Mental dəyərlər və qorxu: Zorakılığa qarşı mübarizə niyə effekt vermir? - PSİXOLOQDAN AÇIQLAMA

Mental dəyərlər və qorxu: Zorakılığa qarşı mübarizə niyə effekt vermir? - PSİXOLOQDAN AÇIQLAMAAzərbaycanda son illər mediada mental dəyərlər, ailə münasibətləri və qadın hüquqları ilə bağlı geniş maarifləndirmə işləri aparılır. Qadınlara zorakılığa qarşı susmamağın, hüquqi yollara müraciət etməyin və öz haqlarını müdafiə etməyin vacibliyi barədə mütəmadi məlumatlar verilir. Rəsmi qurumlar və ictimai təşkilatlar bu istiqamətdə mübarizənin davam etdiyini bildirirlər. Ancaq reallıq göstərir ki, aparılan təbliğata baxmayaraq, zorakılığa məruz qalan qadınların böyük əksəriyyəti bunu ictimailəşdirmir. Qorxu, ailə təzyiqi, iqtisadi asılılıq və cəmiyyətin qınağı susqunluğu daha da gücləndirir. Nəticədə problem görünəndən daha dərin olaraq qalır və statistik rəqəmlər real mənzərəni tam əks etdirmir. Bu isə sual doğurur: maarifləndirmə niyə yetərli olmur? Problem mesajın özündədir, yoxsa cəmiyyətin dəyişmək istəməyən stereotiplərində? Mövzunun mahiyyətinə enmək artıq zəruridir.
Mental dəyərlər və qorxu: Zorakılığa qarşı mübarizə niyə effekt vermir? - PSİXOLOQDAN AÇIQLAMAMövzu ilə bağlı psixoloq Samirə Bağırova BiG.AZ-a açıqlamasında bildirdi ki, çünki bizdə cinsi zorakılığa məruz qalan qızlar günahlandırılır. Onun sözlərinə görə, qadınların zorakılığı isə bakirə olmadığı üçün, zorakı hal kimi ciddi qəbul olunmur: "Buna səbəb elə yanlış qurulmuş bəzi mentalitet qaydalardır. Şərəf və namus guya azərbaycan cəmiyyətinin əsas mərkəzli mədəni kodu hesab olunur. Patriarxal strukturlarda qadının davranışı ailənin "şərəf simvolu" kimi görülür. Halbuki, elə bu "şərəf simvolu"da, ən çox ailə içi, və ya yaxın qan qohumları tərəfindən zorakılığa məruz qalır. Zorakılıq faktı belə "ailəyə ləkə" kimi hesab olunur və nəticədə, qızı zorlayan ailə üzvü, yaxud qohum kənarda qalır, yəni diqqət cinayətkardan qıza tərəf yönəlir. İkinci əsas səbəblərdən biri ədalət sisteminə inamsızlıqdır. İnsanlar düşünür ki, onsuzda şikayət olunsa heç bir hüquqi nəticə olmayacaq və məsələni əlavə insanlar da bilmiş olacaq, məsələ rüşvət, yaxud qanunun ədalətli rəyi olmadan qapanacaq. Azərbaycanda ictimai reputasiya sistemi daha sıxdır. İnsanlar gördükləri işinə görə deyil, şəxsi həyatına görə qiymətləndirilir. Hətta, dəyərləndirilir demirəm. Çünki insana dəyər yoxdur.

Şəxsi həyat kollektivin nəzarəti altındadır. "Camaat nə deyər?" faktoru real sosial gücdür. Bu struktur zorlanmış bir qızın danışmasını riskli edir. O dəqiqə qızın davranışı, geyimi, evdən çıxma saatı, məkan müzakirəyə çevrilir. Yəni, problem strukdurdadır. Strukturun dəyişməsi üçün təhsil və tənqidi düşüncə, sonra əxlaqi inanc normalarının dəyişməlidir. Qadının sosial rolu illərlə dar çərçivəyə salınmışdı, bizim cəmiyyətdə qadının qadına düşmənçiliyinin elə əsas səbəblərdən biri də budur. Bizim cəmiyyətdə insanın reputasiyası hüquqdan, qanundan güclüdür. Tarix göstərir ki, heç bir cəmiyyət eyni mentalitetlə 200 il qalmayıb. Biz 150 ili aşmışıq, hələ də mentalitet davam edir. Çünki insanlar dəyişməyi deyil, uyğunlaşmağı seçir".

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1039   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

17:20 155
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 259
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 157
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 180
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

12:40 146
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

20:45 109
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 226
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 158
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 167
.