Elman Nəsirov: "Azərbaycan öz ərazisindən İrana qarşı güc tətbiqinə icazə verməyəcək"

Elman Nəsirov: "Azərbaycan öz ərazisindən İrana qarşı güc tətbiqinə icazə verməyəcək"ABŞ, İsrail, İran arasındakı qarşıdurmalar davam edir.

Aparılan əməliyyatlar hazırda ortaya aktual suallar da çıxardır.

Məsələn, maraqlıdır, bu prosesdə region ölkələri neytrallıq siyasətini davam etdirə biləcəkmi?

Diplomatik kanallar tam bağlanarsa, müharibənin qarşısını almaq üçün hansı mexanizmlər qalır?

Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elman Nəsirov danışıb.

O bildirib ki, ABŞ Cenevrədə fevralın 26-27- də aparılan danışıqlar bitdikdən 12 saat sonra İrana qarşı hərbi zərbələr endirməyə başladı. Rəsmi Vaşinqton rəsmi Tehran qarşısında üç mühüm şərt irəli sürmüşdü. Birincisi, İran nüvə proqramlarından imtina etməli idi. İkincisi, İran ballistik raket proqramlarından imtina edir. Üçünücü isə proksi qüvvələri dəstəkləmək siyasətindən geri çəkilir. Söhbət ilk növbədə Hizbullahdan gedirdi.

Elman Nəsirov o cümlədən deyib:

"Cenevrə danışıqları da göstərdi ki, bu məsələlərdə heç bir razılaşmadan söhbət gedə bilməz və belə olan vəziyyətdə bu müharibə başlayıb. İndi müharibənin miqyası kifayət qədər genişlənib. Artıq İran Ali Dini Rəhbəri və çoxsaylı generallarının qətlə yetirildiyi faktları bəllidir. Müharibənin nə zaman bitəcəyi ilə bağlı isə Birləşmiş Ştatların mövqeyi belədir ki, müharibə tam strateji hədəflərə çatana qədər davam edəcək. Burada isə ən azı 3 və ya 4 həftəlik müharibədən söhbət gedir. Birləşmiş Ştatların niyyəti onun ibarətdir ki, hərbi faza dayandırıldıqdan sonra xalq ayağa qalxsın və hakimiyyətə ələ keçilsin. Hətta Donald Trump bildirdi ki, onların hakimiyyətə gətirilməsi üçün namizədi də var".

Deputat o cümlədən bildirib:

İran ABŞ-nin regiondakı Fars körfəzi bazalarını hədəfi alıb. Eyni zamanda kimlər Birləşmiş Ştatlara dəstək verirlərsə, həmin qövvələrə qarşı da güc tətbiqini etdiyini bəyan edib. Azərbaycan dövlətinin bu məsələlərə mövqeyi bəllidir. Xarici İşlər Nazirliyi artıq bəyanat verib. Biz eskalasiyadan narahat olduğumuzu ifadə etmişik dövlət olaraq və yenidən tərəflərin danışıqlar masasına geri qayıtması ideyasını dsətəkləyirik və tezliklə danışıqlar əsasında sülhün əldə edilməsi ideyasını müdafiə edirik. O cümlədən Azərbaycan dövləti heç bir halda öz ərazisindən İrana qarşı güc tətbiqinə icazə verilməyəcəyini bəyan edib.

Millət vəkili bildirib ki, Azərbaycan bu siyasətə 20 ildir sadiqdir:

"2006-cı ildə Azərbaycan Prezidenti Cənab İlham Əliyev ABŞ-yə ilk rəsmi səfəri zamanı da bu məsələ aktual idi. O zamanda İlham Əliyev həm Ağ Evdə Corc Buşla aparılan danışıqlar zamanı, həm də elə Ağ Evin qarşısına brifinq keçirərək bildirir ki, heç bir halda üçüncü dövlət Azərbaycan ərazisindən istifadə etmək ilə İrana qarşı güc tədbiqinə icazə verilməyəcəkdir. Düz 20 il bundan öncə cənab prezident bu mövqeyi ifadə edib və həmin mövqeyə sadiqdir".

Deputat son olaraq bildirib:

"Müharibə uzanarsa, bu halda iştirakçıların sayı çoxala bilər. Çin və Rusiya rəhbərləri siyasətləri diqqətdən izləyirlər və xüsusilə əgər İranda hakimiyyət dəyişikliyi baş verərsə, bu, Çin üçün iqtisadi mövqeyi nəzərdən böyük zərbə olardı. Çünki İran öz neftinin 80%-ini Çinə satır və Çin İran neftinin əsas alıcısıdır. Bir barel neftin qiyməti İranda 10 dollara başa gəlir, yəni ən ucuz başa gələn neftdir. Bu nöqteyi-nəzərdən maraqlı tərəflər bu prosesin uzanacağı təqdirdə fəallaşa bilərlər və nəhayət, proksi qüvvələri daha da fəallıq nümayiş etdirə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1856   Tarix: 02 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

17:20 155
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 259
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 157
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 180
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

12:40 146
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

20:45 109
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 226
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 158
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 167
.