavə çətinlik? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMASon illər magistratura imtahanlarının formatı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Xüsusilə bir imtahan çərçivəsində iki böyük həcmli "Reading" mətninin təqdim olunması abituriyentlər arasında ciddi suallar doğurur. Vaxt məhdudiyyəti, mətnlərin mürəkkəblik səviyyəsi və qiymətləndirmə meyarlarının ədalətliliyi məsələsi bu yanaşmanın nə dərəcədə effektiv və obyektiv olduğunu gündəmə gətirir. Bir tərəfdən oxu və anlama bacarıqlarının ölçülməsi məqsədi əsas gətirilsə də, digər tərəfdən belə yükün namizədlərin real bilik və analitik düşünmə qabiliyyətini tam əks etdirib-etdirmədiyi barədə müzakirələr davam edir.
Magistratura imtahanlarında Reading yükü: ölçmə meyarı, yoxsa əlavə çətinlik? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı təhsil eksperti Şəmsi Qoca BiG.AZ-a açıqlamasında bildirdi ki,

1. Magistratura imtahanlarında iki böyük həcmli Reading mətninin bir imtahan çərçivəsində verilməsi nə dərəcədə doğrudur? Və gələcək imtahanlarda Reading tapşırıqlarının sayı və ya həcmi ilə bağlı hər hansı dəyişikliklərin edilməsi məqsədə uyğun hesab edilə bilərmi?

Böyük həcmli mətnlər təkcə dil bilgisini deyil, həm də namizədin zamanla mübarizə aparmaq, gərginlik altında doğru qərar vermək qabiliyyətini sınağa çəkir. Onun sözlərinə görə, müasir təhsil standartları magistr pilləsinə addım atan gəncin geniş elmi ədəbiyyatla işləmək bacarığını vacib sayır, bu mənada iki mətnin olması akademik hazırlıq üçün bir növ güzgüdür. Lakin imtahanın əsas qayəsi namizədi yormaq deyil, onun anlama qabiliyyətini üzə çıxarmaq olmalıdır: "Əgər mətnin uzunluğu namizədin sualları dərk etməsinə yox, sadəcə vaxt itirməsinə xidmət edirsə, burada metodoloji bir boşluq yaranır. Gələcək imtahanlarda mətnlərin həcmini süni şəkildə şişirtmək əvəzinə, onların strukturunu daha analitik və yığcam formaya salmaq, sualları isə mətnin dərin qatlarını açmağa yönəltmək daha məqsədəuyğun olar. Yəni, kəmiyyət deyil, keyfiyyət ön plana çəkilməlidir.

2. Növbəti imtahan mərhələsində verbal xarakterli analitik oxu və mətn əsaslı məntiq suallarının daha çox verilməsi gözlənilirmi?

Builki nəticələr, xüsusən humanitar sahədə təhsil alanların məntiq blokunda çətinlik çəkməsi bir həqiqəti ortaya qoydu: məntiq təkcə rəqəmlərin deyil, həm də sözlərin və mənaların nizamıdır. Riyazi əsaslı sualların üstünlük təşkil etməsi humanitar düşüncə tərzinə sahib namizədlər üçün ədalətsiz bir rəqabət mühiti yaradır. Buna görə də, növbəti mərhələlərdə verbal-analitik sualların payının artırılması həm bir gözləntidir, həm də sistemin təbii ehtiyacıdır. Mətn əsaslı məntiq sualları insanın mühakimə yürütmək, səbəb-nəticə əlaqələrini qurmaq və gizli mənanı tapmaq bacarığını daha obyektiv ölçür. Ümid edirik ki, imtahan formatındakı bu disbalans aradan qaldırılacaq və növbəti sınaqlarda sözün, məntiqi təfəkkürün gücü rəqəmlərin kölgəsindən çıxarılaraq daha geniş yer alacaqdır".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 723   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 193
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 164
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 156
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.