Zelenski Vaşinqtonu Kiyevə ən qısa müddətdə müasir silahlar verməyə çağırıb
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqtonu Rusiya hakimiyyət nümayəndələrinin ailə üzvlərinə qarşı sanksiyaları sərtləşdirməyə və Kiyevə ən qısa müddətdə daha müasir silahlar verməyə çağırıb.
"Report" xəbər verir ki, Ukrayna lideri bunu "Sky News"a müsahibəsində bildirib.
"Birləşmiş Ştatlar özlərinin düşündüklərindən daha güclüdür. Mən həqiqətən belə hesab edirəm. Onlar doğrudan da Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərirlər. Onlar bu müharibəni dayandıra bilərlər", - Zelenski qeyd edib.
Bununla yanaşı, o, Ukraynanın sülhə nail olmağa nə qədər yaxın olması barədə suala cavabında çox şeyin ABŞ-də bu ilin noyabrına təyin edilmiş aralıq seçkilərdən asılı olduğunu bildirib.
"İndi düşünürəm ki, şansımız var. Gələn ilə gəlincə, çox şey həmin aylardan asılıdır: müharibəni payıza qədər, Birləşmiş Ştatlardakı mühüm və nüfuzlu seçkilərə qədər bitirə biləcəyikmi. Əgər sülhə nail ola bilsək, deməli, indi imkanlar pəncərəmiz var", - o vurğulayıb.
Nəşr qeyd edir ki, Zelenski Ukraynanın müharibəni qazana bilib-bilməyəcəyi sualına birbaşa cavab verməkdən yayınıb. Onun sözlərinə görə, hər şey insanların "qələbə" sözü altında nəyi nəzərdə tutmasından asılıdır".
"Və düzünü desəm, ərazilər haqqında danışmaq çox çətindir. Bu gün bütün torpaqları necə geri qaytarmaq olar - bu, çox çətindir və çox böyük insan itkisinə səbəb olacaq. Lakin vacib olan odur ki, Rusiya buna döyüş meydanında da nail ola bilmir. Buna görə də onlar qalib gəlmir, biz isə uduzmuruq", - o deyib.
Zelenski bir daha vurğulayıb ki, Ukrayna müharibəni başa çatdırmaq üçün ərazi güzəştlərinə getmək niyyətində deyil. "Bu, bizim ərazimizdir. İnanılmaz dərəcədə qəribə səslənir - biz öz torpağımızdan niyə getməliyik? Nə üçün onlar bizim torpağımızı işğal ediblər və heç kim onları oradan çıxara bilmir?" - o bəyan edib.
Bundan başqa, Ukrayna lideri Ağ Evin rəhbəri Donald Trampla münasibətlərinə toxunaraq onları "çətin" adlandırıb, lakin Ukraynanın Birləşmiş Ştatlarla münasibətlərinin "şəxsi münasibətlərdən kənara çıxdığını" vurğulayıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 699 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - Video
Bakıda itə qarşı zorakılıq edildiyini əks etdirən görüntülər yayılıb. -ın məlumatına görə, görüntülərdə hündürmərtəbəli binanın pəncərəsindən hamilə itin aşağı atıldığı görünür. Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb. Qaradağ rayonu ərazisində heyvanla rəhmsiz rəftar edən şəx
18:36 198 Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"
Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen
11:15 154 Konqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
18:50 140 ABŞ Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib
ABŞ Silahlı Qüvvələrinin Şimal Komandanlığı iki ölkənin birgə planlı tədbirləri çərçivəsində Meksika ilə sərhədə 500-ə yaxın hərbçi yerləşdirib. "Report" xəbər verir ki, bu barədə Meksikanın Xarici İşlər Nazirliyinin (XİN) və Hərbi Dəniz Donanması Nazirliyinin (HDDN) birgə bəyanatında deyilir
23:00 0 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
12:40 146 Moskvadan Kiyevdəki xarici diplomatlara xəbərdarlıq
Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. -ın xəbərinə görə, bu barədə bəyanat nazirliyin mətbuat xidməti tərəfindən dərc edilib. Xaric
22:15 35 Gəncədə zəhərlənən şəxslərin adları məlum oldu
Gəncədə zəhərlənən şəxslərin adları məlum olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır. Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yeniyetməyə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir
19:01 165 ÜST dünyada orta ömür uzunluğunun artdığını açıqlayıb
Dünyada orta ömür uzunluğu artaraq koronavirus pandemiyasından əvvəlki səviyyəyə çatıb. "Report" xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatında bildirilib. ÜST 200-2023-cü illər ərzində ölkələr və regionlar üzrə səhiyyə sahəsindəki tendensiyaları, o cümlədən gözlənilə
16:50 147 Tramp: CAATSA ilə bağlı problem yoxdur
ABŞ Prezidenti Donald Tramp Türkiyəyə tətbiq edilən CAATSA (ABŞ-nin düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizəsi - red.) sanksiyalarının ləğvi ilə bağlı problem olmadığını bildirib. "Report" xəbər verir ki, Ağ Ev lideri bunu "CNN Türk" jurnalistinin müvafiq sualına cavab olara
16:40 157