ABŞ-İran danışıqları başa çatdı: növbəti görüş Vyanada keçiriləcək - POLİTOLOQDAN AÇIQLAMA

ABŞ-İran danışıqları başa çatdı: növbəti görüş Vyanada keçiriləcək - POLİTOLOQDAN AÇIQLAMAABŞ ilə İran arasında keçirilən danışıqların dünən başa çatması regionda və beynəlxalq siyasətdə diqqət mərkəzinə çevrilib. Bir neçə mərhələdən ibarət olan görüşlərdə tərəflər arasında mövcud gərginliyin azaldılması, təhlükəsizlik məsələləri və qarşılıqlı öhdəliklər ətrafında müzakirələr aparılıb. Danışıqların yekunlaşması tərəflər arasında münasibətlərin gələcək istiqaməti ilə bağlı yeni gözləntilər formalaşdırsa da, əldə olunan nəticələrin praktik mərhələdə necə tətbiq ediləcəyi əsas sual olaraq qalır. Növbəti danışıqların isə Vyana şəhərində martın 2-də keçirilməsi planlaşdırılır.
ABŞ-İran danışıqları başa çatdı: növbəti görüş Vyanada keçiriləcək - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Aytən Qurbanova BiG.AZ-a açıqlamasında bildirdi ki, hər iki tərəfin kifayət qədər aqressiv ritorikadan çıxış etməsi, eyni zamanda ABŞ-ın hələdə hərbi varlığını Orta Şərqdə genişləndirməsi və İran ətrafında qırıcıların yerləşdirilməsi bir qədər çəkindirici xarakter daşıyan məcburetmə mexanizmlərinin bir aləti kimi istifadə olunur. Mən uzunmüddətli hər hansısa bir geniş müharibənin olacağını düşünmürəm. Çünki bu nə Amerikanın maraqlarına uyğun deyil, nədə İran bu müharibəyə tab gətirəcək gücdə deyil. Onun sözlərinə görə, İranın danışıqları davam etdirməsinin əsas səbəblərindən biridə budur: "Düşünürəm ki, İranın əsas qayğılarından biri nüvə proqramı ilə bağlı ABŞ-ın maksimalist tələbləridir. Çünki nüvə proqramının tamamilə ləğv olunması, uranın sıfır zənginləşdirmə prinspinin İran tərəfindən qəbul olunması, eləcədə İranın üç əsas nüvə mərkəzinin ləğv olunması ilə bağlı Amerikanın tələbləri var. Həmçinin proksi qüvvələrini dəstəkləməyidə İran dayandırmalıdır. Bunların hər biri həm İranın Orta Şərq siyasətinə zidd yanaşmalardır, həmdə düşünürəmki İran ümumilikdə nüvə proqramını özü üçün təhlükəsizlik zəmanəti olaraq görür və İranın mövcud rejimi nüvə proqramı ləğv olunduğu müddətcə hər hansısa bir formada ABŞ-ın müdaxilə etməyəcəyi ilə bağlı bir təhlükəsizlik zəmanətinə sahib deyil.

Daha əvvəl Ukraynada nüvə başlıqlarının ləğv edilməsi ilə bağlı Budapeşt sazişi varki, sonradan Ukraynanın işğalının qarşısını alacaq əsas amillərə çox təssüflər olsun ki, çevrilmədi. Düşünürəm ki, bundan irəli gələn və tarixi təcrübədən irəli gələn bir yanaşmalar var. Həmçinin onuda nəzərə almaq lazımdır ki, İran kifayət qədər tarixi, dövlətçilik ənənələrinə sahib olan dövlətlərdən biridir. Eyni zamanda imperiya keçmişinə sahib olan dövlətlərdən biridir və öz varlığını mümkün bütün vasitələrlə Orta Şərqdə qorumağa çalışır.

Onun təsir dairəsinə aid olan hər hansısa bir dövlətlərdən tamamilə çıxması, proksi qüvvələri dəstəkləməməsi düşünürəm ki, İranın mövcud rejiminin maraqlarına və hədəflərinə zidd yanaşmalardır. Amma paralel olaraq, İranın potensialı ABŞ ilə uzunmüddətli və ya qısamüddətli müharibəyə tab gətirə biləcək ölçüdə deyil. Buda danışıqlar prosesinin uğursuz olsa belə davam etdirilməsini təşviq edən əsas amillərdən biridir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 704   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 193
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 164
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 156
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.