Fast food və qazlı içkilər: Dadın arxasında gizlənən asılılıq təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Fast food və qazlı içkilər: Dadın arxasında gizlənən asılılıq təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMASon illər fast food məhsulları, paketləşdirilmiş qidalar və qazlı içkilər gündəlik qida rasionunun ayrılmaz hissəsinə çevrilib. Lakin bu məhsulların tərkibində yüksək miqdarda şəkər, duz, doymuş yağ və müxtəlif dad artırıcılarının olması onların yalnız dad baxımından cəlbedici deyil, həm də psixoloji və fizioloji baxımdan asılılıq yarada biləcək xüsusiyyətlərə malik olduğunu göstərir. Bir çox insan bu cür qidaları qəbul etdikdən qısa müddət sonra yenidən yemək istəyi hiss edir, toxluq hissi isə uzun çəkmir. Bu tip qidalar beyində mükafat mexanizmini aktivləşdirərək dopamin ifrazını artırır və nəticədə insan həmin həzzi təkrar yaşamaq üçün yenidən eyni məhsullara üz tutur. Bu isə zamanla sağlam qidalanma vərdişlərinin pozulmasına, artıq çəki və digər sağlamlıq problemlərinə yol aça bilər. Bəs həqiqətənmi fast food və qazlı içkilər asılılıq yaradır, yoxsa bu sadəcə formalaşmış bir davranış vərdişidir? Mövzu son illər geniş müzakirə olunur.
Fast food və qazlı içkilər: Dadın arxasında gizlənən asılılıq təhlükəsi - QİDA EKSPERTİNDƏN AÇIQLAMAMövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında bildirdi ki, Fast food, paketlenmiş qidalar, saqqız, qazlı, şəkərli içkilər kimi məhsulların insanlarda tez-tez təkrar istifadə istəyi yaratmasının əsas səbəbi onların tərkibi, dad profili və beynimizdə yaratdığı biokimyəvi reaksiyalardır.

1. Şəkər və yağın beyinə təsiri.

Fast food və şirin qazlı içkilər sürətli enerji mənbəyi olan şəkərlə zəngindir. Şəkər qəbul edildikdə beyində dopamin kimi "zövq və mükafat" hissi yaradan maddələrin ifrazı artır. Bu da insanın həmin hissi yenidən yaşamaq istəməsinə səbəb olur. Yağ və şəkərin birlikdə olması isə bu təsiri daha da gücləndirir.

2. Dad "kombinasiyaları" və qida mühəndisliyi.

Bu məhsullar təsadüfi hazırlanmayıb. Qida sənayesində dad, duz, şəkər və yağ balansı elə qurulur ki, məhsul nə çox doydurucu olsun, nə də tez bezdirsin. Buna "həddən artıq dadlılıq" deyilir.

3. Maye kalorilər və toxluq siqnalının zəifliyi.

Məsələn, qazlı içkilər kalorili olsa da, mədə toxluq siqnalını beyinə güclü göndərmir. Ona görə insan içkini tez-tez təkrarlamaq istəyir.

4. Saqqız məsələsi.

Saqqız çeynəmək ağız və beynə "yemək gəlir" siqnalı verir, amma real qida gəlmədiyi üçün bədən bəzən yenə nəsə yemək istəyə bilər. Bəzi saqqızlarda olan dadlandırıcılar da bu prosesi gücləndirir.

5. Vərdiş və psixoloji faktor.

Bu məhsullar tez-tez stress, yorğunluq və ya mükafatlandırma hissi ilə əlaqələndirilir. İnsan beynində bu davranışlar vərdiş halına gələ bilir.

Bu qidaların beyində zövq mexanizmlərini stimullaşdırdığı və təkrar istək yarada bildiyi qəbul olunur.

Əsas məsələ balanslı qidalanma və bu məhsulları tez-tez yox, nadir hallarda istifadə etmək və ya tamamilə rasiondan çıxartmaqdır.

Sağlam qidalanaraq sağlam yaşayın!

Müəllif: İlkin Məmmədkərimov


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 03 mart 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Tramp Avropanın dizel ehtiyatları ilə bağlı qərarını açıqladı

ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin böyük həcmdə dizel yanacağını öz ehtiyatlarından bazara çıxarmağa razılıq verdiklərini bəyan edib. xəbər verir ki, bu barədə amerikalı lider "Truth Social" platformasında paylaşım edib. Tramp məsələ ilə bağlı əlavə təfərrüatı açıqlamayıb. "Avrop

17:20 155
.

Başı kəsilərək qətlə yetirilən Şəhanənin toyundan foto

Oktyabrın 1-də Sumqayıtın Corat qəsəbəsində 31 yaşlı Şəhanə İmanova başı kəsilərək qətlə yetirilib. Hadisədə şübhəli bilinən həyat yoldaşı 33 yaşlı Əsgər Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. onların toy günündən yayılan fotonu təqdim edir:. Xatırladaq ki, oktyabrın 1-də 31 yaşlı Şəhan

20:19 259
.

İranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib

İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub

14:40 157
.

"Flydubai"nin ikinci pilotundan şokedici etiraf: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş

Bu həftənin əvvəlində uçuş zamanı ekipaj komandirinə hücum edən "Flydubai" sərnişin təyyarəsinin ikinci pilotu müstəntiqlərə təyyarəni İsraildə yerə çırpmağı planlaşdırdığını etiraf edib. -ın xəbərinə görə, bu barədə "ABC News" telekanalı istintaqın gedişatı ilə tanış olan mənbələr

10:15 180
.

İstanbul BPİ əməliyyat keçirib və 7 şübhəli saxlanılıb

Türkiyənin İstanbul Baş Polis İdarəsi (BPİ) mütəşəkkil cinayətkar dəstəyə qarşı əməliyyat keçirib və saxlanılanlar var. "Report" xəbər verir ki, bu barədə İstanbul BPİ məlumat və video yayıb. "Müxtəlif tarixlərdə cinayətkar qruplaşmalar adından hədə-qorxu gəldikləri və güllələmə cəhdind

12:40 146
.

Apteklərdə yerli dərman dövrü başlayır? - İstehsalda kəskin artım

Azərbaycanda dərman istehsalında nəzərəçarpacaq artım qeydə alınıb. 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 25.7 milyon manatlıq əczaçılıq məhsulu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48.4 faiz çoxdur. İstehsalın əsas hissəsini dərman preparatları təşkil edib - səkkiz ayd

20:45 109
.

Cəbrayıl şəhərinin azad olunmasından 6 il ötür

Bu gün - oktyabrın 4-ü Cəbrayıl şəhərinin erməni işğalçılarından azad edilməsindən 6 il ötür. 2020-ci ilin oktyabrın 4-də Cəbrayıl şəhəri ilə yanaşı, rayonun daha 9 kəndi - Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Dəjəl düşmən işğalından azad olunub. Aza

00:50 226
.

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb. xarici KİV-ə istinadla bildirir ki, qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onu

14:00 158
.

Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır? - Video

Bakıda illərdir hazır vəziyyətdə olan binada hələ də heç kim yaşamır. Bina tam təmir olunaraq yaşayış üçün yararlı vəziyyətə gətirilsə də, mənzillərdə sakin yoxdur. BİG.AZ "Xəzər" TV-yə istinadən xəbər verir ki, binadakı mənzillər 26 ildir satışa çıxarılmayıb. Ətrafda yaşayanların marağın

16:20 167
.