"İmtahan balını pulla artırmaq olur" - Fırıldaqçıların yeni metodları
Hər il buraxılış və qəbul imtahanı ərəfəsində "bal artıranlar" ortaya çıxırlar. Onlar sosial şəbəkələrdə, xüsusən "Tiktok" platformasında imtahan nəticələrini dəyişə bildiklərini, müəyyən məbləğlər qarşılığında balları artıra bildiklərini iddia edib, müştəri toplayırlar.
İxtisas seçimi və gələcək karyera üzrə mütəxəssis, təhsil üzrə ekspert Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, imtahan nəticələrini heç bir halda dəyişmək olmaz:
"Təəssüf ki, hələ də bal artıracağını iddia edənlər və onlara inanan valideynlər var. Bəlkə də valideynlər çıxılmaz vəziyyətdə qalıb bu kimi vəd verən şəxslərə inanmaq istəyirlər. Amma birmənalı olaraq bilməlidirlər ki, balların qanunsuz formada artımı mümkün deyil. Dövlət İmtahan Mərkəzinin sistemi elə mühafizə olunub ki, ona hər hansısa xarici müdaxilənin olması mümkünsüzdür. Yaxud hansısa şəxsin, hətta mərkəzin öz əməkdaşlarının belə, imtahanda iştirak edən abituriyentin nəticələrini dəyişməsi qətiyyən mümkün deyil.
Bəzi işbazlar cəmiyyətin yumşaq üzünə, valideynlərin həssas nöqtələrinə toxunaraq abituriyentlərin ballarının artırılması istiqamətində şayiələr yayıb müəyyən kütləni aldadıb, pullarını mənimsəyirlər. İnsanları şirnikləndirmək üçün deyirlər ki, filankəs heç bir bal toplamadan filan ixtisasa qəbul oldu. Belə bir şey mümkün deyil. Valideynlər araşdırsalar bu şəxslərin xaricdən idarə olunduqlarını, gizli şəbəkələrlə fəaliyyət göstərdiklərini müəyyən edə bilərlər. Bu istiqamətdə hüquq mühafizə orqanları lazımi tədbirlər görür, əvvəlki illərdə də bir neçə şəbəkə ifşa olunub.
Övladının imtahan nəticəsini artırmaq təklif olunduqda, valideynlərin edəcəkləri ilk iş hüquq mühafizə orqanlarına yaxınlaşmaq və məsələni danışmaq olmalıdır. Valideynlər anlamalıdırlar ki, bu, bir tələdir, imtahan nəticəsinin dəyişdirilməsi mümkün deyil. Dövlətin bir neçə qurumu imtahan nəticələrinin saxlanılmasına, emalına nəzarət edir.
Hər il dəfələrlə çağırış edib, valideynləri maarifləndirməyə çalışırıq, amma təəssüf ki, yenə də bu cür dələduzlara inanırlar. Təkcə balların artırılması deyil, Ukrayna universitetlərində distant təhsilin diplomunu tanıdacaqlarını deyən adamlar, şəbəkələr də var. Bunlara inanıb, pul verdikdən sonra adlarını, ünvanlarını dəyişib, yoxa çıxırlar. Nəticədə olan yenə valideynə və abituriyentə olur".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 924 Tarix: 03 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı
ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop
17:20 155 Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto
Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan
20:19 259 İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
14:40 157 "Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr
10:15 180 İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb
Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind
12:40 146 Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım
Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd
20:45 109 Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür
Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza
00:50 226 Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü
Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu
14:00 158 Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video
Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın
16:20 167