Əfqanıstan və Pakistan arasında silahlı qarşıdurma başladı - POLİTOLOQDAN AÇIQLAMA

Əfqanıstan və Pakistan arasında silahlı qarşıdurma başladı - POLİTOLOQDAN AÇIQLAMADünən Əfqanıstan və Pakistan arasında silahlı qarşıdurma başlayıb və regionda yeni gərginlik dalğası yaranıb. İlk məlumatlara görə, sərhəd ərazilərində toqquşmalar qeydə alınıb və hər iki tərəf ciddi itkilər verib. Hadisə həm regional, həm də beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənir, çünki bu münaqişənin qonşu ölkələrə və ümumi təhlükəsizlik vəziyyətinə təsiri böyük ola bilər. Diplomatik mənbələr tərəfləri münaqişəni dərhal dayandırmağa və sülh danışıqlarına başlamağa çağırır.
Əfqanıstan və Pakistan arasında silahlı qarşıdurma başladı - POLİTOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı politoloq Asif Nərimanlı BiG.AZ-a açıqlamasında bildirdi ki, Pakistan və Əfqanıstan arasında olan son toqquşmanın konkret səbəbini tapmaq çətindir. Ümumiyyətlə Əfqanıstanla Pakistan arasında əsasən sərhəd problemləri var. Yəni sərhədlərin bir çox hissəsi müəyyənləşməyib və ona görədə müəyyən zamanlarda tərəflər bir-birinin ərazisinə müdaxilə edir. Bu səbəbdən iki ölkə arasında toqquşmalar baş verir. Onun sözlərinə görə, Əfqanıstan müəyyən postları tutmaq istiqamətində cəhdlər etdi və Pakistanın cavabı ilə iki ölkə arasında müharibə faktiki olaraq başladı. Yəni rəsmi olaraq müharibə elan edilib: "Problemin əsas səbəbi məhz sərhəd problemidir. Bu müharibə regionda daha bir münaqişə ocağının alovlandırılmasına hesablanıb. Burda birdən çox tərəfin, həm regional oyunçuların, həmdə qlobal oyunçuların marağı ola bilər. Bu müharibənin alovlanmasında əsas maraqlı tərəflərdən biridə Hindistandır. Çünki Hindistanın Pakistanla tarixi bir qarşıdurması var.

Donald Trampın müdaxiləsi ilə ötən ilki müharibə dayandırılsada, ancaq münaqişə həll olunmamış qaldı. Talibanın Əfqanıstanda yenidən hakimiyyətə gəlməsindən sonra bir çox ölkənin Əfqanıstanda siyasi kapitalı var. Hindistan bu ölkələrdən biridir. Bu müharibədə digər bir maraqlı tərəf isə ABŞ-dır. Çünki Əfqanıstanla Pakistan arasında olan toqquşma ilk öncə həmin bölgədə, yəni Çinin sərhədləri yaxınlığında böyük bir qarşıdurmanın yaranması deməkdir. Talibanın hakimiyyətə gəlməsindən sonra Çinin Əfqanıstan üzərində ciddi təsir imkanları artmışdır. Belə bir müharibənin başlamasından sonra Çinin Əfqanıstana qoyduğu kapital risk altına düşür.

Digər bir ən önəmli məsələ isə bu müharibə səbəbi ilə Çinin nəqliyyat dəhlizlərinin risk altına düşməsidir. Əfqanıstan və Pakistan arasında olan müharibənin dahada böyüməsi ehtimalı var. Pakistanın Müdafiə Naziri bəyan etdiki, Hindistanlada müharibə ehtimalı var. Çünki Əfqanıstanla Pakistan arasında müharibə şiddətlənsə, Hindistan Kəşmirə müdaxilə edə bilər".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 783   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 193
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 164
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 156
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.