Avropanın ən böyük nüvə elektrik stansiyası ətrafında atəşkəs razılaşması əldə olunub

Avropanın ən böyük nüvə elektrik stansiyası ətrafında atəşkəs razılaşması əldə olunubUkraynanın cənub-şərqində yerləşən və Avropanın ən böyük atom enerji obyekti sayılan Zaporojye Atom Elektrik Stansiyası ətrafında təmir işlərinin aparılması məqsədilə tərəflər arasında lokal atəşkəs razılaşması əldə edilib.

Məlumata görə, razılaşma stansiyanı elektrik enerjisi ilə təmin edən zədələnmiş xarici ötürücü xətlərin bərpasına imkan yaratmaq üçün tətbiq olunur. Hazırda obyekt elektrik enerjisi istehsal etmir və nüvə materiallarının soyudulmasını təmin etmək üçün xarici enerji mənbələrindən asılı vəziyyətdə qalır.

BİG.AZ NBC News-a istinadən xəbər verir ki, Rusiya rəsmiləri bildiriblər ki, təmir briqadalarının təhlükəsiz fəaliyyət göstərməsi üçün döyüş əməliyyatları müvəqqəti dayandırılıb. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) isə bu addımın mümkün nüvə qəzasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Agentliyin rəhbəri Rafael Qrossi qeyd edib ki, zədələnmiş enerji xəttinin bərpası nüvə təhlükəsizliyi üçün kritik əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hazırda yalnız bir enerji xətti işlək vəziyyətdədir və bu, stansiyanın təhlükəsiz fəaliyyəti üçün risk yaradır.

Məlumata əsasən, təmir işlərinin ən azı bir həftə davam edəcəyi gözlənilir. Radiasiya səviyyəsinin isə hazırda normal olduğu bildirilib.

Qeyd olunur ki, 2022-ci ildən Rusiya qüvvələrinin nəzarətində olan stansiya Ukrayna müharibəsinin ən həssas obyektlərindən biri hesab olunur. Tərəflər bir-birini dəfələrlə stansiya ətrafında hücumlar həyata keçirməkdə ittiham edib.

Ekspertlər hesab edir ki, obyekt üzərində nəzarət məsələsi ABŞ vasitəçiliyi ilə aparılan sülh danışıqlarının əsas mübahisə mövzularından biri olaraq qalır.

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 27 fevral 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Heydər Əliyev Mərkəzində baş tutan Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultaydakı çıxışı ilə bağlı videoçarx paylaşılıb. BİG.AZ xəbər verir ki, paylaşımda dövlət başçısının fikirləri yer alıb:. "Siyasətdə emosiyalar

04.10.2026 193
.

Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric

04.10.2026 132
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

04.10.2026 157
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

04.10.2026 160
.

Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu

Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"

04.10.2026 164
.

Tovuzda qadının dəhşəti ölümü ilə bağlı qonşular danışdılar: "Təpədən dırnağa yanmışdı" - VİDEO

Tovuzda qadının ölümü ilə nəticələnən yanğınla bağlı şahidlər danışıblar. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri, Xəqani küçəsində yerləşən fərdi yaşayış evində baş verib. Şahidlərin sözlərinə görə, yanğın zamanı əraziyə çox sayda insan toplaşıb. Qonşularda

04.10.2026 338
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

04.10.2026 156
.

Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu

Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir

04.10.2026 184
.

Rusiyada kimya zavodunda yanğın nəticəsində beş nəfər ölüb

Rusiyanın paytaxtı Moskvanın eyniadlı vilayətindəki Krasnozavodsk Kimya Zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb. "Report"un yerli hakimiyyət orqanlarına istinadən məlumatına görə, ölənlərin meyitləri zavoddakı dağıntıların təmizlənməsi zamanı aşkar edilib. Axtarış-xilasetmə əməliyyatlar

04.10.2026 152
.